top
Azərbaycanda kerlinq: perspektivlər və reallıqlar - İDMAN.BİZ-in TƏHLİLİ Idman.biz
12 mart 2026, 13:04
- ↺ +

Azərbaycanda kerlinq: perspektivlər və reallıqlar - İDMAN.BİZ-in TƏHLİLİ

2024-cü ildə Azərbaycanda kerlinq üzrə bölmənin açılması üçün artıq cəhd edilmişdi. Lakin bundan sonra bu idman növünün taleyinin necə davam etdiyi geniş ictimaiyyətin diqqətindən kənarda qaldı. Bu arada Olimpiada-2026 ölkədə qış idman növlərinin hansı istiqamətdə inkişaf etməli olduğu barədə yenidən düşünməyə səbəb oldu.

Kerlinq qış idman növləri arasında ən mübahisəlilərdən idman növü sayılır. Bəziləri onu darıxdırıcı və mənasız hesab edir, digərləri isə maraqlı, hətta ən intellektual idman növlərindən biri kimi dəyərləndirir. Təsadüfi deyil ki, bu idman növü "buz üzərində şahmat" kimi də tanınır: burada uğur qazanmaq üçün təkcə texnika və dəqiqlik deyil, həm də düşünülmüş strategiya vacibdir.

İtaliyada keçirilən Qış Olimpiya Oyunları göstərdi ki, kerlinq heç də o qədər darıxdırıcı deyil. İsveç və Kanada yığmaları arasında baş verən qalmaqal qısa müddətdə sosial şəbəkələrdə yayılaraq müzakirə və zarafat mövzusuna çevrildi. İsveçli idmançı kanadalı kerlinqçi Mark Kennedini qaydaları pozmaqda ittiham etdi. Buna cavab olaraq Kennedi də sərt ifadələrlə qarşı tərəfi günahlandırdı və nəticədə internet istifadəçilərinin diqqət mərkəzinə düşdü.

Azərbaycan üçün isə Olimpiada öz dramı ilə yadda qaldı: fiqurlu konkisürən Vladimir Litvintsev sonuncu yeri tutdu, dağ xizəkçisi Anastasiya Papatoma isə 51-ci oldu.

Son illərdə Azərbaycanda qış idman növlərinin inkişafına yönələn səylər ölkədə bu sahənin perspektivli hesab edildiyini göstərir. Lakin hələlik ciddi nəticələr yoxdur.

Kerlinqə qayıdaq

2024-cü ildə Azərbaycanda bu idman növünü inkişaf etdirmək üçün addım atıldı. KİV-də yayılan məlumatlara görə, "Ocaq" klubunda bölmə açılmış, xarici məşqçi dəvət edilmiş və lazımi inventar alınmışdı.

Qış İdman Növləri Federasiyasından İdman.Biz-ə bildirilib ki, hazırda Azərbaycanda faktiki olaraq kerlinq yoxdur və onun bərpası planlaşdırılmır. Təşkilatın baş katibi Günel Bədəlovanın sözlərinə görə, kerlinq üzrə məşqçi ölkəyə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə dəvət olunmuşdu. Lakin zəruri infrastrukturun olmaması səbəbindən bölməni bağlamaq lazım gəlib.

"Bizim buz örtüyümüz şort-trek, fiqurlu konkisürmə və hokkey üçün uyğundur, lakin kerlinq üçün tamamilə uyğun deyil. Hazırda belə bir bölmənin açılması planlaşdırılmır - biz artıq mövcud infrastruktura malik idman növlərinə diqqət yetiririk", - deyə Bədəlova bildirib.

Kerlinq üçün buzun hazırlanması ayrıca və kifayət qədər mürəkkəb prosesdir. Kerlinq üçün istifadə olunan buz hokkey və ya fiqurlu konkisürmə üçün nəzərdə tutulan buzdan daha isti olur. O, ideal şəkildə düz, meyilsiz və əyrisiz olmalıdır.

Buzun səthinə bərabər şəkildə deionlaşdırılmış (ultratəmiz) su püskürdülür. Donduqda bu su çoxlu sayda xırda qabarcıqlar əmələ gətirir. Bu proses pebbling adlanır. Məhz bu qabarcıqlar sayəsində sürtünmə azalır: ağır daşlar buz üzərində daha rahat sürüşür və istiqamətini dəyişə bilir. Daşlar hərəkət etdikcə qabarcıqlar bir qədər ərir və nazik su təbəqəsi yaradır ki, bu da sürüşməni daha da gücləndirir. Buna görə də oyun və məşqlərdən əvvəl buzun səthi mütəmadi yenilənməlidir.

Beləliklə, kerlinq üçün uyğun buz örtüyünün yaradılması həqiqətən də asan məsələ deyil. Burada hər detal vacibdir: buzun keyfiyyəti, su, hava, temperatur rejimi və bütün bu prosesə nəzarət edəcək mütəxəssislərin peşəkarlığı.

