top
Turan Bayramov Dünya Çempionatı və Hədəfləri Haqqında: Müsahibə Idman.biz
29 avqust 2025, 16:51
- ↺ +

Turan Bayramov Dünya Çempionatı və Hədəfləri Haqqında: Müsahibə

Sərbəst güləş üzrə millinin üzvü Turan Bayramovun Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə müsahibəsi

– Ötən ilin sentyabrında çiyin əməliyyatına görə, 5 ay yarışlardan kənarda qaldın. Həmin zədən tam sağalıb?

– Olimpiadadan sonra ilk yarışım bu ilin fevralında Belarusda keçirilən Aleksandr Medved turniri oldu. İyulda isə Macarıstanda təşkil edilən reytinq turnirində güləşdim. 5 aydan çox yarışlardan kənar qalmaq, təbii ki, öz sözünü deyirdi. Bir aydır ki, çiynim tam sağalıb. Yarışlarda tam gücümlə güləşməyə hazıram.

– Türkiyədə keçirilən təlim-məşq toplanışı haqqında nə deyə bilərsən?

– Hazırlıq prosesi çox gözəl keçdi. Kastamonudakı şərait yüksək səviyyədə idi. Türkiyə, Bəhreyn, Şimali Makedoniya, Rumıniya və Özbəkistan milli komandası ilə birgə toplanışda idik. Olduqca səmərəli toplanış oldu. Həm fiziki, həm də texniki-taktiki məşqlər keçdik. Daha çox fiziki hazırlığın artırılmasına diqqət yetirilsə də, xalça üzərində də məşqlər oldu. Bu toplanışı dünya çempionatı ərəfəsində çox faydalı hazırlıq prosesi kimi qiymətləndirirəm.

– 24 yaşın var. Bu yaşda artıq 2 Olimpiadada iştirak etmisən. Bu, hər idmançıya nəsib olmur. Necə fikirləşirsən, 2021 yoxsa 2024-cü ildə olimpiya medalı qazanmaq şansın daha yüksək idi?

– Bəli, şükürlər olsun ki, həm Tokio, həm də Paris Olimpiya Oyunlarında iştirak etdim. Fikrimcə, son Olimpiadada medal qazana bilərdim. Çünki yüksək səviyyədə hazırlaşmışdım. Təlim-məşq toplanışlarında əlimdən gələni etmişdim. Məşqçilərimiz də bu cür fikirləşirdi. Çermen Valiyevlə görüşdə son saniyədə boşalmağım mənə çox baha başa gəldi. Medalsız qaldım. Çermen güclü rəqib idi. İnanıram ki, bundan sonra o səhvləri etmərəm. Mənim üçün çox böyük təcrübə oldu.

– Bir çox güləşsevərlər belə düşünür ki, böyüklər arasında yeniyetmə və gənclik illərindəki qədər hücum üslubunda güləşmirsən. Bu barədə nə deyə bilərsən?

– Mənə də bu sualı çox verirlər. Yeniyetmə və gənclərdə 65 kq-da güləşirdim. Uzun müddət eyni çəkidə güləşdiyim üçün həmin kateqoriyanın tempinə və gücünə uyğunlaşmışdım. Sonra birdən-birə 74 kq-a qalxdım. Bununla da rəqiblərin səviyyəsi də qalxdı. Avropa və dünya çempionatlarında öz sözünü demiş idmançılar idi. Kənardan elə görsənir ki, dayanıram, fənd işlətmirəm. Amma bu, belə deyil. Nəzərə almaq lazımdır ki, 74 kq sərbəst güləşdə ən çətin, ən rəqabətli çəki dərəcəsidir. Rəqiblərin hamısı bir-birindən güclü, təcrübəli güləşçilərdir. İki Olimpiadada güləşmişəm. Avropa çempionatından medalım var. İslam Oyunlarının qalibi olmuşam. Artıq bu çəkidə öz sözümü deməyin vaxtı çatıb. Buna görə hücum üslubuna keçməliyəm. İnşallah, növbəti yarışlarda belə olacaq.

– Məşqlərdə ən çox nəyin üzərində işləyirsən? Hansı boşluqlarını və ya çatışmazlığını aradan qaldırmağa çalışırsan?

– Məşqlərdə ən çox sevimli fəndlərim üzərində işləməyi xoşlayıram. Daha çox rəqibin ayağına hücum edib xal almağa çalışıram. Qoldan atmaların üzərində də işləyirəm.

– Qarşıdan ən güclü güləşçilərin mübarizə aparacağı dünya çempionatı gəlir. Əsas rəqiblər kimlər olacaq?

