top
U-23 Avropa Çempionatı: Azərbaycan güləşçiləri medal qazandılar və finallara yüksəldilər Idman.biz
14 mart 2026, 21:58
- +

U-23 Avropa Çempionatı: Azərbaycan güləşçiləri medal qazandılar və finallara yüksəldilər

Azərbaycanın yunan-Roma güləşçisi İlkin Qurbanov (63 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında bürünc medal qazanıb.

İdman.Biz-in məlumatına görə, o, bürünc medal uğrunda görüşdə gürcüstanlı Rati Kozrevanidzeni 8:3 hesabı ilə məğlub edib.

Digər güləşçimiz Fərid Sadıxlı (55 kq) finalda rusiyalı Alibek Amirova sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub və U23 Avropa çempionatında gümüş medal qazanıb.

21:27

Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev (82 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatının finalına vəsiqə qazanıb.

İdman.Biz-in məlumatına görə, o, yarımfinalda belaruslu İliya Valevskini 8:2 hesabı ilə üstələyib.

17:50

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatının növbəti görüşləri keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, 67 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Fərid Xəlilov gürcüstanlı Anri Xozrevanidzeyə qarşı 11:6 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Bundan əlavə ölkəmizi təmsil edən 60 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Cavadov albaniyalı Andi Mukaya qarşı tuşla qalib gələrək yarımfinala yüksəlib.

82 kq çəki dərəcəsində çıxış edən Elmin Əliyev əvvəlcə ispaniyalı Xose Sobaya qarşı 8:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəldi. Daha sonra yarımfinalda isveçli Aleksandr Yohanssona qarşı 3:3 hesabı ilə sonuncu xal prinsipinə əsasən qalib gələrək yarımfinala vəsiqə qazanıb.

72 kq çəki dərəcəsində çıxış edən Fəraim Mustafayev ilk mərhələdə bolqarıstanlı Dimitar Georgiyevə 8:0 hesabı ilə qalib gəldi, lakin 1/4 finalda rusiyalı Rabil Askerova qarşı 0:8 məğlub olub.

Avropa çempionatına martın 15-də yekun vurulacaq.

16:59

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatının növbəti görüşləri keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, 97 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Əli Quliyev 1/8 final mərhələsində Xorvatiya təmsilçisi Tomislav Brkana ilə qarşılaşıb. Görüş rəqib güləşçinin 5:2 hesablı qələbəsi ilə başa çatıb və Ə.Quliyev mübarizəni dayandırıb.

Bundan əlavə ölkəmizi təmsil edən 82 kq çəki dərəcəsində mübarizə aparan Elmin Əliyev isə Macarıstan güləşçisi Sabolç Sina ilə üz-üzə gəlib. E.Əliyev rəqibini 5:3 hesabı ilə məğlub edərək 1/8 final mərhələsinə yüksəlib.

67 kq çəki dərəcəsində çıxış edən Fərid Xəlilov Almaniya təmsilçisi Yanıs Haynzelbeker üzərində tam üstünlüklə (8:0) qalib gəlib. Bu nəticə ilə F.Xəlilov turnirdə 1/4 finala vəsiqə qazanıb.

Avropa çempionatına martın 15-də yekun vurulacaq.

15:44

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatının növbəti görüşləri keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, 63 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İlkin Qurbanov təsəlliverici görüşdə fransalı Lukas Qrassoya 4:2 hesabıyla qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazandı. Bürünc medal görüşündə İ.Qurbanovun rəqibi Gürcüstan təmsilçisi Rati Xozrevanidze olacaq.

Bundan əlavə ölkəmizi təmsil edən 60 kq-da Ayxan Cavadov bolqarıstanlı Borislav Kirilova 8:1 hesabıyla qalib gələrək 1/4 final mərhələsinə yüksəldi.

55 kq-da isə final görüşü keçiriləcək. Azərbaycan idmançısı Fərid Sadıxlı bu gün Rusiyadan olan Alibek Amirov ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Avropa çempionatına martın 15-də yekun vurulacaq.

10:39

Bu gün Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, Azərbaycanın yeddi yunan-Roma güləşçisi xalça üzərinə çıxacaq.

Fərid Sadıqlı (55 kq) finalda rusiyalı Alibek Amirovla qarşılaşacaq.

Təsnifat mərhələsində Ayxan Cavadov (60 kq), bolqarıstanlı Borislav Krasimirov Kirilovla, Elmin Əliyev (82 kq) macarıstanlı Sabolç İştvan Sinayla üz-üzə gələcək.

