top
Paris Yolu: 3 güləşçimiz lisenziyanın 1 addımlığında İdman.biz
09 may 2024, 17:54
- ↺ +

Paris Yolu: 3 güləşçimiz lisenziyanın 1 addımlığında

Bu gün güləş üzrə Dünya Olimpiya Təsnifat Turnirinə start verilib.

İdman.biz xəbər verir ki, Türkiyənin İstanbul şəhərindəki yarışın ilk günündə yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar.

Azərbaycan millisinin 4 "klassik"i Paris-2024-ə son lisenziyalar üçün mübarizə aparır. Təmsilçilərimiz bunun üçün ilk üç yerdən birini tutmağa çalışır.

Yunan-Roma güləşi
60 kq

Murad Məmmədov təsnifat mərhələsində Aleksandrs Yurkyans (Latviya) ilə qarşılaşıb. O, 10:1 hesabı ilə qələbə qazanıb. Yığma üzvü 1/8 finalda Kristofer Kramerlə (Almaniya) münasibətinə aydınlıq gətirib. Məmmədov bu görüşdən də üstün ayrılıb - 10:1. Murad 1/4 finalda polşalı Mixal Tratsla güləşib. O, bu rəqibini də məğlub edib. 5:1 hesabı ilə qalib idmançımız yarımfinala yüksəlib. Məmmədov finala gedən yolda Razvan Arnautla (Rumıniya) qarşılaşacaq.

87 kq
Rafiq Hüseynovun təsnifat mərhələsindəki rəqibi İlyas Paqkalidis (Yunanıstan) olub. Titullu güləşçimiz 3:1 hesabı ilə qalib gələrək, 1/8 finala yüksəlib. Hüseynov ikinci qarşılaşmasında hindistanlı Kumar Sunilə də gücünü göstərib - 4:3. İkiqat dünya çempionumuz növbəti sınağında Aleks Kessidislə (İsveç) üz-üzə gəlib. Rafiq bu deuli də aktivinə yazıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən yığmanın lideri yarımfinala vəsiqə əldə edib. O, lisenziya uğrunda gürcüstanlı Laşa Qobadze ilə qarşılaşacaq.

97 kq
Təsnifat mərhələsindən yarışa başlayan Murad Əhmədiyev Riçard Karelsonu (Estoniya) sınağa çəkib. Sonuncu xal prinsipi ilə qələbə qazanan (1:1) Murad 1/8 finalda Yuri Nakazato (Yaponiya) ilə görüşüb və məğlubiyyətə üzülüb - 1:3.

130 kq
Sabah Şəriəti təsnifat mərhələsində Nikolaos Ntunyasa (Yunanıstan) qalib gəlib - 8:3. O, 1/8 finalda Roman Kimlə (Qırğızıstan) qüvvəsini sınayıb. Tam üstünlüklə (10:0) qalib gələn Olimpiya mükafatçısı 1/4 finala yüksəlib. Şəriəti bu mərhələdə Mantas Knistautasa sonuncu xal prinsipinə əsasən məğlub edib - 1:1.

Qeyd edək ki, Azərbaycan millisi İstanbuldakı turnirədək sərbəst güləşdə 6, yunan-Roma güləşində 2 lisenziya qazanıb. Sabah qadın millimizin 5 güləşçisi xalça üzərinə çıxacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Oxşar xəbərlər