top
2026 Qış Olimpiya Oyunlarının Açılış Mərasimi İtaliyada Başladı: İlk Yarışlar, Azərbaycanın İştirakı və Daha Çox Medal Uğrunda Mübarizə Idman.biz
06 fevral 2026, 23:24
- +

2026 Qış Olimpiya Oyunlarının Açılış Mərasimi İtaliyada Başladı: İlk Yarışlar, Azərbaycanın İştirakı və Daha Çox Medal Uğrunda Mübarizə

İtaliyada 2026-cı il Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.

Açılış mərasimi Milandakı "San-Siro" stadionunda reallaşır. Mərasim İtaliyanın zəngin tarixi və mədəni irsini əks etdirən bədii proqramla başlayıb.

İdmançıların paradları Kortina d'Ampezzo, Predazzo və Livinyoda keçiriləcək. Paradda doxsan iki nümayəndə heyəti iştirak edəcək.

Oyunlarda ümumilikdə 116 medal uğrunda mübarizə aparılacaq.

09:08

Bu gün İtaliyada 25-ci Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

İdman.Biz xəbər verir ki, yarışlar Milan və Kortina d Ampezzo şəhərlərində təşkil olunacaq.

İlk Olimpiya yarışlarına fevralın 4-də qarışıq cütlüklərin kerlinq turniri ilə start verilib. Qadınlar arasında xokkey üzrə turnir isə fevralın 5-dən etibarən keçirilir. Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi fevralın 6-da Milanda yerləşən "San-Siro" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İtaliyada 16 idman növü üzrə 116 medal uğrunda mübarizə baş tutacaq ki, bu da əvvəlki Olimpiada, 2022-ci il Pekin Oyunlarından yeddi medal çoxdur. Skeleton növü üzrə qarışıq komanda yarışları, sərbəst xizəksürmə üzrə kişilər və qadınlar arasında "moğul" yarışları və digər növlər əlavə edilib, lakin dağ xizəyi üzrə qarışıq komanda yarışları keçirilməyəcək. Xizək alpinizmi Olimpiya proqramında kişilər və qadınlar sprintləri, eləcə də komanda yarışlarını əhatə edən yeni yarışdır.

Qeyd edək ki, 25-ci Qış Olimpiya Oyunlarında Azərbaycanı milli komandamızın üzvləri Vladimir Litvintsev fiqurlu konkisürmə yarışlarında, Anastasiya Papatoma isə dağ xizəyinin slalom növündə təmsil edəcəklər.

Посмотреть эту публикацию в Instagram

Публикация от İdman və Biz (@idmanbiz)

Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 21:55

Olimpiya çempionu Toğrul Əsgərovun toy mərasimi keçirildi

Futbol
Bu gün, 21:41

Mançester Yunayted “Lill”in hücumçusu ilə maraqlanır

Formula 1
Bu gün, 21:26

Fernando Alonso: “Hazırda ən pis maşın və ən pis mühərrik bizdədir”

Futbol
Bu gün, 21:11

Martín Anselminin “Elçe”yə baş məşqçi təyin edilməsi

Futbol
Bu gün, 20:55

Alvaro Arbeloa “Fulhem”in baş məşqçisi olmağa yaxındır

Güləş
Bu gün, 20:40

Azerbaijan avarçəkənləri Dünya Kubokunda bürünc medal qazanıb

Gimnastika
Bu gün, 20:24

Bakı beynəlxalq gimnastika festivalı

Formula 1
Bu gün, 20:10

Corc Rassel Barselona-Kataloniya Qran-prisinin təsnifatında qalib gəlib

Gimnastika
Bu gün, 19:55

Azərbaycan atletika çempionatı: Sonuncu günün qalibləri belli olub

Futbol
Bu gün, 19:26

Qusar Rayon İcra Hakimiyyəti Şahdağ klubunu qəbul etdi

Formula 1
Bu gün, 19:15

Şarl Lekler Barselona Qran-prisinin təsnifatında qəzaya uğrayıb

Futbol
Bu gün, 19:00

Almaniya millisi DÇ-2026-nın 1/4 finalına çıxmağı uğur sayacaq

Futbol
Bu gün, 18:27

Qalatasaray İtaliya klubuna 35 milyon avro tələb edir

Cüdo
Bu gün, 18:15

Sumqayıtda keçirilən U-17 cüdoçuların region birinciliyi başa çatıb

Futbol
Bu gün, 17:59

Sabah İqor Noqeyra ilə yollarını ayırmağa yaxındır

Futbol
Bu gün, 17:39

Elgiz Kərəmli Premyer Liqada çalışacaq

Futbol
Bu gün, 17:28

Ukraynalı hücumçu İspaniya klubuna transfer oldu

Futbol
Bu gün, 16:59

Roma Paulo Dibalaya 2 illik müqavilə təklif edib

Futbol
Bu gün, 16:39

Braziliya azarkeşləri Nyu-Yorkda futbol bayramı təşkil ediblər

Futbol
Bu gün, 16:39

İngiltərə futbol millisinin avadanlıqları ABŞ-da oğurlanıb

Futbol
Bu gün, 16:29

Arsenal Kristos Tzolisi transfer etmək üçün 40 milyon avro ödəməyə hazırdır

Futbol
Bu gün, 16:20

Ronaldo: “Braziliyada dünyanın ən yaxşı futbolçuları və tarixin ən yaxşı məşqçilərindən biri var”

Futbol
Bu gün, 16:00

Hakan Sünal Türkiyə - Avstraliya oyunu ilə bağlı proqnoz verib

Futbol
Bu gün, 15:41

İsveçrə millisindən sürpriz gözləyirəm - Kərim Rossi

Oxşar xəbərlər