top
Çingiz Hüseynzadə: Azərbaycanın Qış Olimpiya Oyunlarında iştirakının əhəmiyyəti və idmançıların çıxışları Idman.biz
18 fevral 2026, 20:43
- ↺ +

Çingiz Hüseynzadə: Azərbaycanın Qış Olimpiya Oyunlarında iştirakının əhəmiyyəti və idmançıların çıxışları

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançılarının çıxışı ilə bağlı müsahibə verib.

İdman.Biz bildirir ki, Azərbaycan komandası Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında 2 idmançı ilə təmsil olunub. Dağ xizəyinin slalom növündə təmsil edən Anastasiya Papatoma yarışda çıxışını 51-ci yerdə başa vurub. Komandamızın digər üzvü Vladimir Litvintsev fiqurlu konkisürmə yarışlarının qısa proqramında sonuncu olub.

- Çingiz müəllim, XXV Qış Olimpiya Oyunları Azərbaycan idmançıları üçün başa çatdı. İdmançılarımızın çıxışlarını necə dəyərləndirirsiniz?

- Milan-Kortina-2026 Qış Olimpiya Oyunları ölkəmizin iştirak etdiyi sayca səkkizinci qış olimpiadası idi. Ölkəmiz ilk dəfə 1998-ci ildə Yaponiyanın Naqano şəhərində keçirilən Qış Olimpiya Oyunlarında təmsil olunub və o vaxtdan etibarən ardıcıl olaraq bütün qış olimpiadalarında iştirak edib.

Budəfəki olimpiadada iki idmançı - Vladimir Litvintsev fiqurlu konkisürmə, Anastasiya Papatoma isə dağ xizəyinin slalom növündə çıxış etdi.

Vladimir Litvintsev fevralın 10-da Milan şəhərində yerləşən "Mediolanum Forum" arenasında qısa proqramda yarışaraq, 63.63 balla çıxışını başa vurdu. Bu nəticə ilə o ilk 24-lüyə düşə bilmədiyindən fevralın 13-də keçirilən sərbəst proqram yarışlarına vəsiqə qazanmadı. Əslində, Vladimir Litvintsev yarış öncəsi məşqlərdə özünü kifayət qədər yaxşı tərəfdən göstərmişdi və bu onun Olimpiya Oyunlarında ikinci iştirakı idi. O, daha əvvəl Pekin 2022 Qış Olimpiya Oyunlarında 18-ci yeri tutmuşdu və bu da ondan daha uğurlu nəticə gözləməyə əsas verirdi. Ola bilər ki, Olimpiya Oyunlarının psixoloji təzyiqi və həyəcanı onun çıxışına mənfi təsir göstərdi.

Digər təmsilçimiz Anastasiya Papatoma isə fevralın 18-də dağ xizəyinin slalom yarışlarında mübarizə apardı. 18 yaşı olan idmançı böyük idmanda ilk addımlarını atır və bu olimpiada onun üçün ilk ciddi sınaq idi. Sevindirici haldır ki, Anastasiya ilk cəhdini 96 idmançı arasında 59-cu yerdə tamamladı. Bu nəticə ilə Azərbaycan təmsilçisi ikinci mərhələdə də iştirak etmək imkanı əldə etdi. Təmsilçimiz ikinci cəhdində 64 iştirakçı arasında finiş xəttini keçərək, hər iki cəhdin yekunlarına əsasən XXV Qış Olimpiya Oyunlarının dağ xizəyi yarışlarında çıxışını 51-ci yerdə başa vurdu. Onun göstəricisi Azərbaycan üçün Qış Olimpiya Oyunlarının slalom yarışlarında tarixi nəticə hesab olunur. Buna qədər bu idman növündə belə çıxış edən idmançımız olmamışdır. Milan-Kortina-2026 Qış Olimpiya Oyunları gənc idmançımız üçün böyük təcrübə oldu və gələcək karyerası baxımından mühüm əhəmiyyət daşıyır.

