Seneqalin paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları davam edir.
İdman.Biz xəbər verir ki, bu gün Azərbaycan komandasının iki idmançısı Oyunlarda mübarizə aparacaq.
Təmsilçilərimizdən biri boks, digəri isə taekvondo yarışlarında qüvvəsini sınayacaq. Boks yarışlarında Gülər Hüseynova (51 kq) Bakı vaxtilə saat 16:15-də yarımfinal görüşünə çıxacaq. İdmançımız yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı təmin edib.
Digər təmsilçimiz Adil Kazımlı isə taekvondo yarışlarında mübarizəyə başlayacaq. -73 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız Bakı vaxtı ilə saat 16:24-də dayanq üzərinə çıxacaq.
Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində 4 (3 qızıl, 1 gümüş) medal var.
Oyunlara noyabrın 13-də yekun vurulacaq.