top
Azərbaycan Üzgüçülük Federasiyasının yeni loqosu, vebsaytı, sosial şəbəkə səhifələri və idmançı formaları təqdim olunub Report.az
25 iyun 2025, 14:39
- ↺ +

Azərbaycan Üzgüçülük Federasiyasının yeni loqosu, vebsaytı, sosial şəbəkə səhifələri və idmançı formaları təqdim olunub

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) yeni loqosu, vebsaytı, sosial şəbəkə səhifələri və idmançı formaları təqdim olunub.

Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.

Yeni loqo, brendbuk, vebsayt, rəqəmsal platforma akkauntları və milli komanda formaları ilə ASF-nin imici müasir beynəlxalq standartlara daha da uyğunlaşıb.

Yenilənmiş loqotip irəliləyişi, çevikliyi və dözümlüyü simvolizə edən formatda hazırlanıb. Minimalistik və dinamik dizayn tərzi ilə hazırlanan loqo qurumun yanaşmasını əks etdirmək və beynəlxalq səviyyədə tanınmasını artırmaq məqsədi daşıyır.

Milli komandalar üçün hazırlanmış yeni formalar isə həm də funksionallığı ön planda saxlayır. İtaliya şirkəti ilə tərəfdaşlıq çərçivəsində təqdim edilmiş dəst ASF-nin yeni imicinin vacib parçasıdır. Əlavə olaraq üzgüçülük yığmasının üzvlərinə sahəsinin lideri olan Böyük Britaniya şirkətinə məxsus idman geyimləri təqdim edilib.

Bununla yanaşı, ASF rəqəmsal aləmdə də daha geniş şəkildə təmsil olunacaq. Artıq qurumun fəaliyyəti ilə bağlı məlumatlar yalnız "Facebook" və "Instagram"da deyil, həmçinin "LinkedIn", "TikTok", "X" və "YouTube" kimi platformalarda da paylaşılacaq. Bu, qurumun daha böyük auditoriya üçün əlçatan olmasını, o cümlədən federasiyanın nəzdində olan idman növlərinin ölkədə daha da populyarlaşmasını hədəfləyir.

Federasiyanın rəsmi www.asf.az vebsaytı da tamamilə yenilənib. İstifadəçiyə rahat interfeys və mobil cihazlara uyğun olmasıyla sayt ziyarətçilərinə ASF-yə aid rəsmi xəbərlər və multimedia materialları ilə sosial şəbəkələrdəkindən daha geniş və ətraflı şəkildə tanışlıq üçün imkanlar yaradacaq. Habelə yerli və beynəlxalq yarışlar haqqında məlumatların, eləcə də ölkədəki bütün hovuzların xəritəsinin yerləşdirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, cari ilin yanvarında keçirilmiş ümumi yığıncaqda Zaur Əliyev ASF-nin prezidenti seçilib. Ötən aylar ərzində strategiya və struktur baxımından yenilənmə prosesinə, beynəlxalq əlaqələrin genişləndirilməsinə start verilib.

Federasiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, 2025-ci ilin sonuna qədər bir sıra digər yeniliklərin və layihələrin də həyata keçirilməsi planlaşdırılır. Məqsəd su idman növlərinin Azərbaycanda kütləviləşdirilməsi və peşəkar idmançıların hazırlıq səviyyəsinin artırılmasından ibarətdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Oxşar xəbərlər