- Çingiz müəllim, Azərbaycan Yay Olimpiya Oyunlarında mütəmadi olaraq medal qazanır. Qış Olimpiya Oyunlarında isə hələlik uğur əldə olunmayıb. Buna baxmayaraq, ölkəmizin Qış olimpiadalarında iştirakı hansı əhəmiyyəti daşıyır?

- Doğrudur, idmançılarımız Yay Olimpiya Oyunlarında medallar qazanaraq beynəlxalq arenalarda dövlət himnimizi səsləndirir, bayrağımızı yüksəldirlər.

Qış Olimpiya Oyunlarında hələlik bu uğura nail ola bilməmişik. Bunun əsas səbəbi ölkəmizin coğrafi və iqlim xüsusiyyətləri ilə bağlıdır. Azərbaycan Cənubi Qafqaz ölkəsidir və burada qar örtüyü, şaxtalı qış mövsümü uzun sürmür. Bu amil qış idman növlərinin geniş inkişafına müəyyən məhdudiyyətlər yaradır. Lakin buna baxmayaraq, bu sahənin inkişafı istiqamətində ardıcıl addımlar atılır.

Biz Qış Olimpiya Oyunlarının bir hissəsiyik. Bu səbəbdən də Azərbaycanın Qış Olimpiya Oyunlarında təmsil olunması çox vacibdir. Qış olimpiadasında ölkəmizin əldə etdiyi ən yüksək nəticə 2014-cü ildə Soçidə qeydə alınıb. Həmin Olimpiadada fiqurlu konkisürmə yarışlarında çıxış edən Yuliya Zlobina və Aleksey Sitnikov cütlüyü 12-ci yeri tutub.

- Sizcə, Azərbaycanı təmsil edən idmançıların Qış Olimpiya Oyunlarında iştirakı ölkəmizdə bu idman növünün inkişafı üçün hansı yeni imkanlar yaradır?

- Təbii ki, Azərbaycan idmançılarının Qış Olimpiya Oyunlarında iştirakı ölkəmizdə qış idman növlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün qış idman növlərinin inkişafı dövlətimizin idman sahəsindəki siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

Bu sahədə həyata keçirilən layihələr Azərbaycan Prezidenti İlham Əliyevin idmana, xüsusilə də gənclərin sağlam həyat tərzinə və peşəkar idmana cəlb olunmasına göstərdiyi davamlı diqqət və qayğının nəticəsidir.

Azərbaycanda qış idman növlərinin inkişafı üçün xüsusilə dağlıq ərazilərdən səmərəli istifadə olunur. Bu baxımdan mühüm layihələrdən biri Şahdağ Turizm Mərkəzidir. Burada qış idman növləri üzrə beynəlxalq standartlara cavab verən müasir infrastruktur yaradılıb. 2023-cü ildə Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançasının istifadəyə verilməsi paytaxtda da qış idman növlərinin inkişafına yeni imkanlar açıb.

Azərbaycanın son illərdə qış idman növləri üzrə beynəlxalq yarışlara ev sahibliyi etməsi də diqqətçəkən məqamlardandır. Ötən il ölkəmiz Dünya Kuboku yarışının təşkilatçısı olub. Bu ilin mart ayında xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışlarının keçirilməsi planlaşdırılır. Gələn il isə Şahdağ Turizm Mərkəzində Xizək Alpinizmi üzrə Dünya Çempionatının təşkili nəzərdə tutulur. Belə nüfuzlu yarışların ölkəmizdə keçirilməsi gənclərin qış idman növlərinə marağını artırır.

- Çingiz müəllim, Oyunların təşkilatı məsələləri ilə bağlı fikriniz necədir? Sizcə, üçüncü dəfə Qış Olimpiya Oyunlarına ev sahibliyi edən İtaliya bu Olimpiadanın öhdəsindən layiqincə gələ bildimi?

