top
Bakı 2026 Dünya İdman Paytaxtı: Melburn təcrübəsi Bakıya nə öyrədə bilər? Idman.biz
28 fevral 2026, 13:57
- ↺ +

Bakı 2026 "Dünya İdman Paytaxtı": Melburn təcrübəsi Bakıya nə öyrədə bilər?

Bakı 2026-cı il "Dünya İdman Paytaxtı" elan olunub. Ötən ilin sonunda Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) prezidenti Can Françesko Lupatelli paytaxtımıza səfər edərək müvafiq lövhəni təntənəli şəkildə mer Eldar Əzizova təqdim edib.

İdman.Biz xəbər verir ki, Bakı bu titulu ötən il daşıyan Monakodan qəbul edib.

Bu status paytaxtın ardıcıl şəkildə böyük yarışlara ev sahibliyi etməsi və uğurlu idman siyasətinin nəticəsidir. Son illər Bakı Avropa Liqasının finalını, futbol üzrə Avropa çempionatının oyunlarını qəbul edib, "Formula-1" Qran-Prisinin keçirildiyi məkana çevrilib, müxtəlif idman növləri üzrə dünya çempionatları isə artıq adi hal alıb.

Bu il paytaxtda "Kral yarışları" ilə yanaşı, cüdo üzrə dünya çempionatı, voleybol üzrə Avropa çempionatı, gimnastika növləri üzrə Dünya kubokları və bir çox digər turnirlər keçiriləcək.

Bakı artıq yüksək təşkilatçılıq səviyyəsini dəfələrlə sübut edib. Lakin keyfiyyətcə yeni mərhələyə keçid üçün yalnız yarışların keçirilməsi kifayət deyil – infrastrukturun, idman turizminin və azarkeş mədəniyyətinin inkişafı vacibdir. Bu baxımdan Avstraliya, xüsusilə də Melburn maraqlı nümunə sayıla bilər.

Melburn bu il 11 böyük beynəlxalq turnirə ev sahibliyi edəcək. Onlardan birincisi mövsümün ilk "Böyük dəbilqə" turniri – "Australian Open" olub. Karlos Alkarasla Novak Cokoviç arasındakı final görüşünü tribunalardan 56 931 tamaşaçı izləyib ki, bu da həlledici həftəsonu üçün yeni rekord sayılır.

Melburnda idman turizmi xüsusi yer tutur. Dünya Turizm Təşkilatının məlumatına görə, hazırda qlobal turizm xərclərinin 10 faizi məhz idman səfərlərinin payına düşür və 2032-ci ilə qədər bu bazarın həcminin 1,3 trilyon dollara çatacağı proqnozlaşdırılır. Stasher şirkətinin araşdırmasına əsasən, Melburn 2026-cı il üçün idman turizmi baxımından dünyanın ən yaxşı şəhərləri siyahısında dördüncü yeri tutub.

Şəhərdə 18 Avstraliya futbol liqasından doqquzunun bazası yerləşir, həmçinin reqbi, futbol, basketbol və kriket komandaları fəaliyyət göstərir. Yaxın vaxtlarda Melburn Kriket Arenasında ABŞ Milli Futbol Liqasının (NFL) tarixində Avstraliyada keçiriləcək ilk müntəzəm mövsüm oyunu baş tutacaq – "Los-Anceles Rems" və "San-Fransisko 49ers" komandaları üz-üzə gələcək.

"Visit Victoria" saytının(visitmelbourne.com) baş icraçı direktoru Brendan MakKlements bildirib ki, bu cür oyunlar şəhərin qlobal idman paytaxtı statusunu möhkəmləndirir və turizmə əlavə maraq yaradır.

Melburnda idman infrastrukturu və nəqliyyat sistemi də nümunə göstərilir. Stadionlara çatmaq və gecə saatlarında geri qayıtmaq problem yaratmır, ictimai nəqliyyat gecəyarısına qədər fasiləsiz işləyir. Şəhərin mərkəzində yerləşən "Riçmond" stansiyası ətrafında "Rod Leyver Arena", "Con Keyn Arena" və AAMI Park kimi komplekslər cəmləşib.

