top
Toğrul Əsgərov U-20 Dünya Çempionatının Nəticələrini Dəyərləndirib Idman.biz
25 avqust 2025, 14:15
- ↺ +

Toğrul Əsgərov U-20 Dünya Çempionatının Nəticələrini Dəyərləndirib

Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında 1 gümüş və 1 bürünc medal qazanan qadın güləşi üzrə millimiz vətənə qayıdıb.

İdman.biz xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi keçirilib.

Yığmanın baş məşqçi əvəzi Toğrul Əsgərov yarışla bağlı təəssüratlarını bölüşüb. U-20 Avropa çempionatında 3 idmançımızdan 2-sinin qızıl medal qazandığını xatırladan mütəxəssis bildirib ki, bu yarışda da eyni nəticəni gözləyiblər: "Buna çox yaxın idik. Günay yarımfinalda, Ruzanna isə finalda son anda qələbəni əldən verdi. Yeniyetmə və gənclərdə belə halların yaşanmasına normal baxıram. Azu edirəm ki, bu səhvləri böyüklərin dünya çempionatında, Olimpiya Oyunlarında təkrarlamayaq. Daha çox çalışaq, daha çox əzmkarlıq göstərək. Komandamız gənc, yolumuz uzun, hədəfimiz çox böyükdür. Federasiya tərəfindən güclü dəstək var. Çalışacağıq ki, bu dəstəyin, diqqətin layiqincə cavabını verək. İnşallah, hər şey istədiyimiz kimi olar. Bəzən ardıcıl yarışlarda iştirak qızlarda psixoloji yorğunluğa səbəb olur. Bütün bunlara baxmayaraq, həm Avropa, həm də dünya çempionatında 3 çəkidə 2 medal qazanmaq böyük uğurdur. Bu qızların böyük potensiala sahib olmaları çox sevindirici haldır".

Böyük məşqçi Rövşən Umudov dünya çempionatının çox ağır yarış olduğunu dilə gətirib: "Həm psixoloji durum, həm yarışın gedişinə görə Avropa çempionatından çox fərqlənir. Asiya ölkələrindən çox güclü rəqiblər var. Buna baxmayaraq, hər şey yolunda gedirdi. Sadəcə, bir az taktiki səhvlər oldu. Bu səbəblərdən çempionluğu əldən verdik. Yaxşı hazırlaşmışdıq. Bu iki güləşçimizdən daha böyük nəticələr gözləyirik. Daim hazır olmalıdırlar, daha çox hazırlaşmalıdırlar. Güman edirəm ki, gələcəkdə bu səhvləri düzəldəcəyik. Bununla da nəticə daha yaxşı olacaq".

Dünya çempionatının medalçıları da fikirlərini açıqlayıb. Gümüş medal qazanan Ruzanna Məmmədova bildirib ki, yarış çox güclü keçib: "Asiya ölkələri də dünya çempionatında iştirak edir deyə daha çətin keçir. Güclü rəqiblərə qalib gələrək finala yüksəldim. Finalda ilk hissə də hər şey yaxşı idi. 6:0 öndə idim. Sonra ikinci hissə də çox yoruldum. Dözümlülüyüm çatmadı deyə 6:6 geri düşdüm və son xal prinsipinə əsasən məğlub oldum. Düzdü, nəticə məni qane eləmir. Ora qızıl üçün getmişdim. Amma buna da şükür. İnşallah, gələn il qızılla qayıdacam. Əsas hədəf olimpiadadır. Ümid edirəm ki, ora lisenziya qazanıb, ölkəmi layiqincə təmsil edərəm. Sadəcə bu yarışlar məni ora aparan yoldur. Ümid edirəm ki, U23 Dünya çempionatında da istədiyim kimi çıxış edərəm".

