top
Taleh Məmmədov: Yeni baş məşqçi təyinatı uğur üçün atılan addımdır Idman.biz
12 yanvar 2026, 16:27
- ↺ +

Taleh Məmmədov: Yeni baş məşqçi təyinatı uğur üçün atılan addımdır

"Yeni baş məşqçinin komandaya uğur gətirəcəyinə ümid edirəm".

Bu sözləri Azərbaycanın veteran yunan-Roma güləşçisi Taleh Məmmədov yığmaya yeni baş məşqçi təyin olunan iranlı Məhəmməd Bəna ilə bağlı danışarkən deyib.

O, baş məşqçi dəyişikliyinin komandanın inkişafına töhfə verəcəyini bildirib.

"Yeni məşqçi heyətinin gətirilməsi federasiya rəhbərliyinin qərarıdır. Onlar komandanı dərindən analiz edərək, uğur üçün lazım olan bütün addımları atırlar. Gələcəkdə bunun nəticələri özünü göstərəcək. Keçmişdə də belə dəyişikliklər olub, nəticədə böyük uğurlar əldə edilib. İndi də yeni rəhbərlik ölkəmizə və idmançılarımıza daha çox qızıl medal qazandırmaq üçün çalışır. Yeni məşqçi heyətinə uğurlar arzulayıram. Ümid edirəm ki, Azərbaycan güləşi üçün uğurlu dövr başlanacaq. Məhəmməd Bəna İranda çalışdığı dövrdə komandası bir Olimpiadada üç qızıl medal qazanıb. Bu o demək deyil ki, Azərbaycanda da mütləq eyni nəticəni verməlidir və ya daha çox medal qazandırmalıdır. Onun təcrübəsi və bilikləri komandaya fayda verə bilər, amma nəticələr zamanla ortaya çıxacaq", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

T. Məmmədov bu təyinatın "Los-Anceles-2028" Yay Olimpiya Oyunlarına hazırlıq baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb: "Hər kəs - yəni rəhbərlik, məşqçilər və idmançılar bir məqsəd uğrunda çalışır, ölkəmizə Olimpiadada qızıl medal qazandırmaq. Rəhbərliyin də fikri bu dəyişikliklə daha yaxşı nəticələr əldə etməkdir. Yeni baş məşqçilərin gətirilməsi məhz bu məqsədə xidmət edir. Ümid edirik ki, bu addım həm komandamız, həm də ölkəmiz üçün uğurlu olacaq. Uzunmüddətli nəticələr barədə dəqiq nəsə demək çətindir. Ümid edirik ki, nəticə yaxşı olacaq. Əgər nəticə pis olsa, rəhbərlik yeni məşqçi axtarışına çıxacaq. Vacib olan budur ki, hər kəs maksimum səylə çalışır. Hamı istəyir ki, Olimpiadada uğur qazanılsın və ölkəmizə qızıl medal gətirilsin".

Milli komandanın keçmiş baş məşqçisi Aleksandr Tarakanovun məşq prosesi və nəticələri ilə bağlı da fikirlərini bölüşən veteran güləşçi yığmanın rusiyalı mütəxəssisin rəhbərliyi altında yüksək nailiyyətlər əldə etdiyini söyləyib.

"Mən Tarakanovun vaxtında güləşmişəm və onun məşqçilər heyətinin Azərbaycan güləşi üçün çox böyük xidməti olub. Onların məşq proqramı çox yaxşı idi və nəticələr də bunu təsdiqləyir. Komanda onun rəhbərliyi ilə iki dəfə Avropa, iki dəfə dünya çempionu olub. Bir çox idmançımız Avropa və dünya çempionatlarında medallar qazanıb. Son zamanlar isə Olimpiadalarda istənilən nəticələr əldə olunmayıb. Hər iki məşqçiyə uğurlar arzu edirəm", - deyə Taleh Məmmədov əlavə edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 05:16

Norris: Çempionluq mübarizəsi üçün hələ tam hazır deyilik

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Oxşar xəbərlər