top
U-17 Avropa Çempionatı: İbrahim Həsənov finalda, Tunar Həsənov və Elgün Kərimli medal uğrunda mübarizə aparacaqlar Idman.biz
17 may 2026, 19:32
- ↺ +

U-17 Avropa Çempionatı: İbrahim Həsənov finalda, Tunar Həsənov və Elgün Kərimli medal uğrunda mübarizə aparacaqlar

Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında sərbəst güləş üzrə finalçılar müəyyənləşib.

İdman.Biz xəbər verir ki, 51 kq çəki dərəcəsində çıxış edən İbrahim Həsənov finala yüksəlib.

Azərbaycanlı güləşçi yarışda ukraynalı Boqdan Kazakovu 10:0, rusiyalı Xalid Sonqurbekovu 12:0 və belaruslu Yanis Şapartauyanı 10:0 hesabı ilə məğlub edərək finala adlayıb.

İbrahim Həsənov qızıl medal uğrunda görüşdə Türkiyə təmsilçisi Muhammed Gölhayla qarşılaşacaq.

45 kq çəki dərəcəsində çıxış edən Tunar Həsənov ilk mərhələdə gürcüstanlı Mkrtiç Canamyanı 3:2 hesabı ilə məğlub etsə də, 1/4 finalda ukraynalı Marko Kvasniuka 0:2 hesabı ilə uduzub. O, sabah bürünc medal uğrunda türkiyəli Buğra Eldemirlə güləşəcək.

60 kq-da mübarizə aparan Vahid Məmmədov ispaniyalı Samvel Qorqyan üzərində 10:0 hesablı qələbə qazansa da, növbəti mərhələdə polyak Vitold Pavlikə sonuncu xal prinsipinə əsasən 1:1 hesabı ilə məğlub olub.

71 kq çəki dərəcəsində Tunar Quliyev debüt görüşündə ermənistanlı Avetik Tutxalyana 2:15 hesabı ilə uduzub.

92 kq-da çıxış edən Elgün Kərimli isə ermənistanlı Artur Mkrtçyanı 8:0 hesabı ilə məğlub etsə də, 1/4 finalda rusiyalı Abdurazak Şabanova 4:15 hesabı ilə uduzub. Elgün sabah təsəlliverici görüşdə belaruslu Timur Mirzəyevlə qarşılaşacaq.

11:53

Azərbaycanın sərbəst güləş üzrə U-17 millisinin üzvləri Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında daha üç medal üçün mübarizə aparacaqlar.

İdman.Biz xəbər verir ki, 51 kq çəki dərəcəsində çıxış edən İbrahim Həsənovun final görüşünə çıxacaq. O, ukraynalı Boqdan Kazakovu 10:0, rusiyalı Xalid Sonqurbekovu 12:0, belaruslu Yanis Şapartaunu isə 10:0 hesabı ilə məğlub edərək həlledici mərhələyə yüksəlib. Finalda onun rəqibi türkiyəli Muhammed Gölha olacaq.

45 kq-da Tunar Həsənov bürünc medal uğrunda güləşəcək. O, ilk görüşdə gürcüstanlı Mkrtiç Canamyanı 3:2 hesabı ilə məğlub etsə də, dörddəbir finalda ukraynalı Marko Kvasniuka uduzub. Həsənov üçüncü yer uğrunda qarşılaşmada türkiyəli Buğra Eldemirlə üz-üzə gələcək.

92 kq-da Elgün Kərimli mübarizəni təsəlliverici görüşdə davam etdirəcək. Azərbaycanlı güləşçi startda ermənistanlı Artur Mkrtçyanı 8:0 hesabı ilə üstələyib, dörddəbir finalda isə rusiyalı Abdurazak Şabanova 4:15 hesabı ilə məğlub olub. O, təsəlliverici mərhələdə belaruslu Timur Mirzəyevlə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi turnirdə bu vaxta qədər 13 medal qazanıb. Yığmanın aktivində üç qızıl, dörd gümüş və altı bürünc mükafat var.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Oxşar xəbərlər