top
Oyan Nəzəriani: Mən Azərbaycana Araz çayının o biri tərəfindən gəlmişəm Idman.biz
23 oktyabr 2025, 17:33
- ↺ +

Oyan Nəzəriani: "Mən Azərbaycana Araz çayının o biri tərəfindən gəlmişəm"

Sərbəst, yunan-Roma və qadın güləşi - Azərbaycanda yaxşı tanınan və populyar idman növləridir. Amma bir də az tanınan, lakin sürətlə inkişaf edən daha bir növ var - çimərlik güləşi. İdmançılarımız bu sahədə artıq təsirli uğurlar qazanıblar, ən müxtəlif yaş kateqoriyalarında və ən yüksək səviyyəli yarışlarda mütəmadi olaraq qalib gəlirlər.

Bu uğurun əsas memarlarından biri Azərbaycan çimərlik güləşi yığmasının baş məşqçisi Oyan Nəzərianidir.

İdman.biz Oyan Nəzəriani ilə əlaqə saxlayaraq, ona bir neçə sual ünvanlayıb.

- Oyan, Azərbaycana necə gəldiniz?

- Mən Azərbaycana "gəlməmişəm", mən Azərbaycanda doğulmuşam - sadəcə, Araz çayının o biri tərəfində. Mən azərbaycanlıyam və İranın Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində anadan olmuşam. Yəni demək olar ki, sadəcə bir Azərbaycandan digərinə - uşaqlıqdan arzuladığım Azərbaycana köç etmişəm. Hələ uşaq olanda Azərbaycanın himnini öyrənmişdim, çünki hər səhər AzTV-də onu səsləndirirdilər. Bura gələndə milli komandaya düşdüyüm üçün - əvvəl sərbəst, sonra isə yunan-Roma güləşi üzrə - inanılmaz dərəcədə xoşbəxt idim.

- Yəni çimərlik güləşi ilə dərhal məşğul olmağa başlamamısınız?

- Tam olaraq elə deyil. Mən bu növlə paralel şəkildə məşğul olurdum. Elə həmin il ki, həm yunan-Roma, həm də sərbəst güləş üzrə Azərbaycan çempionu oldum, çimərlik güləşi üzrə də dünya çempionu titulunu qazandım.

- Bəs niyə idman karyeranızı bu qədər erkən bitirdiniz?

- Azərbaycan Güləş Federasiyası ölkədə çimərlik güləşinin inkişafı ilə məşğul olmağı mənə təklif etdi, çünki bu istiqamətdə böyük potensial görürdülər. Mən razılaşdım, baxmayaraq ki, əvvəlcə karyeramı bitirməyi düşünmürdüm.

2019-cu ildə, dediyim kimi, iki növ üzrə ölkə çempionatlarını qazandım. Amma sonra pandemiya başladı – idman formam itdi, motivasiyam azaldı və 26 yaşımda məşqçi kimi fəaliyyətə yönəlməyə qərar verdim.

- Çimərlik güləşi digər güləş növlərindən prinsipcə nə ilə fərqlənir?

- Çimərlik güləşi sərbəst güləşə daha yaxındır - burada da ayaqdan tutmağa icazə verilir. Amma bir vacib qayda var: diz, dirsək və ya başla quma toxunmaq olmaz, əks halda rəqibə xal verilir. Görüş cəmi üç dəqiqə davam edir - tək hissədir, fasilə olmadan.

- Çimərlik güləşi hələ ki, nə Avropa, nə də İslam oyunlarına daxil edilib. Onun olimpiya gələcəyi varmı?

- Bizim növ artıq Yeniyetmələrin Olimpiya Oyunlarında təmsil olunur və bu, çox şeyi ifadə edir. Açığı, mən çimərlik güləşinin 2036-cı ildən əvvəl Yay Olimpiya Oyunlarının proqramına daxil ediləcəyini gözləmirəm, amma əminəm ki, bu, gec-tez mütləq baş verəcək!

- Bu əminlik nəyə əsaslanır?

- Birincisi, çimərlik güləşində gender bərabərliyi təmin olunub: yarışlarda həm kişilər, həm də qadınlar iştirak edir. Bu, Beynəlxalq Olimpiya Komitəsinin dəyərlərinə tam uyğundur.

İkincisi, bu idman növü hər kəs üçün əlçatandır, böyük xərclər tələb etmir. Xüsusilə isti ölkələrdə, demək olar ki, il boyu məşq etmək mümkündür. Geyim də da sadədir - şort kifayətdir.

- Çimərlik güləşi üçün xüsusi qum lazımdırmı?

- Bəli, lazımdır. Amma, məsələn, bizdə Azərbaycan Güləş Federasiyasının bazasında, həmçinin çimərlik futbolu və voleybolu meydançalarında bu şərait mövcuddur. Bundan başqa, yayda tez-tez Abşeron çimərliklərində məşq edirik, oradakı adi qum da tam yararlıdır.

Vüqar Vüqarlı

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Oxşar xəbərlər