top
Oyan Nəzəriani Bakıda keçiriləcək yarışlar və yığmanın hazırlıqları haqqında danışdı Idman.biz
26 may 2026, 20:03
- ↺ +

Oyan Nəzəriani Bakıda keçiriləcək yarışlar və yığmanın hazırlıqları haqqında danışdı

"Ötən il həm Avropa, həm də dünya çempionatında əldə edilən nəticələr kvota qazanmağımıza imkan verdi".

İdman.Biz bildirir ki, bunu çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Oyan Nəzəriani deyib.

Baş məşqçi Report-a müsahibəsində Dünya Seriyasının Vyetnamda keçirilən ilk mərhələsində qazanılan nəticələri də dəyərləndirib:

"Vyetnamın Dananq şəhərində baş tutan ilk mərhələdə 3 çəki dərəcəsində çıxış etdik. 90 kq-da Əşrəf Aşırov qızıl, 80 kq-da Sahib Dadaşov gümüş və 70 kq-da Rübail İbrahimli bürünc medal qazandı. Bundan sonrakı seriyaların hamısında 4 çəkidə iştirak edəcəyik. İslam İlyasov +90 kq-da yer alacaq. Bu yarışda medalsız qalan Vüsal Əliyevin (80 kq) növbəti mərhələlərdə sözünü deyəcəyinə inanıram. Ümumilikdə nəticəmizi yaxşı hesab etmək olar. Ancaq 70 və 80 kq-da qızıl medal qazana bilərdik".

Nəzəriani çimərlik güləşi baxımından 2026-cı ilə də nəzər salıb.

"Bu il çox gərgin və məsuliyyətli, eyni zamanda xoş ildir. Azərbaycan Güləş Federasiyasının təşəbbüsü ilə bu il çimərlik güləşi üzrə 2 önəmli yarış Bakıda keçiriləcək. Nəzərə alsaq ki, çimərlik güləşi günü-gündən dünyada populyarlaşır, bu dalğanın Azərbaycana yayılması, idman ictimaiyyətinin yarışları daha yaxından izləyib, çimərlik güləşi ilə tanış olması həqiqətən böyük bir şansdır. Düşünürəm ki, bu yarışlar güləşin bu növünə marağı artıracaq. Gələcəkdəki hədəfimiz odur ki, ölkəmizi daha geniş güləşçi heyəti ilə təmsil edək", - o bildirib.

Baş məşqçi yığmanın Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlığından da söz açıb:

"Artıq iki ildir ki, bu yarışa hazırlaşırıq. Ötən il həm Avropa, həm də dünya çempionatında əldə edilən nəticələr kvota qazanmağımıza imkan verdi. Oğlanlardan ibarət U-17 yığmamız 3 kvota qazandı. Bunlar 70, 80 və 90 kq-dır. Qızlardan ibarət komandamızda isə 55 kq-da kvota qazanmışıq. Yeniyetmələrin Yay Olimpiya Oyunlarının proqramında yer alacaq yeganə güləş növü məhz çimərlik güləşi olacaq. Bu, ilk dəfə baş verəcək. Olimpiya Oyunları bizim üçün çox əhəmiyyətli yarışdır.

(Heyət seçiminə gəldikdə - red.) Azərbaycan çempionatı yalnız yığmanın tərkibini formalaşdırmaq üçündür. Ancaq seçimə təsiri var. Biz həm ötən il baş tutan Avropa və dünya çempionatının, həm də bu il Bakıda keçiriləcək U-17 dünya çempionatının nəticələrini əsas götürəcəyik. Bunlarla yanaşı, il ərzində keçirilən təlim-məşq toplantılarında güləşçilərin hazırlıq prosesində göstərdiyi performans da dəyərləndiriləcək".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Dünən, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Oxşar xəbərlər