top
Qobustan güləş məşqçiləri üçün seminar İdman.biz
22 noyabr 2024, 18:04
- ↺ +

Qobustan güləş məşqçiləri üçün seminar

Güləş məşqçilərinin Ümumrespublika seminarı davam edir.

İdman.biz xəbər verir ki, seminarın növbəti mərhələsi bu gün Qobustan şəhərində keçirilib.

Tədbirdə İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonlarında fəaliyyət göstərən güləş üzrə məşqçi-müəllimlər iştirak edib.

Seminarın nəzəri hissəsi Qobustan Gənclər Evində baş tutub. Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan üzrə sektor müdiri Qadir Əkbərov seminarın önəmindən danışıb və buna görə Azərbaycan Güləş Federasiyasına (AGF) təşəkkürünü bildirib.

AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev federasiyanın həyata keçirdiyi layihələrdən, güləş qaydalarından və qayda pozuntularından danışıb. Qadın güləşi üzrə yeniyetmə və gənclərdən ibarət millinin məşqçisi Həsrət Məmmədyarov və yunan-Roma güləşi üzrə U-17 millinin məşqçisi Elbrus Məmmədov yerli məşqçilərə öz tövsiyələrini çatdırıblar. Bu seminarda da azyaşlı idmançıların çox çəki salmasının fəsadları qabardılıb. I-S kateqoriyalı referi Sədi Quliyev video nümayişi fonunda edilən fəndlərin qiymətləndirilməsinə toxunub.

Seminarın praktiki hissəsi isə Qobustan Uşaq Gənclər İdman Məktəbinin güləş zalında keçirilib. Məmmədyarov sərbəst, Məmmədov isə yunan-Roma güləşi üzrə müxtəlif fəndlərin dəqiq icrasını nümayiş etdirib.

Qeyd edək ki, güləş məşqçilərinin Ümumrespublika seminarının növbəti mərhələsi noyabrın 26-da Qazax şəhərində keçiriləcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
Bu gün, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
Dünən, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
Dünən, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
Dünən, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
Dünən, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Futbol
Dünən, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
Dünən, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
Dünən, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
Dünən, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
Dünən, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
Dünən, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
Dünən, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
Dünən, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
Dünən, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Dünən, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
Dünən, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
10 oktyabr 2026, 23:48

Yeton Bekiri: “Qəbələyə şikayət və ya ağlamağa gəlməmişəm, yalnız işləmək üçün buradayam”

Futbol
10 oktyabr 2026, 23:40

Flick erkən qolun “Barselona”nın 3:0 qələbəsindəki əhəmiyyətini vurğuladı

Futbol
10 oktyabr 2026, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
10 oktyabr 2026, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Basketbol
10 oktyabr 2026, 22:24

“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların böyük rolunu vurğuladı

Futbol
10 oktyabr 2026, 22:00

Zirə baş məşqçisi Rəşad Sadıqov: Heyətimizdə səkkiz‑doqquz zədəli futbolçu var

Cüdo
10 oktyabr 2026, 20:54

Uşanqi Kokaurinin Dünya Çempionatı Finalı Taktiki Səhvlərə Bağlıdır, Titullar Onun Psixologiyasına Təsir Etmir

Oxşar xəbərlər