Təsəlliverici görüşdə İlkin Qurbanov (63 kq) fransalı Lukas Lo Qrassonu sınağa çəkəcək.

1/8 finalda Fərid Xəlilov (67 kq) almaniyalı Yanis Heynzelbekerlə, Fərahim Mustafayev (72 kq) bolqarıstanlı Dimitar Georgiyevlə, Əli Telman Quliyev isə (97) xorvatiyalı Tomislav Brkanla güləşəcək.

Qeyd edək ki, Azərbaycan güləşçiləri U-23 Avropa çempionatında indiyə qədər ümumilikdə 11 medal qazanıblar. Ali Tsokayevlə (92 kq) Günay Qurbanova (59 kq) Avropa çempionu olublar. Ceyhun Allahverdiyev (61 kq), Vasif Bağırov (57 kq), Səbuhi Əmiraslanov (79 kq), Yusif Dursunov (125 kq), Gültəkin Şirinova (55 kq) və Ruzanna Məmmədova gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyev (97 kq) isə bürünc medal sahibi olublar.

Avropa çempionatına martın 15-də yekun vurulacaq

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:27

Turan Tovuz – Sumqayıt matçı (2:1) – Video

Futbol
Dünən, 23:21

Azərbaycan U-17 qız milli komandası Gürcüstana 1-0 hesabıyla məğlub oldu

Futbol
Dünən, 22:21

‘Lex Poznan’ 1:0 ilə ‘Rakuv’u məğlub etdi, Mahir Emrelinin komandası xalsız qaldı

Futbol
Dünən, 22:19

Azərbaycan U-17 qızlar milli komandası Gürcüstan U-17 yığmasına 0:1 hesabla məğlub oldu

Futbol
Dünən, 20:59

Veteran futbolçu Mehman Hacıyev vəfat edib

Futbol
Dünən, 20:59

Veteran futbolçu Mehman Hacıyev vəfat edib

Futbol
Dünən, 20:59

Veteran futbolçu Mehman Hacıyev vəfat edib, sabah dəfn olunacaq

Futbol
Dünən, 20:59

Veteran futbolçu Mehman Hacıyev vəfat edib

Futbol
Dünən, 20:59

Veteran futbolçu Mehman Hacıyev vəfat edib, sabah dəfn olunacaq

Futbol
Dünən, 20:59

Veteran oyunçu Mehman Hacıyev vəfat etdi, Gəncə futbolunda böyük itki

Futbol
Dünən, 20:59

Veteran futbolçu Mehman Hacıyev vəfat edib, Gəncə icması yas tutacaq

Futbol
Dünən, 20:59

Gəncə futbolunda veteran Mehman Hacıyev vəfat etdi

Futbol
Dünən, 20:59

Veteran futbolçu Mehman Hacıyev vəfat etdi, Gəncə futbolu kədərli

Futbol
Dünən, 20:59

Veteran oyunçu Mehman Hacıyev vəfat etdi, Gəncə futbolunda ağır itki

Futbol
Dünən, 20:59

Mehman Hacıyev, Gəncə futbolunun tanınmış siması vəfat etdi

Futbol
Dünən, 20:49

“Turan Tovuz”un baş məşqçisi: “Bu gün qələbə oyun keyfiyyətindən daha vacib idi”

Formula 1
Dünən, 20:35

Şarl Lekler İtaliya Qran-prisinin üçüncü dövrəsində qəza edib, yarış qırmızı bayraqla dayandırıldı

Digər
Dünən, 20:29

Veronika Jilina Kinoshita Cup yarışında 6-cı yer tutdu

Digər
Dünən, 20:29

Veronika Jilina “Kinoshita Cup”da 6-cı yeri tutdu

Digər
Dünən, 20:29

Veronika Jilina Kinoshita Cup yarışında 6-cı yeri tutdu

Digər
Dünən, 20:29

İdmançımız Kinoshita Cup yarışında 6-cı yer tutdu

Futbol
Dünən, 20:21

Aziz Yıldırım İlham Əliyevə pilotsuz dəniz vasitələrini təqdim edib - FOTO

Futbol
Dünən, 20:21

Aziz Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevlə görüşərək pilotsuz dəniz vasitələrini təqdim etdi

Futbol
Dünən, 20:21

Aziz Yıldırım, “Fənərbağça” futbol klubunun başçısı, İlham Əliyevlə görüşərək pilotsuz dəniz vasitələrini təqdim etdi - FOTO

Oxşar xəbərlər