top
Rafiq Hüseynovun dünya çempionatından GÖZLƏNTİSİ İdman.biz
29 oktyabr 2024, 13:03
- ↺ +

Rafiq Hüseynovun dünya çempionatından GÖZLƏNTİSİ

"Eldəniz Əzizlidən gözləntilərimiz böyükdür. Çünki bütün görüşlərində böyük üstünlüklə qələbə qazandı".

Bunu İdman.bizə Azərbaycan millisinin yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) deyib.

O, Albaniyanın paytaxtı Tiranada bu gün medal uğrunda xalçaya çıxacaq güləşçilərimizin şanslarını dəyəndirib. Hüseynov bildirib ki, Eldəniz Əzizlinin rahat qələbə qazanacağına inanır: "ranlı Poya Marz da elə-belə güləşçi deyil. Eldəniz bu görüşdə taktikadan istifadə etməlidir. Özünün parter götürmək taktikasından. Ayaq üstə fənd etsə Əzizli qalib gələcək. Çünki iranlı güləşçilərin yalandan itələşməyi, vuruşmağı var. Amma texniki göstəriciləri çox zəifdir. Yalnız fiziki göstəriciləri hesabına güləşirlər".

Hüseynov Nihat Məmmədlinin də şanslarını yüksək dəyərləndirib: "Nihat Məmmədli 60 kq-da Avropa çempionudur. Amma bu dəfə 63 kq-da özünü doğrultdu. Ən güclülərə qalib gələrək finala çıxdı. Nihatın güləş stili çox xoşuma gəlir. Etalon güləş göstərir. Fikirləşirəm ki, qazaxıstanlı Yerjet Jarlikassinə qalib gəlməlidir. Amma gözlənilməz nəticə də ola bilər".

Olimpiya mükafatçımız sözlərinə görə, Ülvi Qənizadənin işi çətin olacaq: "Ona fransalı İbrahim Qanemə qarşı heç də asan olmayacaq. Çünki son dəfə ona qalib gələndə çox çətinlik çəkmişdi. Fransalı ayaq üstündə çox temp verən güləşçidir. Qənizadə əgər yorulmasa, dözə bilsə onu uda biləcək. İbrahim bütün görüşlərində tempin, yüksək təzyiqin hesabına qalib gəlib. Ümid edirəm ki, hər 3 idmançımız çempion olacaq. Bu, Azərbaycan güləşinin adıdır. Onların çempionluğu bizim çempionluğumuzdur".

Millimizin güləşçisi bildirib ki, Qurban Qurbanovun bürünc medal qazanmaq şansı yüksək deyil: "Bu, onun böyüklərdə ilk sınağı idi. Təsəlliverici görüşdəki rəqibi heç də zəif deyil. Özbəkistanlı Jalqasbay Berdimuratov Asiya çempionu, dünya çempionatının gümüş medalçısıdır. Mən də onunla 2 dəfə qarşılaşmışam. Birində qalib, digərində məğlub olmuşam. Ümid edək ki, ona qalib gəldikdən sonra 3-cü yer üçün daha rahat güləşər. Amma Qurban üçün heç də asan olmayacaq".

Qeyd edək ki, mundial oktyabrın 31-də yekun vurulacaq.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
Bu gün, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
Dünən, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
Dünən, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
Dünən, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
Dünən, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
Dünən, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
Dünən, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
Dünən, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
Dünən, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
Dünən, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
Dünən, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
Dünən, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
Dünən, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
Dünən, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
Dünən, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
Dünən, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Dünən, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
Dünən, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
10 oktyabr 2026, 23:48

Yeton Bekiri: “Qəbələyə şikayət və ya ağlamağa gəlməmişəm, yalnız işləmək üçün buradayam”

Futbol
10 oktyabr 2026, 23:40

Flick erkən qolun “Barselona”nın 3:0 qələbəsindəki əhəmiyyətini vurğuladı

Futbol
10 oktyabr 2026, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
10 oktyabr 2026, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Basketbol
10 oktyabr 2026, 22:24

“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların böyük rolunu vurğuladı

Oxşar xəbərlər