top
Qərib Əliyev: “Bu, Azərbaycan güləşinin inkişafına müsbət təsir göstərəcək” İdman.biz
11 iyun 2024, 16:01
- ↺ +

Qərib Əliyev: “Bu, Azərbaycan güləşinin inkişafına müsbət təsir göstərəcək”

"Təqdirəlayiq bir yarış oldu".

Bunu İdman.bizə Azərbaycan Güləş Federasiyasının (AGF) Hakimlər Kollegiyasının sədri Qərib Əliyev deyib.

O, AGF və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığıyla ilk dəfə keçirilən sərbəst və yunan-Roma güləşi üzrə məktəblilərin respublika çempionatını şərh edib. Əliyevin sözlərinə görə, bu cür yarışlar gənc nəslin güləşə olan marağını artırmaq baxımından mühüm əhəmiyyət kəsb edir: "İnanıram ki, bu birincilik nəticəsində xeyli sayda yeniyetmə güləşə gələcək və Azərbaycan güləşinin inkişafına müsbət təsir göstərəcək. Yarışa qatılan məktəblərin özü də şagirdlərinin burada iştirakında maraqlı idi. Hətta elə təhsil müəssisələri idman müəllimini də birinciliyə göndərmişdi. Bu da güləşdə olan rəqabəti artırır".

Sədr bildirib ki, yarış ilk dəfə keçirildiyi üçün bəzi regionlardan az şagird gəlib: "Amma finalda saylar düzəldi. Şərqi Zəngəzur regionu xüsusi ilə çox gözəl çıxış etdi. Region rəhbəri komandasına birbaşa dəstək olurdu. Hər kəsə bu addımı özünə nümunə götürməsini tövsiyə edərdim. Çünki dəstək və təşkilatçılıq nə qədər yaxşı olarsa, bu yarış bir o qədər inkişaf edər".

Onun sözlərinə görə, aprelin sonları – mayın əvvəllərində 14 bölgəsini əhatə edən zona yarışlarının yekununa əsasən ən güclülər çempionatda qüvvəsini sınayıb: "15 yaşadək güləşçilərin final mərhələsinə seçim xarakteri daşıyan zona yarışlarında ümumilikdə 1501 (835 sərbəst, 666 yunan-Roma) idmançı iştirak edib. İyunun 4-7-də isə FHN İdman-Sağlamlıq Klubunda çempionatın həlledici mərhələsi keçirilib. Final mərhələsində 459 (239 sərbəst, 220 yunan-Roma) güləşçi mübarizə aparıb və onlar arasında ən güclülər bəlli olub".

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Oxşar xəbərlər