top
Azərbaycanlı kayak və kanoeçilər Avropa çempionatından öncə İnkişaf proqramında iştirak ediblər Idman.biz
06 iyul 2025, 18:59
- +

Azərbaycanlı kayak və kanoeçilər Avropa çempionatından öncə "İnkişaf proqramı"nda iştirak ediblər

Azərbaycanın gənc kayak və kanoeçiləri "İnkişaf proqramı"nda iştirak ediblər.

İdman.biz xəbər verir ki, Rumıniyanın Piteşti şəhərində start götürən kayak və kanoe üzrə gənclər/U23 Avropa çempionatından öncə Azərbaycan millisinin idmançıları Avropa Kanoe Assosiasiyasının (ECA) təşkil etdiyi "İnkişaf proqramı" çərçivəsində təlim-məşq toplanışına qatılıblar.

Bu proqrama kayak üzrə gənclərdən ibarət yığma komandanın üzvləri Əlimurad Hacızadə və Amil Ramazanov, kanoe üzrə U23 yığmamızın idmançısı Tatyana Smilovenko, həmçinin yığma komandanın böyük məşqçisi Mirnazim Cavadov daxil edilib. Onlar Avropa çempionatı ərəfəsində keçirilən bu xüsusi hazırlıq prosesində iştirak etməklə beynəlxalq səviyyəli idmançılarla təcrübə mübadiləsi aparmaq imkanı əldə ediblər.

Avropa Kanoe Assosiasiyasının təşəbbüsü ilə həyata keçirilən "İnkişaf proqramı" Avropa çempionatına qatılan gənc və perspektivli idmançıların peşəkar hazırlıq səviyyəsini artırmaq məqsədi daşıyır. Təlimlər zamanı iştirakçılar müxtəlif texniki və taktiki məşqlərdə iştirak edib, fərdi bacarıqlarını təkmilləşdiriblər.

Toplanışın sonunda Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana proqramın iştirakçıları ilə xüsusi görüş keçirib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 14:01

ABŞ qarışıq.estafetdə dünya rekordunu yenilədi

Futbol
Bu gün, 13:47

"Kəpəz" belçikalı futbolçu ilə müqavilə imzalayıb

Futbol
Bu gün, 13:39

Tijjani Reijnders „Əl-Qadisiyə“yə keçə bilər

Futbol
Bu gün, 13:20

Çelsitransfer yolları ayırmağa hazırlaşır

Futbol
Bu gün, 12:40

"Kəpəz" belçikalı futbolçu ilə müqavilə imzalayıb

Futbol
Bu gün, 12:20

Dinamo müdafiəçisini itirdi

Digər
Bu gün, 11:53

Azərbaycan triatlonçuları Avropa Kubokunda

Basketbol
Bu gün, 11:46

“Neftçi” basketbol komandası heyətini ABŞ-li hücumçu ilə gücləndirib

Futbol
Bu gün, 11:40

Messi atasının vəfatından sonra böyük sürprizlə meydana qayıdıb

Olimpiada
Bu gün, 11:26

İspaniyalı olimpiyaçı Günəş tutulması zamanı skeytbord tryuku edib

Qarabağ FK
Bu gün, 11:20

Aleksey Kaşukun “Polissya”ya keçidi niyə baş tutmayıb

Futbol
Bu gün, 11:00

Sabir Buqrin “Neftçi”yə qayıda bilər

Futbol
Bu gün, 10:40

İpsviç "Strasburq"dan iki futbolçu transfer edir

Şahmat
Bu gün, 10:32

Respublika Şahmat Olimpiadası: qaliblər müəyyən olub

Futbol
Bu gün, 10:20

Aston Villa Aaron Van-Bissakanın transferi ilə bağlı danışıqlara başlayıb

Futbol
Bu gün, 10:03

Barselona futbolçusu Lamin Yamal sevgilisi tərəfindən məhkəməyə verilib

Futbol
Bu gün, 10:00

Ronaldinyonun təqdimatı Avqustın 20-də keçiriləcək

Futbol
Bu gün, 10:00

Karvan-Yevlax Keçmişi Olan Coy-Slayd Mikelsin Yeni Klubu Məlum Oludu

Futbol
Bu gün, 09:40

Fulhem - Malaqa: İspaniyalı məşqçi Arbeloa «qırmızı» vərəqə alıb

Futbol
Bu gün, 09:20

Bavariya Joao Palinyanı 25 milyondan ucuz satmayacaq

Futbol
Bu gün, 09:10

Mançester Siti Rodri üçün 82 milyon avro istəyir

Qarabağ FK
Bu gün, 09:00

Qarabağ Dinamo ilə oyunu

Futbol
Bu gün, 08:40

PSJ yaxın günlərdə 3 transferi bitirməyə hazırlaşır

Futbol
Bu gün, 08:20

Qalatasaray Qabriel Martinelli Transferi

Oxşar xəbərlər