Müvafiq olaraq, əgər Azərbaycanda nə vaxtsa kerlinq yenidən yaranarsa, təkcə məşqçi heyəti deyil, həm də buzun hazırlanması üzrə mütəxəssislər komandası və uyğun infrastruktur tələb olunacaq. Hazırda ölkədə cəmi bir buz arenası fəaliyyət göstərir.

Digər tərəfdən, kerlinq Azərbaycanda digər qış idman növləri ilə müqayisədə daha çox maraq doğura bilər. Bir çox başqa idman növlərindən fərqli olaraq, burada ciddi yaş məhdudiyyəti yoxdur və yüksək fiziki hazırlıq tələb edilmir. Məsələn, fiqurlu konkisürmədə ciddi idman inkişafı üçün uşaqların təxminən 4-6 yaşdan məşqlərə başlaması vacibdir. Halbuki ölkədə bu idman növünə maraq çox vaxt artıq yeniyetmə yaşında olan qızlar arasında yaranır.

Belə şəraitdə gələcəkdə dünya səviyyəsinə çıxa biləcək gənc idmançını tapmaq son dərəcə çətindir. Xüsusilə də ənənəvi olaraq diqqətin, marağın və resursların əsasən yay idman növlərinə yönəldiyi ölkədə.

Məhz buna görə də hesab edirik ki, vəsaitləri hələlik ciddi nəticə verməyən digər idman növlərində naturalizasiya olunmuş atletlərə yönəltməkdənsə, yerli idmançıları cəlb edib inkişaf etdirməyin daha asan olduğu istiqamətlərə diqqət yetirmək daha məqsədəuyğun olardı. Kerlinq belə sahələrdən birinə çevrilə bilər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:06

Everton 1-0 yeniləndi, Nyukasl məğlub edildi

Futbol
Bu gün, 02:01

Deportivo 2:1lə Osasuna'ya qarşı qələbə qolu 87-ci dəqiqədə vuruldu

Futbol
Bu gün, 01:53

Brest səfərdə Lorientı 2:0 məğlub etdi, penaltini qaçırdı

Futbol
Bu gün, 01:31

“Sabah” Norveçin Stavanger şəhərində soyuq hava və süni otlu stadionla qarşılaşacaq

Futbol
Bu gün, 01:09

Flik Unai Emerini dünyanın ən yaxşı məşqçilərindən biri hesab etdi

Futbol
Bu gün, 00:52

Norveç mətbuatında ‘Sabah’ klubunun təqdimatı: ‘Heç kimin tanımadığı komanda’

Şahmat
Bu gün, 00:32

Məhəmməd Muradlı KazChess Masters turnirində gözləntiləri yerinə yetirə bilmədi

Futbol
Bu gün, 00:12

Tebas Real Madrid‑i İspan futboluna ciddi zərər vurmaqda ittiham edir

Futbol
Dünən, 23:42

Çelsi və Liverpul, Brentford müdafiəçisi El Hacı Malik Diufun transferi üçün maraqlıdır

Futbol
Dünən, 23:27

Fiorentina, Sassuolo qarşısında 4:2 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:24

Sumqayıt vs Şəfa: 1-1 nəticəli Premier Liq 10-cu turu video icmalı

Futbol
Dünən, 23:19

Ukraynanın Polissya klubu Aravonun Rusiya ilə yoldaşlıq məcburiyyətində iştirakını qadağan etdi

Futbol
Dünən, 23:05

"Vikinq"in baş məşqçisi Morten Yensen "Sabah"la Çempionlar Liqası matçı ərəfəsində mətbuat konfransında iştirak etməyib

Futbol
Dünən, 22:59

Gənclərbirliyi 5-0 qələbə ilə Alanyasporu məğlub etdi

Futbol
Dünən, 22:52

Traktor 90+9 dəqiqədə qol ataraq 2-2 nəticə alıb

Futbol
Dünən, 22:45

Tenerifedə futbolçu ağır zədə alıb, matç 2:2 hesabı ilə yarımçıq dayandırıldı

Formula 1
Dünən, 22:24

Andrea Kimi Antonellinin 2026-cı il üçün qazancı 26 milyon avro təyin olunub

Futbol
Dünən, 22:22

Fənərbağça klubunun yeni baş məşqçisi Serjiu Konseysau təyin edildi

Gimnastika
Dünən, 22:16

Bakıda 2027-ci ildə idman gimnastikası üzrə Dünya Kuboku mərhələsi keçiriləcək

Futbol
Dünən, 22:09

Flik: ‘Biz Real və PSG ilə eyni səviyyədə’

Futbol
Dünən, 21:56

Şəfa-nın baş məşqçisi Zaur Həşimov: “Sumqayıt”la oyunda penalti təyin edilməli və ikinci sarı vərəqə göstərilməli idi

Futbol
Dünən, 21:48

Mançester Yunayted Bruno Fernandeşin əvəzləyicisini Komonun hücumçusundan tapmağa çalışır

Futbol
Dünən, 21:48

Filipe Kandido: Nəticə ilə barışmalı, 1:1 heç-heçə istədiyimiz deyildi

Futbol
Dünən, 21:42

Zaur Həşimov: Sumqayıt ilə 1 xalla ayrıldığımıza görə sevincliyəm

Oxşar xəbərlər