top
Erməni idmançılarının Arsax musiqisindən istifadəsinə etirazdan sonra ISU musiqinin adını dəyişdirdi Idman.biz
09 fevral 2026, 18:21
- ↺ +

Erməni idmançılarının "Arsax" musiqisindən istifadəsinə etirazdan sonra ISU musiqinin adını dəyişdirdi

Azərbaycan Milli Olimpiya Komitəsinin erməni idmançıları Karina Akopova və Nikita Raxmaninin fiqurlu konkisürmə üzrə qısa proqramda "Arsax" adlı musiqidən istifadə etməsinə qarşı ciddi etirazı ilə bağlı tədbir görülüb.

İdman.Biz Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən bildirir ki, MOK-un haqlı narazılığına Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Beynəlxalq Konkisürmə Birliyinin (ISU) rəsmi nümayəndələri münasibət bildiriblər.

Erməni idmançılarının bu seçiminin Olimpiya Xartiyasının siyasi neytrallıq prinsiplərinə zidd olduğu nəzərə çatdırılıb və yarış vaxtı erməni idmançılarının istifadə edəcəyi musiqinin adının dəyişdirilməsi barədə məlumat verilib.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

16:13

25-ci Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə yarışlarında Ermənistan tərəfinin separatçı və provokativ addımı Beynəlxalq Olimpiya səviyyəsində səs-küyə səbəb olandan sonra Beynəlxalq Konkisürmə Birliyi məsələyə öz münasibətini açıqlayıb.

İdman.Biz xəbər verir ki, Azərbaycan tərəfinin haqlı narazılığından sonra Beynəlxalq Konkisürmə Birliyinin (ISU) məsələyə baxaraq saxtakarlığı aradan qaldırıb.

Belə ki, Beynəlxalq Konkisürmə Birliyi məsələni bütün maraqlı tərəflərlə birlikdə nəzərdən keçirdiyini və rəsmi proqram siyahısına dəyişiklik edildiyini açıqlayıb.

Bu gönderiyi Instagram'da gör

İdman və Biz (@idmanbiz)'in paylaştığı bir gönderi

Xatrıladaq ki, Azərbaycan Milli Olimpiya Komitəsi erməni cütlüyü Karina Akopova və Nikita Raxmaninin fiqurlu konkisürmə üzrə qısa proqramda "Arsax" adlı musiqidən istifadə etməsinə etiraz edib.

Öz növbəsində Beynəlxalq Konkisürmə Birliyi bu seçimin Olimpiya Xartiyasının siyasi neytrallıq prinsiplərinə zidd olduğunu bildirib. Bəyanatda Olimpiya Oyunlarının sülh, dostluq və qarşılıqlı hörmət rəmzi olduğu vurğulanıb. Etirazdan sonra ISU-nun rəsmi saytında musiqinin adı dəyişdirilib. İndi proqramda əsərin adı göstərilmir və yalnız "Ara Gevorgyanın musiqisi" kimi qeyd olunur.

Məlumat üçün bildirək ki, "Arsax" ifadəsi Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə qarşı separatçı siyasətin simvolu kimi istifadə olunub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 20:00

Çairın baş məşqçisi: "Kür"ə qarşı qələbə gözlənilmədən gəldi

Güləş
Bu gün, 19:53

"Kür" qadın həndbol komandası məşqçisi: “Gələcək üçün inamım var, işə davam edəcəyəm”

Basketbol
Bu gün, 19:25

LANDAU Lions 85:62 hesabı ilə Gəncəyə inamlı qələbə qazandı

Digər
Bu gün, 19:22

"Kür"ün baş məşqçisi: "Şimali Makedoniya komandasına qarşı matçda maksimum güc sərf etdik, lakin qalib gələ bilmədik"

Futbol
Bu gün, 18:56

İspaniya U21 komandası Qrimaldonun yüksək temperatur səbəbiylə İngiltərə oyunu üçün itki yaşayır

Futbol
Bu gün, 18:26

“Fənərbağça” Dirk Kuyta 1.125 milyon avroluq təzminatı ödədiyi bildirildi

Futbol
Bu gün, 17:49

Ağstafa Gəncləri 3:0 Difai, Marafon 5:0 Şəki

Basketbol
Bu gün, 17:37

Murad Dikmen: Gəncə komandası LandaU Lions qarşısında istədiyimiz oyunu göstərə bilmədi

Basketbol
Bu gün, 17:10

Erhan Toker: "Komandamıza uzun səfərlər və uçuşlar təsir edir"

Futbol
Bu gün, 16:58

Lukaku zədəsini sağaldı, Belçika millisi ilə İtaliya oyununa dəvət edildi

Gimnastika
Bu gün, 16:35

Lənkəranda bədii gimnastika regional yarışında qaliblər müəyyənləşdi

Futbol
Bu gün, 16:03

Manchester United Nussair Mazraoui'ni saxlamaq niyyətindədir

Voleybol
Bu gün, 16:03

“Turan” voleybol komandası “Naxçıvan”la Tovuzda üz-üzə gəlir

Futbol
Bu gün, 16:02

Ronaldo 2027-ci ildə Portuqaliyada 35 milyon avroluq yeni evə köçürülür

Futbol
Bu gün, 15:59

Polşanın qələbəsi, “Sabah” müdafiəçisinin oyuna çıxması mümkün olmadı

Cüdo
Bu gün, 15:52

Abşeron Olimpiya İdman Kompleksində Bakı cüdo çempionatının qalibləri bəlli oldu

Futbol
Bu gün, 14:30

İngiltərə sabiq məşqçisi ABŞ millisinin rəhbərliyinə namizəd ola bilər

Futbol
Bu gün, 14:05

Azərbaycan U-20 milli komandası İraqla iki yoldaşlıq matçı keçirəcək

Olimpiada
Bu gün, 13:47

Elnur Amanov: 'Yeniyetmələrdə gümüş medal qazanıldı, gələcəkdə daha böyük uğurlar gözlənilir'

Futbol
Bu gün, 13:30

Romario Ancelotti'yi tənqid edib: "Çantanı yığ, rədd ol!"

Gimnastika
Bu gün, 13:27

Ammar Baxşalıyev 54,850 balla dünya batut gimnastikası finalına yüksəldi

Futbol
Bu gün, 13:22

Ançelotti və Mourinyo Viniciusun formasını bərpa etmək üçün əməkdaşlıq edirlər

Futbol
Bu gün, 13:18

Portuqaliya yığmasının üç futbolçusu düşərgəni tərk etdi

Futbol
Bu gün, 13:05

Andorra - Azərbaycan matçında hakimlər təyin edildi

Oxşar xəbərlər