Dünya üçüncüsü Günay Qurbanova isə vurğulayıb ki, hədəfi dünya çempionluğu olub: "Yarımfinalda arxayınlıq oldu. Özümü finalda görürdüm. Amma belə alındı. Ruhdan düşmürəm. Bu mənə dərs oldu ki, heç bir güləşçiylə görüşdə arxayınlaşmayım. Gələn ay böyüklər arasında dünya çempionatında güləşəcəyəm. Həyəcanlanmıram. Böyük motivasiya ilə bu yarışa hazırlaşacağam".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:00

Leroy Sanenin karyerasını MLS-də davam etdirmək ehtimalı yüksəkdir

Futbol
Bu gün, 15:59

İtaliya media Lorenzo Mezzoteronun Azərbaycan milli komandasına çağırılmasına reaksiyalar göstərdi

Futbol
Bu gün, 15:56

Şəfa və Araz Naxçıvanın matçı 15 dəqiqə gec başlayacaq

Futbol
Bu gün, 15:46

Mançester Yunayted, İtalyan Atalanta qapıçısı Marko Karnesekini transfer etməyi düşünür

Futbol
Bu gün, 15:33

Kəpəz milli fasilədə Gəncəbasarla yoxlama matçı keçirəcək

Futbol
Bu gün, 15:30

Al‑İttihad Youssef En‑Nesirini 15 milyon dollara transfer etməyə hazırlaşır

Qarabağ FK
Bu gün, 15:26

Əli Səmədov: “Qarabağ”la evdə üz-üzə gələndə qalib gəlməyə çalışacağıq - MÜSAHİBƏ

Futbol
Bu gün, 15:06

Manchester United Luk Şounun 12 illik xidmətini bitirir

Futbol
Bu gün, 15:00

“Zirə” ilə “Qəbələ” arasında 6 oyunluq həsrət davam edir

Qarabağ FK
Bu gün, 14:48

Çempionatın yeganə Azərbaycın bombardiri niyə millidən kənarda qalır: Salyanski ilə Qurbanlını müqayisə edirik

Futbol
Bu gün, 14:30

Mançester Yunayted yanvarda Dominik Kalvert-Lyuin, Yan-Filip Mateta və İvan Touni arasından hücumçu transferini planlaşdırır

Qarabağ FK
Bu gün, 14:28

Tovuz toyunda qonaqlar ekranda “Qarabağ” - “Turan Tovuz” matçını izləyib - VİDEO

Futbol
Bu gün, 14:19

Bursaspor futbolçusu Toral Bayramov qeyri-adi avtoqol vurdu

Cüdo
Bu gün, 14:06

Azərbaycan ilk dəfə eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatına ev sahibliyi edəcək

Futbol
Bu gün, 14:00

Rahid Əmirquliyev: “12 xalla kifayət etmirik, liderdən 6 xal geriyik”

Futbol
Bu gün, 13:48

Cenk Sümer: "Hədəfimiz mövsümün sonunda çempion olmaqdır"

Futbol
Bu gün, 13:30

Niko Pas Mourinyoya zəng edərək "Real"a yalnız ehtiyat üzvü kimi qayıtmaq istəmədiyini bildirib

Qarabağ FK
Bu gün, 13:28

“Şəfa”‑“Araz‑Naxçıvan” sonuncu yerdən qurtulmağa çalışacaq, “Zirə”‑“Qəbələ” isə “Qarabağa” yaxınlaşmaq üçün mübarizə aparır? - İDMAN.BİZ‑in İCMALI

Voleybol
Bu gün, 13:08

Mateus Arauxo: "Azərbaycan çempionatı hər il inkişaf edir və daha maraqlı olub"

Gimnastika
Bu gün, 13:06

Azərbaycan gimnastı Tofiq Əliyev tumblinq üzrə dünya çempionatında gümüş medal qazanıb

Futbol
Bu gün, 12:50

İspaniya 2030-cu il Dünya Çempionatının finalı Mərkirdə keçirilərsə turnirdən imtina edəcək

Futbol
Bu gün, 12:48

Latsio Neapolda Çətin Sınaqla, Inter Komo ilə Mübarizədə

Basketbol
Bu gün, 12:35

Sabah basketbol klubu oyunçusu Mayk Ertel ilə müqaviləni bağlamış

Futbol
Bu gün, 12:30

FİFA prezidenti İnfantino yenidən seçilmək üçün Dünya çempionatının formatını dəyişdirmə planlarından vaz keçə bilər

Oxşar xəbərlər