top
AMADA Avropa antidopinq konfransında idarəetmə üzrə sessiyaya moderatorluq edib Report.az
18 iyun 2025, 12:51
- ↺ +

AMADA Avropa antidopinq konfransında idarəetmə üzrə sessiyaya moderatorluq edib

AMADA Norveçdə keçirilən Avropa antidopinq konfransında idarəetmə üzrə əsas sessiyaya moderatorluq edib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İcraçı direktoru Təhminə Tağı-zadə, icraçı direktorun müavini Rüfət Efendiyev və Nəticələrin emalı və təhqiqat şöbəsinin müdiri Nicat Əmiraslanlı Norveçin Bergen şəhərində keçirilən "Milli sistemləri gücləndirmək üçün Avropa NADO-larını bir araya gətirmək" adlı yüksək səviyyəli konfransda fəal iştirak ediblər.

"Report" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropa Şurası və Norveç Antidopinq Agentliyi tərəfindən birgə təşkil olunan tədbirdə Ümumdünya Antidopinq Agentliyinin (WADA) yüksək vəzifəli şəxsləri, 40-dan artıq milli antidopinq təşkilatının nümayəndələri, beynəlxalq ekspertlər və dövlət rəsmiləri iştirak ediblər.

Konfransda əsas çıxışçılar sırasında Avropa Şurasının Baş katibinin müavini Byörn Berqe, WADA-nın Prezidenti Vitold Banka, Avropa Şurasının Antidopinq bölməsinin Rəhbəri Ceymi Braun, Norveç Antidopinq Agentliyinin İdarə Heyətinin sədri Rune Andersen və Norveçin Mədəniyyət və Bərabərlik Nazirliyinin dövlət katibi Erlend Hanstveit yer alıblar. Bu rəsmilərin iştirakı tədbirin siyasi və institusional əhəmiyyətini bir daha önə çıxarıb. Konfransda qitədə antidopinq sahəsinin qarşılaşdığı əsas çağırışlar və strateji prioritetlər müzakirə olunub.

Tədbir çərçivəsində müzakirələrə istiqamət verən üç əsas mövzu müəyyən olunub. İlk mövzu Avropa və beynəlxalq idman təşkilatları ilə əməkdaşlıq imkanları və çağırışlarını əhatə edib. Burada milli antidopinq təşkilatlarının beynəlxalq federasiyalarla əlaqələri, Beynəlxalq Test Agentliyi ilə əməkdaşlıq və beynəlxalq idman tədbirlərində dopinq nəzarətinə töhfələri ön plana çıxarılıb.

İkinci mövzu dövlətlərlə əlaqələrin düzgün qurulması məsələsinə həsr olunub. Təhminə Tağı-zadənin moderatorluğu ilə keçirilən "Milli antidopinq təşkilatlarının fəaliyyət müstəqilliyi və dövlət qarşısında hesabatlılığın balanslaşdırılması" adlı sessiyada iştirakçılar antidopinq qurumlarının fəaliyyət müstəqilliyinin qorunması, eyni zamanda dövlət tərəfindən maliyyələşdirilən qurum kimi şəffaflıq və hesabatlılığın təmin olunması təcrübələrini bölüşüblər. Sessiyada, həmçinin şəffaflıqla bağlı qəbul olunmuş standartlar, institusional fəaliyyət müstəqilliyi üçün təminatlar və Avropa antidopinq təşkilatlarının birgə məsuliyyəti ilə etimada əsaslanan idarəetmə çərçivələrinin təbliği məsələləri müzakirə olunub.
Eyni mövzu üzrə keçirilən digər paralel sessiyalarda isə antidopinq təşkilatlarının fəaliyyəti üçün hüquqi və maliyyə çərçivələrinin formalaşdırılması, habelə milli hüquq-mühafizə orqanları, gömrük və digər dövlət qurumları ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Konfransın sonuncu mövzusu WADA ilə əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş yüksək səviyyəli panel müzakirəsi olub. Burada milli səviyyədə aparılan antidopinq fəaliyyətlərinin qlobal standartlarla uyğunlaşdırılması, qarşılıqlı öhdəliklərin aydınlaşdırılması və dialoqun gücləndirilməsi mövzuları müzakirə olunub. Tədbir sessiyalar üzrə yekun nəticələrin və tövsiyələrin təqdimatı ilə başa çatıb.

