top
Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır Idman.biz
Bu gün, 00:22
- ↺ +

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarında Azərbaycan millisinin daha iki idmançısı mübarizəyə qoşulacaq. Yeddinci yarış gününü medalsız başa vuran komandamız isə ümumi medal sıralamasında 25-ci pillədə qərarlaşıb.

İdman.Biz xəbər verir ki, bu gün start götürəcək çimərlik güləşi yarışlarında Günel Kərimli 55 kq, Nihad Süleymanlı isə 80 kq çəki dərəcəsində çıxış edəcək.

Yarışlar Bakı vaxtı ilə saat 14:30-da başlayacaq. Təmsilçilərimiz finala yüksələcəkləri təqdirdə, Günel Kərimli saat 20:55-də, Nihad Süleymanlı isə 21:15-də qızıl medal uğrunda mübarizə aparacaq.

Azərbaycan çimərlik güləşində ümumilikdə dörd idmançı ilə təmsil olunur. Digər iki güləşçimiz noyabrın 8-də yarışlara qoşulacaq.

Bu arada, Olimpiya Oyunlarında yeddinci günün nəticələrinə əsasən, medal sıralamasına Çin başçılıq edir. Asiya təmsilçisinin aktivində doqquz qızıl, üç gümüş və iki bürünc medal var.

Yaponiya səkkiz qızıl, iki gümüş və dörd bürünc medalla ikinci, Rusiya isə dörd qızıl və iki gümüş medalla üçüncü yerdədir. İlk beşliyi Misir və Xorvatiya tamamlayır.

Azərbaycan millisinin hesabında hələlik bir qızıl medal var. Komandamızın yeganə mükafatını cüdo yarışlarında 55 kq çəki dərəcəsində çempion olan İbrahim Talıbov qazanıb.

Qeyd edək ki, noyabrın 13-dək davam edəcək Olimpiya Oyunlarında 25 idman növü üzrə 153 medal dəsti uğrunda 2700-ə yaxın idmançı yarışır. Azərbaycan səkkiz idman növündə 13 idmançı ilə təmsil olunur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Qarabağ FK
Dünən, 22:15

Aleksey Kaşuk: Ukrayna Milli Komandanı çağırışı – həyatımın arzuladığı an

Qarabağ FK
Dünən, 22:06

Mourinyo Vinisiusa əzab etdi: Güclü futbolçuların da bad günü olur

Voleybol
Dünən, 21:56

Azərbaycan Qadın Voleybol Super Liqası 2026/2027 mövsümünün açılış matçları

Qarabağ FK
Dünən, 21:55

Bədavi, Qurbanlı və Şahruddin Məhəmmədəliyev Azərbaycan Milli Komandasına dəvət edildi

Qarabağ FK
Dünən, 21:55

Qarabağın 7 futbolçusu milli yığmalara çağırıldı

Olimpiada
Dünən, 21:43

Badmintonçu Ülvi Hüseynov: Heç Vaxt Heçnə İmkansız Değildir - Video

Boks
Dünən, 21:34

Azərbaycan kikboksçuları Avropa çempionatı üçün Şimali Makedoniyaya yola düşdü

Futbol
Dünən, 21:27

Cennaro Qattuzo oktyabr ayının İtaliya Seriyası ən yaxşı məşqçisi seçildi

Futbol
Dünən, 21:26

Manchester Unitedda Carlos Balebanın ciddi zədəsi

Futbol
Dünən, 20:57

Neftçi-2 Turan Tovuz-2'ı 4:1-dən məğlub etdi

Qarabağ FK
Dünən, 20:50

Qurban Qurbanov: “Yeni futbolçular artıq özlərinə gəlməyə başlayırlar”

Oxşar xəbərlər