top
Sərbəst güləş üzrə millimiz Göygöldə güc və funksional hazırlıq toplanışı keçirir Idman.biz
22 yanvar 2026, 16:15
- ↺ +

Sərbəst güləş üzrə millimiz Göygöldə güc və funksional hazırlıq toplanışı keçirir

"Bu toplanışdakı məqsədimiz güc göstəricilərini və funksional hazırlığı, həmçinin dözümlülüyü artırmaqdır".

İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycanın sərbəst güləş üzrə millisinin baş məşqçisi Xetaq Qazyumov Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis yığmanın Göygöldəki təlim-məşq toplanışını dəyərləndirib:

"Yanvarın 31-də yekunlaşacaq hazırlıq prosesində daha çox fiziki məşqlərə üstünlük verilir. Yarış baxımından ilk startımız olan Albaniyada keçiriləcək reytinq turnirinə planlı şəkildə hazırlaşırıq. Göygöldə təlim-məşq toplanışı keçirik. Əsas diqqəti güc və funksional hazırlığa ayırmışıq. Eyni zamanda texniki-taktiki hazırlığı da bura əlavə edirik. Əlbəttə, öz taktiki tapşırıqlarımızı yerinə yetirmək, rəqiblərimizi izləyib öyrənmək ki, gələcəkdə kiminlə necə mübarizə aparacağımızı bilək".

O, komandanın hazırkı durumunu da dəyərləndirib:

"Komandanın hazırkı vəziyyəti haqqında danışmaq hələ tezdir. Çünki bu yaxınlarda Azərbaycan çempionatı keçirilib. Federasiyamız testlər təşkil etdi, həmin testlərdən keçdik və idmançıların orqanizmini yoxladıq. Güləşçiləri hazırlıq prosesinə cəlb edirik ki, gələcəkdə yüksək səviyyədə işləyə bilsinlər.

Albaniyada keçiriləcək reytinq turniri üçün iki toplanış nəzərdə tutulub. Daha əvvəl dediyim kimi, birinci toplanış daha çox güc və funksional hazırlıq xarakteri daşıyır. Həmçinin, Bakıda taktiki-texniki çalışmalar üzrə toplanış keçəcəyik".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Oxşar xəbərlər