top
Qurban Qurbanov və Həsrət Cəfərovdan Avropa çempionatında qızıl medal - YENİLƏNİB + VİDEO Idman.biz
22 aprel 2026, 22:15
- ↺ +

Qurban Qurbanov və Həsrət Cəfərovdan Avropa çempionatında qızıl medal - YENİLƏNİB + VİDEO

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov parlaq qələbə qazanaraq qızıl medala sahib olub. 82 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici qarşılaşmada Adlet Tyulbayevə (UWW) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

İdman.Biz xəbər verir ki, bu uğurla Azərbaycan millisi yarışın növbəti gününü iki qızıl və bir bürünc medalla tamamlayıb. Digər qızıl medalı isə 67 kq çəki dərəcəsində rəqiblərinə şans tanımayan Həsrət Cəfərov qazanıb. O, finalda türkiyəli rəqibi Murad Fıratı məğlub edərək karyerasında dördüncü dəfə qitə çempionu adını qazanıb.

Xatırladaq ki, aprelin 26-dək davam edəcək Avropa çempionatında yunan-Roma güləşçilərimiz ümumilikdə uğurlu çıxış edirlər. Daha əvvəl Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanaraq komandanın hesabına aktiv xallar yazdırıblar. Hazırda Azərbaycan güləşçiləri komanda hesabında liderlər sırasındadır.

21:06

67 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Təmsilçimiz birinci yer uğrunda qarşılaşmada türkiyəli Murat Fırata (7:5) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Görüş gərgin və bərabər mübarizə şəraitində keçsə də, Azərbaycan idmançısı xarakter nümayiş etdirməyi və final fitinə qədər üstünlüyü qoruyub saxlamağı bacardı.

Bu, Cəfərovun Avropa Güləş Çempionatında qazandığı dördüncü qızıl medalıdır.

20:20

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada Suner Konunova (UWW) qalib gələrək (6:0) fəxri kürsüyə yüksəlib.

09:59

Bu gün Albaniyanın paytaxtı Tiranda keçirilən Avropa çempionatında Azərbaycanın iki yunan-Roma güləşçisi qızıl, biri isə bürünc medal uğrunda mübarizə aparacaq.

İdman.Biz xəbər verir ki, yarışın üçüncü günündə Həsrət Cəfərov (67 kq) finalda Türkiyə təmsilçisi Murat Fıratla, Qurban Qurbanov (82 kq) isə eyni raundda UWW təmsilçisi Adlet Tyulyubaevlə qarşılaşacaq. Nihat Məmmədli (60 kq) isə bürünc medal uğrunda UWW təmsilçisi Suner Konunovla üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Oxşar xəbərlər