top
Azərbaycan Taekvondo Federasiyası 2023-cü ilin yekunları və qarşıdakı hədəflərini açıqlayıb Idman.biz
25 dekabr 2025, 11:18
- ↺ +

Azərbaycan Taekvondo Federasiyası 2023-cü ilin yekunları və qarşıdakı hədəflərini açıqlayıb

"Bu il Azərbaycan taekvondoçuları beynəlxalq arenada uğurlu nəticələrə imza atıblar. Milli komandalarımızın üzvləri bütün yaş kateqoriyaları üzrə Avropa və dünya miqyaslı yarışlarda ölkəmizin idman potensialını bir daha nümayiş etdiriblər".

Bu sözləri Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev ilin yekunlarını dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, xüsusilə yeniyetmə və gənc idmançıların nəticələri diqqətəlayiqdir.

"Serbiyada keçirilən Gimnaziada Oyunlarında və ölkəmizdə təşkil olunan III MDB Oyunlarında qazanılan çoxsaylı medallar taekvondonun inkişafının bariz göstəricisidir. Avropa birinciliklərində isə müxtəlif yaş qrupları üzrə komandalarımız lider mövqelərdə yer alaraq, ümumi hesabda yüksək nəticələr əldə ediblər.

Gənclər arasında keçirilən Avropa birinciliyində oğlanlardan ibarət milli komandamız birinci yerə layiq görülüb. Eyni zamanda, dünya və qitə səviyyəli yarışlarda, eləcə də İslam Həmrəyliyi Oyunlarında taekvondoçularımız mükafatçılar sırasında yer alıblar. Ümumilikdə, il ərzində 156 medalın qazanılması, onlardan 53-nün qızıl əyarlı olması ölkəmizdə taekvondonun davamlı inkişaf etdiyini və bu idman növünə marağın ildən-ilə artdığını təsdiqləyir", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

Qurum rəsmisi növbəti ildə də əsas məqsədlərinin Azərbaycan taekvondosunun inkişafı istiqamətində işlərin davam etdirilməsi olduğunu söyləyib:

"Hədəfimiz bu idman növündə kütləviliyin artırılması, nailiyyətlərimizin yüksəldilməsidir. Bu istiqamətdə yığma komandalarda seleksiya prosesinin daha da təkmilləşdirilməsi, gənc və perspektivli idmançıların əsas komandaya cəlb olunması nəzərdə tutulur. Qeyd edim ki, kiçik yaş qrupları arasında bu növün inkişafına xüsusi diqqət yetirilir. Ümid edirik ki, bu gün aşağı yaş qrupları üzrə milli komanadaların heyətində nailiyyət qazanan idmançılarımız növbəti illərdə böyüklər arasında yarışlarda Azərbaycanı uğurla təmsil edəcəklər".

N.Paşayev tanınmış taekvondoçu, "Paris-2024" Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşim Maqomedovun bu il müxtəlif beynəlxalq yarışlarda qızııl medal qazana bilməməsinə də toxunub:

"Onun yarışlarda daha çox gümüş və bürünc medallara layiq görülməsi ilin əvvəlində aldığı ciddi zədə ilə əlaqəlidir. Məhz həmin zədə Qaşimə yarışlara lazımi idman formasını vaxtında bərpa etməyə maneə yaradıb.

Buna baxmayaraq, Maqomedov zədədən sonra qısa müddətdə bərpa prosesi keçərək ən yüksək səviyyəli turnirlərdə mübarizə aparmağı bacarıb. Qeyd etmək lazımdır ki, həmin yarışlarda rəqabət son dərəcə güclü olub və dünyanın aparıcı taekvondoçuları iştirak ediblər. Ümumilikdə, Qaşim Maqomedovun il ərzində qazandığı nəticələr onun yüksək peşəkarlığını, döyüş əzmini və bərpa prosesindən sonra belə, ən güclü rəqiblərlə uğurla mübarizə aparmaq potensialını açıq şəkildə nümayiş etdirir".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:53

Qalatasaray Braziliyalı forvard Ricardo ilə danışıqlara başladı

Digər
Bu gün, 20:00

Çairın baş məşqçisi: "Kür"ə qarşı qələbə gözlənilmədən gəldi

Güləş
Bu gün, 19:53

"Kür" qadın həndbol komandası məşqçisi: “Gələcək üçün inamım var, işə davam edəcəyəm”

Basketbol
Bu gün, 19:25

LANDAU Lions 85:62 hesabı ilə Gəncəyə inamlı qələbə qazandı

Digər
Bu gün, 19:22

"Kür"ün baş məşqçisi: "Şimali Makedoniya komandasına qarşı matçda maksimum güc sərf etdik, lakin qalib gələ bilmədik"

Futbol
Bu gün, 18:56

İspaniya U21 komandası Qrimaldonun yüksək temperatur səbəbiylə İngiltərə oyunu üçün itki yaşayır

Futbol
Bu gün, 18:26

“Fənərbağça” Dirk Kuyta 1.125 milyon avroluq təzminatı ödədiyi bildirildi

Futbol
Bu gün, 17:49

Ağstafa Gəncləri 3:0 Difai, Marafon 5:0 Şəki

Basketbol
Bu gün, 17:37

Murad Dikmen: Gəncə komandası LandaU Lions qarşısında istədiyimiz oyunu göstərə bilmədi

Basketbol
Bu gün, 17:10

Erhan Toker: "Komandamıza uzun səfərlər və uçuşlar təsir edir"

Futbol
Bu gün, 16:58

Lukaku zədəsini sağaldı, Belçika millisi ilə İtaliya oyununa dəvət edildi

Gimnastika
Bu gün, 16:35

Lənkəranda bədii gimnastika regional yarışında qaliblər müəyyənləşdi

Futbol
Bu gün, 16:03

Manchester United Nussair Mazraoui'ni saxlamaq niyyətindədir

Voleybol
Bu gün, 16:03

“Turan” voleybol komandası “Naxçıvan”la Tovuzda üz-üzə gəlir

Futbol
Bu gün, 16:02

Ronaldo 2027-ci ildə Portuqaliyada 35 milyon avroluq yeni evə köçürülür

Futbol
Bu gün, 15:59

Polşanın qələbəsi, “Sabah” müdafiəçisinin oyuna çıxması mümkün olmadı

Cüdo
Bu gün, 15:52

Abşeron Olimpiya İdman Kompleksində Bakı cüdo çempionatının qalibləri bəlli oldu

Futbol
Bu gün, 14:30

İngiltərə sabiq məşqçisi ABŞ millisinin rəhbərliyinə namizəd ola bilər

Futbol
Bu gün, 14:05

Azərbaycan U-20 milli komandası İraqla iki yoldaşlıq matçı keçirəcək

Olimpiada
Bu gün, 13:47

Elnur Amanov: 'Yeniyetmələrdə gümüş medal qazanıldı, gələcəkdə daha böyük uğurlar gözlənilir'

Futbol
Bu gün, 13:30

Romario Ancelotti'yi tənqid edib: "Çantanı yığ, rədd ol!"

Gimnastika
Bu gün, 13:27

Ammar Baxşalıyev 54,850 balla dünya batut gimnastikası finalına yüksəldi

Futbol
Bu gün, 13:22

Ançelotti və Mourinyo Viniciusun formasını bərpa etmək üçün əməkdaşlıq edirlər

Futbol
Bu gün, 13:18

Portuqaliya yığmasının üç futbolçusu düşərgəni tərk etdi

Oxşar xəbərlər