Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada Suner Konunova (UWW) qalib gələrək (6:0) fəxri kürsüyə yüksəlib.
09:59
Bu gün Albaniyanın paytaxtı Tiranda keçirilən Avropa çempionatında Azərbaycanın iki yunan-Roma güləşçisi qızıl, biri isə bürünc medal uğrunda mübarizə aparacaq.
İdman.Biz xəbər verir ki, yarışın üçüncü günündə Həsrət Cəfərov (67 kq) finalda Türkiyə təmsilçisi Murat Fıratla, Qurban Qurbanov (82 kq) isə eyni raundda UWW təmsilçisi Adlet Tyulyubaevlə qarşılaşacaq. Nihat Məmmədli (60 kq) isə bürünc medal uğrunda UWW təmsilçisi Suner Konunovla üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.