Gənclər və İdman Nazirliyi "İdmançılarımızı tanıyaq" rubrikasının növbəti buraxılışını badmintonçu Ülvi Hüseynova həsr edib.
İdman.Biz xəbər verir ki, yayımlanan videomaterialda idmançı karyerası, qazandığı təcrübə və gələcək hədəfləri barədə danışıb.
Ən böyük arzusunun Olimpiya Oyunlarında qalib gəlmək olduğunu bildirən gənc badmintonçu yarışlar zamanı başına gələn maraqlı hadisələri də izləyicilərlə bölüşüb.
Beynəlxalq turnirlərin mükafatçısı olan Hüseynov bu il Bakıda keçirilən "Azerbaijan Junior Open" yarışında Əmirxan İmanovla birlikdə qoşa yarışda qalib gəlib.