top
Namiq Quliyev: Uşaq məşqçini sevirsə, ondan çox şey əldə etmək olar – U15 sərbəst güləş üzrə yığmanın baş məşqçisi müsahibəsi Idman.biz
21 yanvar 2026, 15:01
- ↺ +

Namiq Quliyev: Uşaq məşqçini sevirsə, ondan çox şey əldə etmək olar – U15 sərbəst güləş üzrə yığmanın baş məşqçisi müsahibəsi

Güləş Azərbaycanda ən populyar və ən uğurlu idman növlərindən biridir. Beynəlxalq arenada sabit nəticələr böyük ölçüdə möhkəm təmələ – uşaq-gənclər idmanı sisteminə söykənir.

Güləşin aşağı yaş qruplarında bu gün necə inkişaf etməsi barədə İdman.Biz-ə Azərbaycanın U15 sərbəst güləş üzrə yığmasının böyük məşqçisi Namiq Quliyev danışıb.

Namiq Quliyev güləşə yeddi yaşında gəlib, 1997-ci ildən isə məşqçi kimi fəaliyyət göstərir. Onun sözlərinə görə, Azərbaycanda hər zaman güləşçilərin sayı çox olsa da, bu gün gənc idmançıların peşəkarlıq səviyyəsi xeyli yüksəlib:

"Əvvəllər U15 yığmasına xüsusi diqqət ayrılmırdı. Bir çox işləri öz hesabımıza görürdük, yarışlara da şəxsi vəsaitimizlə gedirdik. Avropa çempionatlarında çıxış etməyə və nəticələr göstərməyə başlayandan sonra vəziyyət dəyişdi. Hazırda U15 və U17 komandalarının maliyyə problemi yoxdur – son beş ildə bizə böyük dəstək göstərilir. Bu gün əsas problemimiz zədələrdir. Amma nə həyatda, nə də idmanda çətinliklərsiz olmur".

Mütəxəssis 2025-ci ilin U15 yığması üçün çox uğurlu keçdiyini də vurğulayıb:

"Avropa çempionatına gedəndə bilirəm ki, ən azı ikinci yeri mütləq tutacağıq, birinciliyi isə yalnız bəxtimiz gətirməsə əldən verə bilərik. Ümumiyyətlə, mükafatçılar sırasına düşmək bizim üçün problem deyil. 2024-cü ildə dörd finalçımız və bir qızıl medalımız var idi. 2025-ci ildə isə artıq altı finalçı və iki qızıl medal qazandıq. Hər il nəticələrimizi yaxşılaşdırırıq".

Məşqçi uşaqları hansı yaşdan güləşə verməyin daha məqsədəuyğun olduğuna da toxunub:

"Biz həmişə məsləhət görürük ki, əvvəlcə uşaq gimnastika ilə məşğul olsun, bədəni elastikləşsin. Orqanizm hazır olandan sonra isə 9–10 yaşından güləşə başlamaq olar".

Onun sözlərinə görə, erkən yaşlarda uşaqları fiziki cəhətdən həddindən artıq yükləmək sağlamlığa zərər verə bilər:

"Uşaq güləşə yeni gələndə onu dərhal fəndlərə öyrətmək olmaz. Əvvəlcə onun necə yıxılıb-qalxdığına diqqət edirik. Bəzən idmançı tez ayağa qalxır – bu o deməkdir ki, düzgün çevrilməyi artıq bacarır. Uşaqlar ilk dəfə güləşəndə baxırıq ki, ayaqlara gedirmi. Əgər uşaq yalnız yuxarıdan işləyirsə, ona dayaq vəziyyətində sadə fəndlər göstəririk və ya yunan-Roma güləşinə yönləndiririk".

Namıq Quliyevin fikrincə, idmançının inkişafı müxtəlif dövrlərdə baş verə bilər:

"Bizdə belə bir ifadə var: o güləşmir, bədəni güləşir. Yəni uşaq nə etdiyini tam dərk etməsə də, onda alınır. Daha sonra fəndlər üzərində şüurlu şəkildə işləməyə başlayırıq. Nəticəni görəndə özünə inam yaranır və inkişaf sürətlənir. Bəzən istedad dərhal görünür, bəzən isə inkişaf müəyyən mərhələdə dayanır. Elə hallar da olur ki, uşaq uşaqlıqda heç seçilmir, amma sonradan açılır. Güləşdə hər şey gözləmək olar".

Baş məşqçi ilkin mərhələdə ən vacib məqamın uşağın idmanı və məşqçini sevməsi olduğunu xüsusi vurğulayıb:

"Əgər uşaq məşqçini sevirsə, ondan çox şey əldə etmək olar. Hətta əlavə iməciləri də cəza kimi yox, inkişafın bir hissəsi kimi qəbul edəcək. Amma idmana və məşqçiyə sevgi yoxdursa, uşaq bir ildən sonra zalı tərk edəcək. Mənim elə şagirdim var ki, mən zalda olmayanda ora heç daxil olmur. Məsələn, xəstə olanda".

Məşqçi valideynlərin idmançı karyerasındakı roluna da toxunub:

"Valideynlər uşağı həddindən artıq qorumağa çalışmamalıdır. O, özünü, güclü və zəif tərəflərini düzgün qiymətləndirməli, həmçinin məşqçinin tələblərini anlamalıdır. Bununla yanaşı, qidalanmaya xüsusi diqqət yetirmək çox vacibdir. Hər gün mütləq maye tərkibli qida qəbul edilməlidir. Güləşçilər tez-tez çəki salır və yenidən çəki yığırlar, mədə bu stresə hazır olmalıdır. Biz ildə təxminən 300 gün məşq edirik. Bir məşq zamanı idmançı 2 kiloqram çəki itirə, sonra isə yenidən bərpa edə bilər. İl ərzində bu, ümumilikdə təxminən 600 kq çəki itirilməsi və yığılması deməkdir".

Sonda Namıq Quliyev xaricdə çıxış edən azərbaycanlı güləşçilər mövzusuna da toxunub:

"Bizə kənardan idmançı dəvət etməyə ehtiyac yoxdur. Amma istərdim ki, başqa ölkələr adından çıxış edən azərbaycanlı güləşçilər orada məşqçi olsunlar və həmin ölkələrdə məşq edən gənc idmançılarımıza kömək etsinlər".

Foto: İslam Atakişiyev

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Bu gün, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Bu gün, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Bu gün, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Bu gün, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Bu gün, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Bu gün, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Bu gün, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Bu gün, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Bu gün, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
Dünən, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
Dünən, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Futbol
Dünən, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi;

Qarabağ FK
Dünən, 16:45

Azərbaycan Kubokunda 12‑0 qalibiyyətlə son 23 mövsümün ən böyük fərq rekordunu kəsdi

Cüdo
Dünən, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
Dünən, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
Dünən, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
Dünən, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Futbol
Dünən, 09:56

Neftçi – Sabah qarşılaşması Misli Premyer Liqasının 7-ci turunda Palms Sports Arena’da

Futbol
Dünən, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Dünən, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Dünən, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
08 oktyabr 2026, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
08 oktyabr 2026, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Oxşar xəbərlər