Bütün bunlar göstərir ki, Melburnda uğurun əsas komponentləri yalnız yüksək təşkilatçılıq deyil, həm də güclü yerli azarkeş bazası, idman turizmi strategiyası və əlçatan infrastrukturudur. Bakı artıq böyük yarışların təşkili sahəsində sözünü deyib, indi isə Avstraliya təcrübəsindən yararlanaraq idman həyatını daha da zənginləşdirmək imkanına malikdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 19:53

"Kür" qadın həndbol komandası məşqçisi: “Gələcək üçün inamım var, işə davam edəcəyəm”

Basketbol
Bu gün, 19:25

LANDAU Lions 85:62 hesabı ilə Gəncəyə inamlı qələbə qazandı

Digər
Bu gün, 19:22

"Kür"ün baş məşqçisi: "Şimali Makedoniya komandasına qarşı matçda maksimum güc sərf etdik, lakin qalib gələ bilmədik"

Futbol
Bu gün, 18:56

İspaniya U21 komandası Qrimaldonun yüksək temperatur səbəbiylə İngiltərə oyunu üçün itki yaşayır

Futbol
Bu gün, 18:26

“Fənərbağça” Dirk Kuyta 1.125 milyon avroluq təzminatı ödədiyi bildirildi

Futbol
Bu gün, 17:49

Ağstafa Gəncləri 3:0 Difai, Marafon 5:0 Şəki

Basketbol
Bu gün, 17:37

Murad Dikmen: Gəncə komandası LandaU Lions qarşısında istədiyimiz oyunu göstərə bilmədi

Basketbol
Bu gün, 17:10

Erhan Toker: "Komandamıza uzun səfərlər və uçuşlar təsir edir"

Futbol
Bu gün, 16:58

Lukaku zədəsini sağaldı, Belçika millisi ilə İtaliya oyununa dəvət edildi

Gimnastika
Bu gün, 16:35

Lənkəranda bədii gimnastika regional yarışında qaliblər müəyyənləşdi

Futbol
Bu gün, 16:03

Manchester United Nussair Mazraoui'ni saxlamaq niyyətindədir

Voleybol
Bu gün, 16:03

“Turan” voleybol komandası “Naxçıvan”la Tovuzda üz-üzə gəlir

Futbol
Bu gün, 16:02

Ronaldo 2027-ci ildə Portuqaliyada 35 milyon avroluq yeni evə köçürülür

Futbol
Bu gün, 15:59

Polşanın qələbəsi, “Sabah” müdafiəçisinin oyuna çıxması mümkün olmadı

Cüdo
Bu gün, 15:52

Abşeron Olimpiya İdman Kompleksində Bakı cüdo çempionatının qalibləri bəlli oldu

Futbol
Bu gün, 14:30

İngiltərə sabiq məşqçisi ABŞ millisinin rəhbərliyinə namizəd ola bilər

Futbol
Bu gün, 14:05

Azərbaycan U-20 milli komandası İraqla iki yoldaşlıq matçı keçirəcək

Olimpiada
Bu gün, 13:47

Elnur Amanov: 'Yeniyetmələrdə gümüş medal qazanıldı, gələcəkdə daha böyük uğurlar gözlənilir'

Futbol
Bu gün, 13:30

Romario Ancelotti'yi tənqid edib: "Çantanı yığ, rədd ol!"

Gimnastika
Bu gün, 13:27

Ammar Baxşalıyev 54,850 balla dünya batut gimnastikası finalına yüksəldi

Futbol
Bu gün, 13:22

Ançelotti və Mourinyo Viniciusun formasını bərpa etmək üçün əməkdaşlıq edirlər

Futbol
Bu gün, 13:18

Portuqaliya yığmasının üç futbolçusu düşərgəni tərk etdi

Futbol
Bu gün, 13:05

Andorra - Azərbaycan matçında hakimlər təyin edildi

Futbol
Bu gün, 13:00

Şahdağ Qusar məşqçisi Füzuli Məmmədov: Birliyimiz bizi çempion edəcək

Oxşar xəbərlər