AMADA təmiz idmana olan sadiqliyini bir daha bəyan edir və konfransın təşkilinə görə təşəkkürünü bildirir. Belə yüksək səviyyəli və inklüziv platforma strateji dialoqun inkişafına, idarəetmənin təkmilləşdirilməsinə və Avropa antidopinq ictimaiyyəti arasında səmərəli əməkdaşlığa mühüm töhfə verib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:36

Azərbaycan I Liqası 8-ci turun məclisləri üçün hakim təyinatları açıqlanıb

Cüdo
Dünən, 23:51

Zaqrebdə cüdo üzrə qızıl medal

Digər
Dünən, 23:21

Azərbaycan klubu Avropa Kubokunda 21:32 məğlubiyyəti ilə dayandı

Digər
Dünən, 23:05

Kür klubunun Avropa Kubokundan çıxışı: Azərbaycan həndbolunun gələcəyi nədir?

Cüdo
Dünən, 22:52

Bakı Cüdo Şampionatında 35 klub iştirak edib

Futbol
Dünən, 22:36

Ayxan Abbasov: Sabah Andorra ilə oyunumuzda Emin üçün oynayacağıq

Futbol
Dünən, 22:22

Volkan Demirel Qaziantep klubunun Super Liqa baş məşqçisi oldu

Futbol
Dünən, 22:15

Emin Mahmudov: “Qələbə üçün vaxt itirməmək vacibdir”

Futbol
Dünən, 21:53

Qalatasaray Braziliyalı forvard Ricardo ilə danışıqlara başladı

Digər
Dünən, 20:00

Çairın baş məşqçisi: "Kür"ə qarşı qələbə gözlənilmədən gəldi

Güləş
Dünən, 19:53

"Kür" qadın həndbol komandası məşqçisi: “Gələcək üçün inamım var, işə davam edəcəyəm”

Basketbol
Dünən, 19:25

LANDAU Lions 85:62 hesabı ilə Gəncəyə inamlı qələbə qazandı

Digər
Dünən, 19:22

"Kür"ün baş məşqçisi: "Şimali Makedoniya komandasına qarşı matçda maksimum güc sərf etdik, lakin qalib gələ bilmədik"

Futbol
Dünən, 18:56

İspaniya U21 komandası Qrimaldonun yüksək temperatur səbəbiylə İngiltərə oyunu üçün itki yaşayır

Futbol
Dünən, 18:26

“Fənərbağça” Dirk Kuyta 1.125 milyon avroluq təzminatı ödədiyi bildirildi

Futbol
Dünən, 17:49

Ağstafa Gəncləri 3:0 Difai, Marafon 5:0 Şəki

Basketbol
Dünən, 17:37

Murad Dikmen: Gəncə komandası LandaU Lions qarşısında istədiyimiz oyunu göstərə bilmədi

Basketbol
Dünən, 17:10

Erhan Toker: "Komandamıza uzun səfərlər və uçuşlar təsir edir"

Futbol
Dünən, 16:58

Lukaku zədəsini sağaldı, Belçika millisi ilə İtaliya oyununa dəvət edildi

Gimnastika
Dünən, 16:35

Lənkəranda bədii gimnastika regional yarışında qaliblər müəyyənləşdi

Futbol
Dünən, 16:03

Manchester United Nussair Mazraoui'ni saxlamaq niyyətindədir

Voleybol
Dünən, 16:03

“Turan” voleybol komandası “Naxçıvan”la Tovuzda üz-üzə gəlir

Futbol
Dünən, 16:02

Ronaldo 2027-ci ildə Portuqaliyada 35 milyon avroluq yeni evə köçürülür

Futbol
Dünən, 15:59

Polşanın qələbəsi, “Sabah” müdafiəçisinin oyuna çıxması mümkün olmadı

Oxşar xəbərlər