top
2026 Qış Olimpiya Oyunlarının Açılış Mərasimi Baş Tutdu: İştirakçılar, Məşəllər, İfaçılar və Daha Çox Idman.biz
07 fevral 2026, 02:49
- +

2026 Qış Olimpiya Oyunlarının Açılış Mərasimi Baş Tutdu: İştirakçılar, Məşəllər, İfaçılar və Daha Çox

2026-cı il Olimpiya Oyunlarının açılış mərasimi baş tutub. Son akkord Sülh Tağında Olimpiya alovunun alovlandırılması olub.

Son məşəl daşıyıcıları italiyalı dağ xizəkçiləri Alberto Tomba və Debora Kompanyoni olub. Tomba və Kompanyoni Milandakı Sülh Tağında, italiyalı dağ xizəkçisi Sofiya Qoccia isə Kortina d'Ampezzodakı "Angelo Dibona" meydanında alovlandırıblar.

Daha əvvəl İtaliya prezidenti Sercio Mattarella 2026-cı il Qış Olimpiya Oyunlarını açıq elan edib.

Ondan əvvəl açılış mərasimində italyan tenor Andrea Boçelli "Nessun Dorma" əsərini ifa edib.

23:56

2026-cı il Olimpiya Oyunlarının açılış mərasimində iştirakçı ölkələrin idmançılarının paradı baş tutub. Azərbaycan yığmasının üzvləri də arenaya daxil olublar. Komanda iki idmançının daşıdığı Azərbaycan bayrağı altında tribunalara təqdim edilib.

Azərbaycan millisinin bayraqdarları fiqurlu konkisürən Vladimir Litvintsev və dağ xizəyi üzrə idmançı Anastasiya Papatoma olub. İdmançıların stadiona çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

23:40

İtaliya Prezidenti Sercio Mattarella, ABŞ-ın vitse-prezidenti Cey Di Vens və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kirsti Koventri 2026-cı il Olimpiya Oyunlarının İtaliyada keçirilən açılış mərasimində iştirak ediblər.

Onlar Milandakı "San Siro" stadionunda VIP tribunalarda qonaq olublar.

23:28

Məşhur amerikalı müğənni Merayya Keri, İtaliyanın Milan şəhərində keçirilən 2026-cı il Olimpiya Oyunlarının açılış mərasimində çıxış edib.

O, italyan dilində "Volare" mahnısını, eləcə də özünün "Nothing Is Impossible" mahnısını ifa edib.

23:24

İtaliyada 2026-cı il Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.

Açılış mərasimi Milandakı "San-Siro" stadionunda reallaşır. Mərasim İtaliyanın zəngin tarixi və mədəni irsini əks etdirən bədii proqramla başlayıb.

İdmançıların paradları Kortina d'Ampezzo, Predazzo və Livinyoda keçiriləcək. Paradda doxsan iki nümayəndə heyəti iştirak edəcək.

Oyunlarda ümumilikdə 116 medal uğrunda mübarizə aparılacaq.

09:08

Bu gün İtaliyada 25-ci Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

İdman.Biz xəbər verir ki, yarışlar Milan və Kortina d Ampezzo şəhərlərində təşkil olunacaq.

İlk Olimpiya yarışlarına fevralın 4-də qarışıq cütlüklərin kerlinq turniri ilə start verilib. Qadınlar arasında xokkey üzrə turnir isə fevralın 5-dən etibarən keçirilir. Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi fevralın 6-da Milanda yerləşən "San-Siro" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İtaliyada 16 idman növü üzrə 116 medal uğrunda mübarizə baş tutacaq ki, bu da əvvəlki Olimpiada, 2022-ci il Pekin Oyunlarından yeddi medal çoxdur. Skeleton növü üzrə qarışıq komanda yarışları, sərbəst xizəksürmə üzrə kişilər və qadınlar arasında "moğul" yarışları və digər növlər əlavə edilib, lakin dağ xizəyi üzrə qarışıq komanda yarışları keçirilməyəcək. Xizək alpinizmi Olimpiya proqramında kişilər və qadınlar sprintləri, eləcə də komanda yarışlarını əhatə edən yeni yarışdır.

Qeyd edək ki, 25-ci Qış Olimpiya Oyunlarında Azərbaycanı milli komandamızın üzvləri Vladimir Litvintsev fiqurlu konkisürmə yarışlarında, Anastasiya Papatoma isə dağ xizəyinin slalom növündə təmsil edəcəklər.

Посмотреть эту публикацию в Instagram

Публикация от İdman və Biz (@idmanbiz)

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:14

Babək Quliyev UEFA Konfrans Liqası matçına hakim-inspektor təyin edilib

Güləş
Bu gün, 10:59

Azərbaycan avarçəkənləri Gürcüstandakı turnirdə 18 medal qazanıb

Futbol
Bu gün, 10:42

Baku Sportinq Aşurov qardaşlarını heyətinə qatdı

Futbol
Bu gün, 10:40

Kabo-Verde milli futbolçusu Braziliya klubu ilə müqavilə bağlayıb

Futbol
Bu gün, 10:00

Şəhriyar Əliyev yeni klub axtarışlarını davam etdirir

Futbol
Bu gün, 09:40

Ayaks Markos Leonardonu transfer edir

Futbol
Bu gün, 09:20

PSJ Jion Sudzukini transfer erməyə hazırdı

Futbol
Bu gün, 09:13

Arsenal Morqan Rocers üçün transfer rekordunu qıra bilər

Futbol
Bu gün, 08:20

Harri Uinks "Kalyari"yə keçir

Futbol
Bu gün, 08:00

Latsio Ceyms Rodrigesi transfer etməyə maraqdar

Futbol
Bu gün, 07:26

Roy Kin Alfi Holanda cavab verdi

Futbol
Bu gün, 06:15

Folarin Baloqunun diskvalifikasiyası ləğv edilib

Futbol
Bu gün, 05:10

Fermin Lopes 2026/27 mövsümünün startına qədər sağalmağa bilər

Futbol
Bu gün, 04:25

Mançester Yunayted 100 milyonluq futbolçu ilə maraqlanır

Boks
Bu gün, 03:22

Peddi Pimblett Çarlz Oliveyra ilə mümkün döyüş barədə danışıb

Güləş
Bu gün, 02:15

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazanıb

Güləş
Bu gün, 01:25

Azərbaycanın gənc güləşçiləri Avropa çempionatında tarixi uğur qazanıb

Futbol
Bu gün, 01:07

Nəriman Axundzadə “Börnli” ilə oyunda start heyətində çıxacaq

Futbol
Bu gün, 00:58

Dünya çempionatının ən yaxşı oyunu seçilib

Futbol
Bu gün, 00:35

„Liverpul“un transfer hədəfləri: Mora, Kone və Həsən

Futbol
Bu gün, 00:19

Neftçi Sloveniyadakı təlim-məşq toplanışını sonlandırır

Futbol
Bu gün, 00:17

Roberto Baccionun İtaliya futboluna aid islahat layihəsi

Futbol
Dünən, 23:58

Dieqo Forlan Uruqvay U-20 millisinə baş məşqçi təyin olunacaq

Tennis
Dünən, 23:42

Yannik Sinner “Uimbldon”da ardıcıl ikinci dəfə çempion olub

Oxşar xəbərlər