top
Çingiz Hüseynzadə: Qış Olimpiya Oyunları Azərbaycan idmançıları üçün təcrübə məktəbi oldu Report.az
18 fevral 2026, 19:58
- ↺ +

Çingiz Hüseynzadə: Qış Olimpiya Oyunları Azərbaycan idmançıları üçün təcrübə məktəbi oldu

XXV Qış Olimpiya Oyunları Anastasiya Papatoma üçün üçün böyük təcrübə oldu və gələcək karyerası baxımından mühüm əhəmiyyət daşıyır.

"Report" xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Qurumun mətbuat xidmətinə danışan MOK rəsmisi Azərbaycan idmançılarının XXV Qış Olimpiya Oyunlarındakı çıxışlarını dəyərləndirib:

"İtaliyanın Milan və Kortina-d'Ampetso şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunları ölkəmizin iştirak etdiyi sayca səkkizinci qış Olimpiadası idi. Azərbaycan ilk dəfə 1998-ci ildə Yaponiyanın Naqano şəhərində keçirilən Qış Olimpiya Oyunlarında təmsil olunub və o vaxtdan etibarən ardıcıl olaraq bütün yarışlarda iştirak edib. Təmsilçilərimizdən Vladimir Litvintsev qısa proqramda yarışaraq, 63.63 balla çıxışını başa vurdu. O, yarış öncəsi məşqlərdə özünü kifayət qədər yaxşı tərəfdən göstərmişdi və bu onun Olimpiya Oyunlarında ikinci iştirakı idi. Litvintsev daha əvvəl Pekin 2022 Qış Olimpiya Oyunlarında 18-ci yeri tutmuşdu və bu da ondan daha uğurlu nəticə gözləməyə əsas verirdi. Ola bilər ki, Olimpiadada psixoloji təzyiqi və həyəcanı onun çıxışına mənfi təsir göstərdi.

O, Azərbaycanın digər təmsilçisi Anastasiya Papatomanın çıxışı barədə də danışıb:

"Dağ xizəyinin slalom yarışlarında çıxış edən Anastasiya Papatoma böyük idmanda ilk addımlarını atır və bu Olimpiada onun üçün ilk ciddi sınaq idi. Sevindirici haldır ki, Anastasiya ilk cəhdini 96 idmançı arasında 59-cu yerdə tamamladı. Bu nəticə ilə Azərbaycan təmsilçisi ikinci mərhələdə də iştirak etmək imkanı əldə etdi. Təmsilçimiz ikinci cəhdində 64 iştirakçı arasında finiş xəttini keçərək, hər iki cəhdin yekunlarına əsasən XXV Qış Olimpiya Oyunlarının dağ xizəyi yarışlarında çıxışını 51-ci yerdə başa vurdu. Onun göstəricisi Azərbaycan üçün Qış Olimpiya Oyunlarının slalom yarışlarında tarixi nəticə hesab olunur. Buna qədər bu idman növündə belə çıxış edən idmançımız olmamışdı. XXV Qış Olimpiya Oyunları gənc idmançı üçün böyük təcrübə oldu və gələcək karyerası baxımından mühüm əhəmiyyət daşıyır."

Çingiz Hüseynzadə medal qazanıla bilməməsinə baxmayaraq Azərbaycanın Qış Olimpiya Oyunlarında iştirakının əhəmiyyətindən danışıb. O bildirib ki, bu yarışlarda təmsilçilik ölkənin beynəlxalq idman ailəsində yerini möhkəmləndirir və gələcək uğurlar üçün vacib təcrübə qazandırır:

"Doğrudur, idmançılarımız Yay Olimpiya Oyunlarında medallar qazanaraq beynəlxalq arenalarda dövlət himnimizi səsləndirir, bayrağımızı yüksəldirlər. Qış Olimpiya Oyunlarında hələlik bu uğura nail ola bilməmişik. Bunun əsas səbəbi ölkəmizin coğrafi və iqlim xüsusiyyətləri ilə bağlıdır. Azərbaycan Cənubi Qafqaz ölkəsidir və burada qar örtüyü, şaxtalı qış mövsümü uzun sürmür. Bu amil qış idman növlərinin geniş inkişafına müəyyən məhdudiyyətlər yaradır. Lakin buna baxmayaraq, bu sahənin inkişafı istiqamətində ardıcıl addımlar atılır.

Biz Qış Olimpiya Oyunlarının bir hissəsiyik. Bu səbəbdən də Azərbaycanın Qış Olimpiya Oyunlarında təmsil olunması çox vacibdir. Qış olimpiadasında ölkəmizin əldə etdiyi ən yüksək nəticə 2014-cü ildə Soçidə qeydə alınıb. Həmin Olimpiadada fiqurlu konkisürmə yarışlarında çıxış edən Yuliya Zlobina və Aleksey Sitnikov cütlüyü 12-ci yeri tutub".

MOK-un vitse-prezidenti Azərbaycanı təmsil edən idmançıların Qış Olimpiya Oyunlarında iştirakının ölkədə qış idman növlərinin inkişafına yaratdığı imkanlardan danışıb:

"Təbii ki, Azərbaycan idmançılarının Qış Olimpiya Oyunlarında iştirakı ölkəmizdə qış idman növlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün qış idman növlərinin inkişafı dövlətimizin idman sahəsindəki siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

Bu sahədə həyata keçirilən layihələr İlham Əliyevin idmana, xüsusilə də gənclərin sağlam həyat tərzinə və peşəkar idmana cəlb olunmasına göstərdiyi davamlı diqqət və qayğının nəticəsidir.

