top
Azərbaycanlı ilk təhlükəsiz idman sertifikatlı məşqçi: Layihə gəncləri və uşaqları müdafiə etməyi hədəfləyir. Report.az
10 may 2025, 14:17
- ↺ +

Azərbaycanlı ilk təhlükəsiz idman sertifikatlı məşqçi: "Layihə gəncləri və uşaqları müdafiə etməyi hədəfləyir."

Məşqçiliyin Təkmilləşdirilməsi üzrə Beynəlxalq Sertifikasiya Proqramı (ICECP) çərçivəsində təhlükəsiz idman (Safe Sport) üzrə sertifikat əldə edən ilk azərbaycanlı məşqçi Ayan Xankişiyeva uğuru haqqında təəssüratlarını bölüşüb.

Məşqçi "Report"a açıqlamasında sözügedən proqramda iştirakını qiymətləndirib.

O, layihənin məqsədi barədə danışıb:

"Milli Olimpiya Komitəsinin dəstəyi ilə məşqçiliyin təkmilləşdirilməsi proqramında iştirak etmişəm və uğurla başa vurmuşam. Proqramda iştirak üçün seçilməyim böyük şərəf oldu. Ötən ilin aprelindən başlayan proqram bir il davam etdi. Bu müddət ərzində məşqçilik, idarəetmə metodları, psixoloji hazırlıqla bağlı bir çox dərslər keçdik. Layihə kimi təhlükəsiz idmanı (Safe Sport) seçmişdim. Həm nəzəri, həm də praktiki biliklər qazandım. Proqram yalnız öyrənməklə bitmədi. Həm də düşünməyə və bildiklərimizi öz ölkəmizdə tətbiq etməyə yönəldirdilər. 6 aylıq layihənin bütün əsas hissələrini Azərbaycanda keçirdim. Araşdırmalardan sonra məlumatları topladıq və bu mövzuda real ehtiyacları müəyyənləşdirdik. Layihənin məqsədi idman mühitində xüsusilə gəncləri və uşaqları qorumaqdır. Hazırda bu layihəni İdman Akademiyasının daxilində genişləndirməyi və davamlı şəkildə tətbiq etməyi planlaşdırıram".

Mütəxəssis ABŞ-də beynəlxalq səviyyədə fəaliyyət göstərən təşkilatın iş prinsipləri ilə də tanış olub:

"ABŞ-də "USA Cycling" təşkilatında təcrübə keçmək imkanım oldu. Bu, mənə beynəlxalq səviyyədə fəaliyyət göstərən bir təşkilatın iş prinsiplərini öyrənməyə şərait yaratdı. Bundan əvvəl Avropada çalışmışdım. ABŞ və Avropada velosiped idmanı üzrə sistem tam başqadır. Hər iki sistemi təhlil etmək çox maraqlı idi. Nəhayət, ötən həftə Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi məzuniyyət mərasimi keçirildi. Diplomumu BOK-un prezidenti Tomas Baxdan almaq mənim üçün qürurverici idi və unudulmaz bir an oldu. Bu günə qədər bir neçə belə proqramda iştirak etmişəm. Amma ICECP tam fərqli təcrübə oldu. Bu proqram bilik, praktiki bacarıq, həm də beynəlxalq əməkdaşlıq baxımından mənə yeni baxış bucağı qazandırdı. Bu təcrübə mənim üçün məşqçi kimi böyük addım və idmana fayda vermək yönündə möhkəm baza oldu".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Dünən, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Dünən, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Dünən, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Dünən, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Dünən, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Dünən, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Dünən, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Futbol
Dünən, 21:56

Juventus, Atletico hücumçısı Aleksander Sörlotu hədəf alır

Futbol
Dünən, 21:39

Martines, dünya çempionatının finalında məğlubiyyəti və zədə səbəblərini açıqladı

Futbol
Dünən, 21:37

Kurban Berdiyev: "Sabah"a qarşı qalib gəldik, futbolçular özünü sübut etdi

Oxşar xəbərlər