top
Qərbi Azərbaycandan olan Olimpiya mükafatçısı: “Torpaqlarımıza qayıtmaq və orada yaşamaq istəyirik” İdman.biz
25 noyabr 2024, 15:46
- ↺ +

Qərbi Azərbaycandan olan Olimpiya mükafatçısı: “Torpaqlarımıza qayıtmaq və orada yaşamaq istəyirik”

"Hamımız azərbaycanlıyıq. Vətənimizin bütün bölgələri mənim üçün əzizdir. Amma mən Qərbi Azərbaycandan olduğum üçün özümlə fəxr edirəm".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın tanınmış yunan-Roma güləşçisi Rafiq Hüseynov deyib.

Əslən İrəvan şəhərindən olan 36 yaşlı idmançı yenidən doğma yurdunu görmək arzusunda olduğunu bildirib: "Biz İrəvandan köçəndə mənim yaşım az idi. Ona görə də bu şəhərdə keçirdiyimiz günləri elə də yaxşı xatırlamıram. Lakin valideynlərim İrəvanda böyüyüb boya-başa çatıblar. Həyatlarının böyük hissəsini bu torpaqlarda keçiriblər. Orta və ali təhsillərini də orada alıblar. Açığı, anam və atam İrəvandan köçəndə bir daha doğma el-obalarına dönə bilməyəcəklərini ağıllarına belə gətirmirdilər. Biz öz torpaqlarımıza qayıtmaq və orada yaşamaq istəyirik. Özüm də yenidən İrəvan şəhərini görmək istəyirəm. Dədə-babalarımızın məzarları oradadır. Onların məzarlarını ziyarət etmək istərdim. İnanıram ki, bu torpaqlara yenidən ayaq basacaq, doğma yurdumuzda rahat şəkildə gəzəcəyik".

O, ailəsi ilə İrəvanda əsasən azərbaycanlıların məskunlaşdığı məhəllələrdə yaşadıqlarını söyləyib: "Valideynlərimin sözlərinə görə, həmin məhəllələrdəki soydaşları ilə aralarında isti münasibət, yaxşı ünsiyyət olub. Bayram günlərində və məclislərdə bir yerə toplaşıb deyib-gülməklərindən, toy, şənlik və sair kimi xoş xatirələrdən tez-tez bəhs edirlər. İstər-istəməz həmin günlər mənə də maraqlı gəlir. O vaxtlar yaşım az olduğundan torpaq sevgisinin nə demək olduğunu tam dərk edə bilmirdim. Amma valideynlərim mənə bu sevginin hər şeydən üstün olduğunu aşıladılar. Onlar İrəvan barədə xatirələrindən danışdıqca mənim öz yurdumu görmək istəyim daha da artır, içimdə xoş hisslər oyanır. Ümid edirəm ki, dövlətimizin düzgün və uğurlu siyasəti nəticəsində arzularımız reallaşacaq, biz də bir gün öz el-obamıza qayıdacağıq".

Qeyd edək ki, Rafiq Hüseynov "Tokio-2020" Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat dünya və üçqat Avropa çempionudur.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Dünən, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Dünən, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Dünən, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Oxşar xəbərlər