top
Mehriban Cəfərova: Qılıncoynatma, OVEP və gənclərin sağlam inkişafı - İDMAN.BİZ-ə MÜSAHİBƏ + FOTO Idman.biz
31 oktyabr 2025, 15:06
- ↺ +

Mehriban Cəfərova: Qılıncoynatma, OVEP və gənclərin sağlam inkişafı - İDMAN.BİZ-ə MÜSAHİBƏ + FOTO

O, həm müəllim, həm idman ustası, həm də gənclərin sağlam inkişafı uğrunda çalışan bir təlimçidir. Səbail rayonu M. Rəhim adına 7 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi və Azərbaycan Qılıncoynatma Federasiyasının məşqçisi Mehriban Cəfərova bu gün həm də OVEP təlimçisi kimi gənclərlə birgə fəaliyyət göstərir. Onun fikrincə, OVEP yalnız idman deyil, həm də əməkdaşlıq, dürüstlük və sağlam rəqabət dərsidir.

İdman.Biz Mehriban Cəfərova ilə idmanda motivasiyanın əhəmiyyəti, qardaşı ilə olan ortaq peşə maraqları və gənclərlə işləməyin incəlikləri barədə söhbətləşib.

– Qılıncoynatma ilə məşğul olmaq sizə ən çox nə hiss etdirir və sizi motivasiya edən nədir?

– Qılıncoynatma mənim üçün əvəzolunmaz bir idman növüdür. Əvvəllər hobbi kimi başladım, amma zaman keçdikcə bu idman mənim üçün bir həyat tərzinə çevrildi.

– Qardaşınız Etibar Cəfərov da qılıncoynatma ilə məşğuldur. İdmana olan bu ortaq sevgi sizi daha çox rəqib, yoxsa komanda yoldaşı edir?

– Mən idmana beşinci sinifdə oxuyarkən başlamışam. Bu idman növü mənim üçün çox maraqlı idi. Qardaşım məndən kiçik olsa da, onu da həvəsləndirdim. İkimiz də sovet dövründə yığma komandanın üzvü olmuşuq və idman ustası dərəcəsinə sahibik. Hazırda hər ikimiz məşqçiyik - mən həm müəllimə, həm də məşqçiyəm. Maraqlarımız ortaqdır, bu da bizi daha da yaxınlaşdırır. Qardaşım çox gözəl bir psixoloq və yaradıcı insandır. Onunla fəxr edirəm.

– Sizi tez–tez OVEP təlimləri ilə bağlı layihələrdə görürük. Bu təlimlər gənclərə nə qazandırır və onların inkişafına necə töhfə verir?

– OVEP - Olimpiya Dəyərlərinin Tədrisi Proqramıdır. Məqsəd - məktəblərdə Olimpiya təhsilini və dəyərlərini təbliğ etməkdir. Bu proqram gənclərə "hörmət", "dostluq" və "mükəmməllik" kimi olimpiya prinsiplərini aşılamağa xidmət edir. Əyləncəli və interaktiv idman oyunları vasitəsilə uşaqlar bu dəyərləri öyrənir və gündəlik həyatlarına tətbiq edirlər.

– Azyaşlı uşaqlarla işləmək çətin olsa da, çox maraqlıdır. Onlara dərs keçərkən ən çox nəyə diqqət yetirirsiniz və bu yaş qrupunu idmana necə həvəsləndirirsiniz?

– Bəli, azyaşlı uşaqlarla işləmək həm çətin, həm də çox maraqlıdır. Uşaqlar oyun və diqqət mərkəzində olmağı sevirlər. Ona görə də mən dərslərimdə maraqlı və hərəkətli oyunlardan istifadə edirəm. Bu, onların idmana olan marağını artırır. Qılıncoynatma həm intellektual, həm də çeviklik tələb edən bir idman növüdür. Mən uşaqlara daima deyirəm: bədən güclü olduqca ruh da güclənir. Sağlam bədən - sağlam ruhun açarıdır.

Yusif Sadıqlı
FOTO: İslam Atakişiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Oxşar xəbərlər