top
AMADA Paris-2024 zamanı innovativ yanaşmalar tətbiq edəcək Sport24.az
23 iyul 2024, 15:45
- +

AMADA Paris-2024 zamanı innovativ yanaşmalar tətbiq edəcək

Azərbaycan Milli Anti Dopinq Agentliyi (AMADA) Paris-2024-də yarışacaq idmançılar və idmançının köməkçi heyəti üçün rəqəmsal platformalar üzərindən yeni imkanlar açıb. Sport24.az AMADA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, olimpiya və paralimpiya komandalarımızın üzvləri agentliyin teleqram kanalı vasitəsilə dopinq nəzarəti prosesi, qadağan edilmiş siyahı, Terapevtik İstifadə üçün İstisna (Tİİ) və digər mövzular ilə bağlı ətraflı məlumat əldə edə bilərlər.

 

Həmçinin yeni fəaliyyətə başlayan "paris2024.amada.az" saytına daxil olaraq, axtardıqları bütün suallara cavab tapacaqlar. Sayt iki – Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

 

Həmçinin AMADA tərəfindən "Paris-2024" Yay Olimpiya Oyunlarında iştirak edən idmançı və idmançı köməkçi heyəti üçün yarışın antidopinq qaydalarını özündə cəmləşdirən maarifləndirici videoçarx hazırlanıb. Həmin videoçarx ilə AMADA-nın sosial şəbəkə hesablarında və rəsmi saytında tanış olmaq mümkündür.

 

AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə həyata keçirilən layihələrin təmiz idman dəyərlərinə hesablanmış növbəti addım olduğunu bildirib. O, qeyd edib ki, agentlik olaraq idmançıların hüquqlarının qorunması və təmiz qələbələr ilə xalqımızı sevindirməsi AMADA üçün prioritet təşkil edir. Dördilliyin zirvə yarışı zamanı əməkdaşlarımız hər bir müraciətə böyük diqqətlə yanaşacaq, idmançılarımızın üzləşə biləcəyi hər hansı antidopinq problemi ilə bağlı öz məsləhətlərini əsirgəməyəcəklər.

 

Tağı-zadə həyata keçirilən innovativ yanaşmaların başlıca məqsədinin Olimpiya və Paralimpiya komandalarımızın dəstəklənməsi olduğunu bildirən AMADA rəsmisi antidopinq sahəsində məlumatlandırmanın əlçatan olması və təmiz idman mühitinin formalaşdırılması istiqamətində fəaliyyətin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 09:53

Azərbaycan U-16 qadın milli basketbol komandası Bosniya və Herseqovina ilə qarşılaşacaq

Voleybol
Bu gün, 09:40

Əhyaxanım Fərzullayeva “Murov Az Terminal”a qayıdır

Qarabağ FK
Bu gün, 09:32

"Tvente" - "Qarabağ" oyunu baş tutacaq

Futbol
Bu gün, 09:00

Misli Premyer Liqasında 2026/27 mövsümü Tovuzda start verilir

Futbol
Bu gün, 08:40

Barselona üç mərkəz müdafiəçisi ilə maraqlanır

Futbol
Bu gün, 08:20

Roma, 21 yaşlı futbolçunun transferi üçün 40 milyon avro ödəyə bilər

Futbol
Bu gün, 08:08

PSJ “Barselona”dan Kubarsini transfer etməyə çalışır

Futbol
Bu gün, 08:00

Pol Poqba MLS və ya Səudiyyə Ərəbistanında karyerasını davam etdirə bilər

Futbol
Bu gün, 07:18

Çelsi, Mançester Yunayted və Tottenhem Nikolo Tresoldi ilə maraqlanır

Futbol
Bu gün, 05:10

Atalanta "Udineze"dən Danimarka millisinin oyunçusunu icarəyə götürüb

Futbol
Bu gün, 04:13

Fiorentina "Parma"nın forvard Mateo Pelleqrinonun transferini açıqlayıb

Futbol
Bu gün, 03:15

Markinyos dünya futbolunda ən çox titul qazanan ikinci oyunçu olub

Futbol
Bu gün, 02:11

Ferran Torres “Barselona”dan PSJ-yə keçir

Futbol
Bu gün, 01:55

Kriştianu Ronaldu evləndikdən sonra saçına rəng qoyub

Boks
Bu gün, 01:37

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Futbol
Bu gün, 01:20

Çelsi Martin Subimendini transfer etməyə maraqlanır

Futbol
Bu gün, 00:46

Ərəb ölkələrinin futbol federasiyaları İnfantinoya dəstək veriblər

Futbol
Bu gün, 00:27

Beşiktaş UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəlib

Qarabağ FK
Bu gün, 00:14

Elvin Cəfərquliyev: “3-4 ay asfaltda məşq etmişəm”

Futbol
Dünən, 23:55

"Srvena Zvezda" yeni baş məşqçisi təyin olunub

Futbol
Dünən, 23:40

Mahir Emrelinin klubu Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib

Qarabağ FK
Dünən, 22:56

Qarabağ Konfrans Liqasında „Tvente“ ilə qarşılaşır

Qarabağ FK
Dünən, 22:49

Qurban Qurbanov: „Bakıda "Dinamo Kiyev"ə azarkeşlik edənlər çoxdur"

Qarabağ FK
Dünən, 22:34

İqor Kostyuk: „Bəxtimiz gətirmədi, fürsətlərdən istifadə edə bilmədik”

Oxşar xəbərlər