Azərbaycanda qış idman növlərinin inkişafı üçün xüsusilə dağlıq ərazilərdən səmərəli istifadə olunur. Bu baxımdan mühüm layihələrdən biri Şahdağ Turizm Mərkəzidir. Burada qış idman növləri üzrə beynəlxalq standartlara cavab verən müasir infrastruktur yaradılıb. 2023-cü ildə Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançasının istifadəyə verilməsi paytaxtda da qış idman növlərinin inkişafına yeni imkanlar açıb.

Azərbaycanın son illərdə qış idman növləri üzrə beynəlxalq yarışlara ev sahibliyi etməsi də diqqətçəkən məqamlardandır. Ötən il ölkəmiz Dünya Kuboku yarışının təşkilatçısı olub. Bu ilin mart ayında xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışlarının keçirilməsi planlaşdırılır. Gələn il isə Şahdağ Turizm Mərkəzində Xizək Alpinizmi üzrə Dünya Çempionatının təşkili nəzərdə tutulur. Belə nüfuzlu yarışların ölkəmizdə keçirilməsi gənclərin qış idman növlərinə marağını artırır."

O, həmçinin Oyunların təşkilati məsələlərinə münasibət bildirib və üçüncü dəfə İtaliyanın ev sahibliyi etdiyi Qış Olimpiadası barədə fikirlərini bölüşüb:

"Biz Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələri ilə daim əlaqə saxlayır, mütəmadi fikir mübadiləsi aparırıq. Təşkilati məsələlərdə əvvəlki Olimpiya Oyunları ilə müqayisədə müəyyən çətinliklərin olduğunu demək olar. Bunun əsas səbəbi tətbiq edilən mexanizmlərin nisbətən yeni olmasındadır. Hazırda proseslərin böyük hissəsi rəqəmsal platformalar üzərindən həyata keçirilir və bu da uyğunlaşma dövründə bəzi texniki çətinliklər yaratsa da, hər hansı ciddi risk və ya narahatlıq doğurmur."

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 20:00

Çairın baş məşqçisi: "Kür"ə qarşı qələbə gözlənilmədən gəldi

Güləş
Bu gün, 19:53

"Kür" qadın həndbol komandası məşqçisi: “Gələcək üçün inamım var, işə davam edəcəyəm”

Basketbol
Bu gün, 19:25

LANDAU Lions 85:62 hesabı ilə Gəncəyə inamlı qələbə qazandı

Digər
Bu gün, 19:22

"Kür"ün baş məşqçisi: "Şimali Makedoniya komandasına qarşı matçda maksimum güc sərf etdik, lakin qalib gələ bilmədik"

Futbol
Bu gün, 18:56

İspaniya U21 komandası Qrimaldonun yüksək temperatur səbəbiylə İngiltərə oyunu üçün itki yaşayır

Futbol
Bu gün, 18:26

“Fənərbağça” Dirk Kuyta 1.125 milyon avroluq təzminatı ödədiyi bildirildi

Futbol
Bu gün, 17:49

Ağstafa Gəncləri 3:0 Difai, Marafon 5:0 Şəki

Basketbol
Bu gün, 17:37

Murad Dikmen: Gəncə komandası LandaU Lions qarşısında istədiyimiz oyunu göstərə bilmədi

Basketbol
Bu gün, 17:10

Erhan Toker: "Komandamıza uzun səfərlər və uçuşlar təsir edir"

Futbol
Bu gün, 16:58

Lukaku zədəsini sağaldı, Belçika millisi ilə İtaliya oyununa dəvət edildi

Gimnastika
Bu gün, 16:35

Lənkəranda bədii gimnastika regional yarışında qaliblər müəyyənləşdi

Futbol
Bu gün, 16:03

Manchester United Nussair Mazraoui'ni saxlamaq niyyətindədir

Voleybol
Bu gün, 16:03

“Turan” voleybol komandası “Naxçıvan”la Tovuzda üz-üzə gəlir

Futbol
Bu gün, 16:02

Ronaldo 2027-ci ildə Portuqaliyada 35 milyon avroluq yeni evə köçürülür

Futbol
Bu gün, 15:59

Polşanın qələbəsi, “Sabah” müdafiəçisinin oyuna çıxması mümkün olmadı

Cüdo
Bu gün, 15:52

Abşeron Olimpiya İdman Kompleksində Bakı cüdo çempionatının qalibləri bəlli oldu

Futbol
Bu gün, 14:30

İngiltərə sabiq məşqçisi ABŞ millisinin rəhbərliyinə namizəd ola bilər

Futbol
Bu gün, 14:05

Azərbaycan U-20 milli komandası İraqla iki yoldaşlıq matçı keçirəcək

Olimpiada
Bu gün, 13:47

Elnur Amanov: 'Yeniyetmələrdə gümüş medal qazanıldı, gələcəkdə daha böyük uğurlar gözlənilir'

Futbol
Bu gün, 13:30

Romario Ancelotti'yi tənqid edib: "Çantanı yığ, rədd ol!"

Gimnastika
Bu gün, 13:27

Ammar Baxşalıyev 54,850 balla dünya batut gimnastikası finalına yüksəldi

Futbol
Bu gün, 13:22

Ançelotti və Mourinyo Viniciusun formasını bərpa etmək üçün əməkdaşlıq edirlər

Futbol
Bu gün, 13:18

Portuqaliya yığmasının üç futbolçusu düşərgəni tərk etdi

Futbol
Bu gün, 13:05

Andorra - Azərbaycan matçında hakimlər təyin edildi

Oxşar xəbərlər