- Biz Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələri ilə daim əlaqə saxlayır, mütəmadi fikir mübadiləsi aparırıq. Təşkilati məsələlərdə əvvəlki Olimpiya Oyunları ilə müqayisədə müəyyən çətinliklərin olduğunu demək olar. Bunun əsas səbəbi tətbiq edilən mexanizmlərin nisbətən yeni olmasındadır. Hazırda proseslərin böyük hissəsi rəqəmsal platformalar üzərindən həyata keçirilir və bu da uyğunlaşma dövründə bəzi texniki çətinliklər yaratsa da, hər hansı ciddi risk və ya narahatlıq doğurmur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 20:00

Çairın baş məşqçisi: "Kür"ə qarşı qələbə gözlənilmədən gəldi

Güləş
Bu gün, 19:53

"Kür" qadın həndbol komandası məşqçisi: “Gələcək üçün inamım var, işə davam edəcəyəm”

Basketbol
Bu gün, 19:25

LANDAU Lions 85:62 hesabı ilə Gəncəyə inamlı qələbə qazandı

Digər
Bu gün, 19:22

"Kür"ün baş məşqçisi: "Şimali Makedoniya komandasına qarşı matçda maksimum güc sərf etdik, lakin qalib gələ bilmədik"

Futbol
Bu gün, 18:56

İspaniya U21 komandası Qrimaldonun yüksək temperatur səbəbiylə İngiltərə oyunu üçün itki yaşayır

Futbol
Bu gün, 18:26

“Fənərbağça” Dirk Kuyta 1.125 milyon avroluq təzminatı ödədiyi bildirildi

Futbol
Bu gün, 17:49

Ağstafa Gəncləri 3:0 Difai, Marafon 5:0 Şəki

Basketbol
Bu gün, 17:37

Murad Dikmen: Gəncə komandası LandaU Lions qarşısında istədiyimiz oyunu göstərə bilmədi

Basketbol
Bu gün, 17:10

Erhan Toker: "Komandamıza uzun səfərlər və uçuşlar təsir edir"

Futbol
Bu gün, 16:58

Lukaku zədəsini sağaldı, Belçika millisi ilə İtaliya oyununa dəvət edildi

Gimnastika
Bu gün, 16:35

Lənkəranda bədii gimnastika regional yarışında qaliblər müəyyənləşdi

Futbol
Bu gün, 16:03

Manchester United Nussair Mazraoui'ni saxlamaq niyyətindədir

Voleybol
Bu gün, 16:03

“Turan” voleybol komandası “Naxçıvan”la Tovuzda üz-üzə gəlir

Futbol
Bu gün, 16:02

Ronaldo 2027-ci ildə Portuqaliyada 35 milyon avroluq yeni evə köçürülür

Futbol
Bu gün, 15:59

Polşanın qələbəsi, “Sabah” müdafiəçisinin oyuna çıxması mümkün olmadı

Cüdo
Bu gün, 15:52

Abşeron Olimpiya İdman Kompleksində Bakı cüdo çempionatının qalibləri bəlli oldu

Futbol
Bu gün, 14:30

İngiltərə sabiq məşqçisi ABŞ millisinin rəhbərliyinə namizəd ola bilər

Futbol
Bu gün, 14:05

Azərbaycan U-20 milli komandası İraqla iki yoldaşlıq matçı keçirəcək

Olimpiada
Bu gün, 13:47

Elnur Amanov: 'Yeniyetmələrdə gümüş medal qazanıldı, gələcəkdə daha böyük uğurlar gözlənilir'

Futbol
Bu gün, 13:30

Romario Ancelotti'yi tənqid edib: "Çantanı yığ, rədd ol!"

Gimnastika
Bu gün, 13:27

Ammar Baxşalıyev 54,850 balla dünya batut gimnastikası finalına yüksəldi

Futbol
Bu gün, 13:22

Ançelotti və Mourinyo Viniciusun formasını bərpa etmək üçün əməkdaşlıq edirlər

Futbol
Bu gün, 13:18

Portuqaliya yığmasının üç futbolçusu düşərgəni tərk etdi

Futbol
Bu gün, 13:05

Andorra - Azərbaycan matçında hakimlər təyin edildi

Oxşar xəbərlər