top
Bakı Marafonu 2026: Qaliblər müəyyənləşdi, mükafatlandırma mərasimi keçirildi + FOTO/VİDEO Idman.biz
03 may 2026, 17:37
- ↺ +

"Bakı Marafonu 2026": Qaliblər müəyyənləşdi, mükafatlandırma mərasimi keçirildi + FOTO/VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"da mükafatlandırma mərasimi olub.

İdman.Biz xəbər verir ki, marafonun "Sea Breeze" ərazisindəki finiş zonasında qaliblərə medalları Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdim edib.

Mərasimdə, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov iştirak ediblər.

Marafonda finiş xəttinə kişilər arasında ilk çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub. İkinci yerdə ukraynalı yarışçı Vitaliy Şafar, üçüncü yerdə isə Qırğızıstan təmsilçisi Yrskeldi Akerov qərarlaşıb.

Qadınların mübarizəsində Rusiyadan Elena Tolstıx birinci, Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay üçüncü yerin sahibi olub.

Qeyd edək ki, bu il "Bakı Marafonu" ilk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrutda keçirilib. Marafona 25 min iştirakçı qatılıb.

14:22

Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşib. İlk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrut üzrə təşkil olunan yarışda böyük canlanma yaşanıb.

İdman.Biz xəbər verir ki, kişilər arasında finiş xəttinə hamıdan tez Türkiyə təmsilçisi Əhməd Alkanoğlu çatıb. İkinci pillədə Ukrayna idmançısı Vitaliy Şafar, üçüncü yerdə isə Qırğızıstan qaçışçısı Yrskeldi Akerov qərarlaşıb.

@idman.biz Böyük Bakı Marafonunun qalibləri müəyyən olub️ #bakumarathon2026 #marathon #viraltiktok orijinal ses - Idman və Biz

Qadınların mübarizəsində Rusiyadan Elena Tolstıx birinci yeri qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azərbaycan təmsilçisi Anna Yusupova yarışı ikinci, Qazaxıstan idmançısı Şirin Akimbay isə üçüncü sırada tamamlayıb.

Ümumilikdə 25 min iştirakçının qatıldığı marafon paytaxt sakinləri və qonaqlar üçün əsl idman bayramına çevrilib.

10:08

Bu gün Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan "Bakı Marafonu 2026"ya start verilib. Sayca doqquzuncu dəfə keçirilən ənənəvi yarış builki formatı ilə əvvəlkilərdən fərqlənir. Belə ki, marafon ilk dəfə 42 kilometr tam məsafədə təşkil olunub.

İdman.Biz xəbər verir ki, marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrin təmsilçiləri də qələbə uğrunda mübarizə aparırlar. Yarışda fiziki imkanları məhdud olan şəxslər, eləcə də daun sindromlu iştirakçılar da öz qüvvələrini sınayırlar.

Marafona səhər saat 10:00-da start verilsə də, artıq saat 7:00-dan etibarən Dövlət Bayrağı Meydanında böyük canlanma müşahidə olunub. Atletlər zonasında iştirakçılar üçün yoqa və isinmə məşqləri keçirilib, əyləncə zonasında isə müxtəlif interaktiv oyunlar təşkil edilib. Dövlət Bayrağı Meydanından başlayan yarış "Sea Breeze" ərazisindəki finiş xəttində yekunlaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:56

İspaniya U21 komandası Qrimaldonun yüksək temperatur səbəbiylə İngiltərə oyunu üçün itki yaşayır

Futbol
Bu gün, 18:26

“Fənərbağça” Dirk Kuyta 1.125 milyon avroluq təzminatı ödədiyi bildirildi

Futbol
Bu gün, 17:49

Ağstafa Gəncləri 3:0 Difai, Marafon 5:0 Şəki

Basketbol
Bu gün, 17:37

Murad Dikmen: Gəncə komandası LandaU Lions qarşısında istədiyimiz oyunu göstərə bilmədi

Basketbol
Bu gün, 17:10

Erhan Toker: "Komandamıza uzun səfərlər və uçuşlar təsir edir"

Futbol
Bu gün, 16:58

Lukaku zədəsini sağaldı, Belçika millisi ilə İtaliya oyununa dəvət edildi

Gimnastika
Bu gün, 16:35

Lənkəranda bədii gimnastika regional yarışında qaliblər müəyyənləşdi

Futbol
Bu gün, 16:03

Manchester United Nussair Mazraoui'ni saxlamaq niyyətindədir

Voleybol
Bu gün, 16:03

“Turan” voleybol komandası “Naxçıvan”la Tovuzda üz-üzə gəlir

Futbol
Bu gün, 16:02

Ronaldo 2027-ci ildə Portuqaliyada 35 milyon avroluq yeni evə köçürülür

Futbol
Bu gün, 15:59

Polşanın qələbəsi, “Sabah” müdafiəçisinin oyuna çıxması mümkün olmadı

Cüdo
Bu gün, 15:52

Abşeron Olimpiya İdman Kompleksində Bakı cüdo çempionatının qalibləri bəlli oldu

Futbol
Bu gün, 14:30

İngiltərə sabiq məşqçisi ABŞ millisinin rəhbərliyinə namizəd ola bilər

Futbol
Bu gün, 14:05

Azərbaycan U-20 milli komandası İraqla iki yoldaşlıq matçı keçirəcək

Olimpiada
Bu gün, 13:47

Elnur Amanov: 'Yeniyetmələrdə gümüş medal qazanıldı, gələcəkdə daha böyük uğurlar gözlənilir'

Futbol
Bu gün, 13:30

Romario Ancelotti'yi tənqid edib: "Çantanı yığ, rədd ol!"

Gimnastika
Bu gün, 13:27

Ammar Baxşalıyev 54,850 balla dünya batut gimnastikası finalına yüksəldi

Futbol
Bu gün, 13:22

Ançelotti və Mourinyo Viniciusun formasını bərpa etmək üçün əməkdaşlıq edirlər

Futbol
Bu gün, 13:18

Portuqaliya yığmasının üç futbolçusu düşərgəni tərk etdi

Futbol
Bu gün, 13:05

Andorra - Azərbaycan matçında hakimlər təyin edildi

Futbol
Bu gün, 13:00

Şahdağ Qusar məşqçisi Füzuli Məmmədov: Birliyimiz bizi çempion edəcək

Futbol
Bu gün, 12:45

Portuqaliya Millisi Danimarkaya 1:4 məğlubiyyətdən sonra üç əsas futbolçusunu itirdi

Futbol
Bu gün, 12:30

İnfantino yenidən FİFA prezidentliyi üçün 180+ federasiya dəstəyinə sahib

Futbol
Bu gün, 12:30

Barselona: de Yonqun bel yarası səbəbindən heyət problemi

Oxşar xəbərlər