top
Rəsul Çunayev 7 nömrəli məktəbin şagirdləri ilə görüşüb Sport24.az
03 mart 2026, 18:59
- +

Rəsul Çunayev 7 nömrəli məktəbin şagirdləri ilə görüşüb

5 mart - İdman Günü münasibətilə Məmməd Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində xüsusi və yadda qalan görüş təşkil olunub. Sport24.az xəbər verir ki, tədbirin fəxri qonağı dünya və Avropa çempionu, Olimpiya mükafatçısı, tanınmış güləşçi Rəsul Çunayev olub.

 

Görüşü açıq elan edən məktəbin direktoru Könül Təhməzə ölkəmizdə idmana və gənclərə göstərilən dövlət qayğısından danışıb. O qeydedib ki, idman gənclərin sağlam, intizamlı və vətənpərvər ruhda formalaşmasında mühüm əhəmiyyət daşıyır. Direktor çıxışında dövlət başçısının gənclərlə bağlı fikirlərini xatırladaraq sağlam və bilikli nəslin yetişdirilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb.

 

Çıxış edən Rəsul Çunayev öz uğur yolundan bəhs edərək şagirdlərlə həyat təcrübəsini bölüşüb. O bildirib ki, əldə olunan nailiyyətlərin təməlində zəhmət, əzmkarlıq və Vətənə sevgi dayanır. İdmançı beynəlxalq arenalarda qazandığı uğurlardan söz açaraq həm dünya, həm də Avropa çempionatlarında çempion tituluna yüksəldiyini, Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etdiyini diqqətə çatdırıb.

 

Görüş çərçivəsində şagirdlər qonağa ünvanladıqları suallarla fəal iştirak ediblər. Azərbaycan İdman Akademiyasının təcrübəçi tələbələri də çıxış edərək təcrübələrini bölüşüb, respublika və beynəlxalq səviyyədə uğur qazanmış gənclər motivasiyaedici fikirləri ilə görüşə xüsusi rəng qatıb.

 

Qeyd edilib ki, məktəbdə hər il müxtəlif sahələrdə nailiyyət qazanan şagirdlər və Azərbaycan bayrağını beynəlxalq arenalarda yüksəldən idmançılarla bu kimi görüşlər təşkil olunur. Belə təşəbbüslər gənclərin həm fiziki, həm də mənəvi inkişafına müsbət təsir göstərməklə yanaşı, onların gələcək uğurlara inamını daha da möhkəmləndirir.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:15

Vinisius Juniorun sevgilisi sosial şəbəkələrdə müzakirələrə səbəb oldu

Güləş
Bu gün, 05:13

Elmin Əliyev: "Avropa çempionatında rəqiblərim təcrübəli idi"

Futbol
Bu gün, 04:48

Flik "Sevilya"ya qalib gəlsələr belə, komandanın oyunundan razı qalmadı: "Bundan çox daha yaxşı oynaya bilərdik"

Futbol
Bu gün, 04:10

Maykl Kerrikin "Old Trafford"dakı möhtəşəm qələbə seriyası: Tarixi rekord

Futbol
Bu gün, 03:22

Yuri Vernidub "Qəbələ" oyunundan sonra: Siyasi provokasiyalara sərt cavab

Futbol
Bu gün, 03:06

Viktor Font Barselona prezident seçkilərində məğlubiyyətini etiraf etdi: "Biz məyusuq"

Futbol
Bu gün, 02:48

Qavi uzun fasilədən sonra meydanda: "Barselona" - "Sevilya" oyununda 10 dəqiqə

Güləş
Bu gün, 02:38

U-23 Avropa Çempionatında Azərbaycan Güləşçilərindən 16 Medal: 3 Qızıl, 7 Gümüş, 6 Bürünc

Futbol
Bu gün, 02:18

La Liqa: "Real Sosyedad" "Osasuna" üzərində qələbə qazandı, "Barselona" "Sevilya"nı darmadağın etdi, digər nəticələr

Futbol
Bu gün, 02:13

Liqa 1: "Renn" - "Lill" (1:2), "Havr" - "Lion" (0:0), "Strasbur" - "Paris" (0:0)

Futbol
Bu gün, 01:55

A Seriyası: "Latsio" "Milan"ı məğlub etdi, "Komo" "Roma"ya qalib gəldi, digər nəticələr

Futbol
Bu gün, 01:37

Bruno Fernandeş Devid Bekhemin "Mançester Yunayted"dəki rekordunu yenilədi

Futbol
Bu gün, 01:36

"Tottenhem" yeni baş məşqçi axtarışında: Arni Slot variantı gündəmdə

Futbol
Bu gün, 01:19

Kaxaber Tsxadadze istefa tələblərinə cavab verdi: "İstefa istəyənlər uşaqlardır"

Futbol
Bu gün, 00:56

Bundesliqa: "Ştutqart" və "Maynz"dan qələbələr, "Union"dan sensasiya - YENİLƏNİB

Güləş
Bu gün, 00:54

Elmin Əliyev: "Avropa çempionatında bütün rəqiblərim təcrübəli və güclü idi"

Futbol
Bu gün, 00:35

Joan Laporta "Barselona"da Böyük Fərqlə Yenidən Prezident Seçildi

Güləş
Bu gün, 00:28

Elmin Əliyev U-23 Avropa Çempionu Oldu

Basketbol
Bu gün, 00:00

NTD "Şəki" üzərində qələbə qazandı

Cüdo
Dünən, 23:58

Varşava 2026: Qasımov və Feyziyevdən medallar

Digər
Dünən, 23:52

İrina Zaretska "Karate1 Premyer Liqa" turnirində bürünc medal qazandı

Futbol
Dünən, 23:44

Bundesliqa: "Union"dan son dəqiqə qələbəsi, "Maynz" "Verder"i məğlub etdi

Minifutbol
Dünən, 23:39

Futzal üzrə Azərbaycan Kuboku: Yarımfinal mərhələsinin iştirakçıları bəlli oldu və cütlüklər müəyyənləşdi

Cüdo
Dünən, 23:36

Varşava Açıq Avropa Turniri: Azərbaycan cüdoçularından 3 medal

Oxşar xəbərlər