– Zaurbek Sidakov, Çermen Valiyev və Taymuraz Salkazanovun adını çəkə bilərəm. İran, ABŞ və Yaponiya idmançıları da güclü rəqiblərdir.

– Onların görüşlərinə baxıb, zəif-güclü tərəflərini təhlil edirsənmi?

– Əlbəttə. Əksəriyyətilə güləşmişəm. Güləş üslublarına bələdəm. Amma yenə də hər gün təhlillər aparıram, güləşlərinə baxıram. Hər birinin özünəməxsus üstünlükləri, fəndləri var. Dünya çempionatı ərəfəsində buna uyğun məşqlər etməyə çalışıram.

– Qeyd etdin ki, 74 kq ən çətin çəki dərəcəsidir. Belə ağır rəqabətdə hədəfin nədir?

– Hədəfim dünya çempionu olmaqdır. Çünki bu, mənim uşaqlıqdan qurduğum xəyaldır. Dünyanın ən çətin çəkisində çempion olub, Azərbaycana 74 kq-da ilk qızıl medalı gətirmək istəyirəm. İlllərdir bu çəkidə rus və amerikalı güləşçilərin hegemonluğu gedir. Buna son qoymaq üçün əlimdən gələni edəcəyəm.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:08

İraola: Futbolçular yıxılmağı məsləhət edir, hakimlər qaydanı qeydə alır

Futbol
Bu gün, 12:00

Bəxtiyar Musayev: Ayxan Abbasovun gəncləri milliyə dəvət etməsini alqışlayır

Futbol
Bu gün, 11:59

Prezident İlham Əliyev Xankəndi Şəhər Stadionunun yenidənqurulmuş açılışında iştirak edib

Voleybol
Bu gün, 11:48

Misirli voleybolçu Mariam Metvalli: Azərbaycanlılarla oxşarlıq var, burada evim kimi hiss edirəm

Futbol
Bu gün, 11:30

PSJ‑nin 12 nailiyyəti və 7 komanda rekordu Guinness Rekordlar Kitabına daxil edildi

Basketbol
Bu gün, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Qarabağ FK
Bu gün, 11:00

Musa Qurbanlı "Qarabağ"ın son 4 oyundakı xal itkisi: "Bu, daha çox məşqçilərimizin təhlil etməli olduğu məsələdir"

Cüdo
Bu gün, 10:48

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri turnirinə hazırlaşırlar

Gimnastika
Bu gün, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Futbol
Bu gün, 10:30

DAZN-da Qadınlar Super Liqası iki oyunu canlı yayımlanacaq

Futbol
Bu gün, 10:30

Bundesliqada məğlub olmayan iki lider və rekord yarışı

Qarabağ FK
Bu gün, 10:23

Zirə – Qəbələ: 7 noyabr 18:30, Premyer Liqası 11. tur

Futbol
Bu gün, 10:15

Amed, Galatasarayın taxtını qorumağa çalışır, Manchester City təzyiq altında

Gimnastika
Bu gün, 10:05

Selcan Mahsudova batut gimnastikası üzrə Dünya çempionatında finala yüksəldi

Futbol
Bu gün, 10:00

Neftçi Legioneri: Mövsümün Sonunda İstəyimizə Çatacağıq

Futbol
Bu gün, 09:54

Ronaldo binqodan, Foden balıq tutaraq, Xavi göbələk yığaraq – futbol ulduzlarının maraqlı hobbiləri

Digər
Bu gün, 09:48

Əli Ataşov IMMAF Dünya Çempionatında Bürünc Medal Qazandı

Futbol
Bu gün, 09:41

Azərbaycan qadın milli komandası UEFA Millətlər Liqası üçün oyun təqvimi açıqlanıb;

Futbol
Bu gün, 09:40

Portuqalı ulduz futbolçu Nani Aktobe klubundan ayrıldı

Futbol
Bu gün, 09:28

Villan Paço Barselona transferi istəyir, amma məşqçi Luis Enrike qarşıdır

Futbol
Bu gün, 09:20

Bayern Münich 18 yaşlı Polşalı sol cinah oyunçusu Oskar Pituşevskiyi transfer radarına aldı

Qarabağ FK
Bu gün, 09:00

Zirə Qəbələ'yi 11-ci Turda Qonaq Eder

Futbol
Bu gün, 08:41

Portuqaliya milli komandası məşqçisi Ronaldo ilə ayrılmağı şərh etdi;

Futbol
Bu gün, 08:40

Ronaldo, Portuqaliya millisinin vida matçına dəvəti rədd etdi

Oxşar xəbərlər