top
Rafiq Hüseynov: U-17 güləşdə əsas məqsəd sabit nəticə verən idmançılar yetişdirməkdir Report.az
19 fevral 2026, 12:59
- ↺ +

Rafiq Hüseynov: U-17 güləşdə əsas məqsəd sabit nəticə verən idmançılar yetişdirməkdir

Azərbaycanın U-17 güləş millisi ilə bağlı əsas məqsəd yalnız medal qazanan deyil, uzunmüddətli perspektivdə sabit nəticə verən idmançıların yetişdirilməsidir.

Bunu "Report"a açıqlamasında, yığmaya böyük məşqçi təyin olunan Rafiq Hüseynov deyib.

"U-17 yığmasına böyük məşqçi təyin olunmağım mənim üçün böyük şərəf və məsuliyyətdir. Yeniyetmə yaş qrupu Azərbaycan güləşinin gələcəyidir. Bu yaşda formalaşan sistem, intizam və düşüncə tərzi gələcəkdə dünya və olimpiya uğurlarının təməlini qoyur. Komandada əsas məqsədim sistemli və elmi əsaslara söykənən hazırlıq modeli tətbiq etməkdir. Fiziki hazırlıq, texniki-taktiki təkmilləşmə və psixoloji dayanıqlılıq paralel şəkildə inkişaf etdirilməlidir. Performans göstəricilərinin analitik qiymətləndirilməsi, şəxsi məşqçilərlə koordinasiyanın gücləndirilməsi, intizam və komanda dəyərlərinin prioritetləşdirilməsi, bərpa və zədələnmələrin profilaktikasına xüsusi diqqət, gənclərdə liderlik və məsuliyyət hissinin formalaşdırılması - əsas fəaliyyət istiqamətimiz bunlar olacaq. Biz yalnız medal qazanan deyil, uzunmüddətli perspektivdə sabit nəticə verən idmançı modeli qurmaq istəyirik", - deyə o bildirib.

Dünya və Avropa çempionu, olimpiya mükafatçısı olmuş R.Hüseynov Gəncədə keçirilən Azərbaycan çempionatının nəticələrini də dəyərləndirib:

"Yarış yüksək rəqabətlə yadda qaldı. Sevindirici haldır ki, bir çox çəkidə ciddi rəqabət formalaşıb. Bu isə gələcək üçün sağlam mühit deməkdir. Bəzi çəkilərdə texniki baxımdan yetkin, xarakterli və perspektivli idmançılar diqqətimizi cəlb etdi. Xüsusilə ağırçəkili idmançıların mübariz xarakteri məni heyrətləndirdi. Əlbəttə, yığmada yeni adlar görəcəyik. Bizim üçün əsas meyar yalnız çempion olmaq deyil, intizam, inkişaf potensialı və uzunmüddətli perspektivdir. Kim öz üzərində işləyəcəksə, yığmanın qapısı onun üzünə açıq olacaq".

Böyük məşqçi gələcək planlardan söz açarkən sistemli işin önəmini vurğulayıb:

"Qısa müddətli planımız komandanın strukturlaşdırılması və vahid məşq modelinin tətbiqidir. Fiziki testlərin nəticələrinə əsasən fərdi inkişaf planları hazırlanacaq. Orta müddətli hədəfimiz Avropa və dünya çempionatlarında medal uğrunda sabit şəkildə mübarizə aparacaq heyət formalaşdırmaqdır. Uzunmüddətli məqsəd isə U-17 yaş qrupundan başlayaraq olimpiya dövrünü düşünən sistem qurmaqdır. Bugünki yeniyetmələr sabahın olimpiyaçılarıdır. Biz yalnız nəticə üçün deyil, Azərbaycan güləş məktəbinin davamlılığını təmin etmək üçün çalışırıq. İnanıram ki, komanda olaraq düzgün istiqamətdə işləsək, qarşıdakı illərdə Azərbaycan güləşi yeni nəsil liderlərini yetişdirəcək".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Oxşar xəbərlər