top
Medal qazanan güləşçilər təəssüratlarını bölüşdülər Sport24.az
22 may 2024, 00:38
- ↺ +

Medal qazanan güləşçilər təəssüratlarını bölüşdülər

U-23 Avropa çempionatının ikinci günündə ilk medalçılar müəyyənləşib.

Sport24.az xəbər verir ki, Azərbaycan millisinin üzvlərindən Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) qızıl, Rəşad Məmmədovla (55 kq) Laçın Vəliyev (87 kq) isə bürünc medal qazanıb.

Onlar həlledici görüşlərdən sonra öz çıxışları haqqında açıqlama veriblər.

Rəşad Məmmədov: "Bu, 23 yaşlılar arasında ilk beynəlxalq yarışım idi. Sevindirici haldır ki, paytaxtda keçirilən məsul sınaqda medalsız qalmadım. Məqsədim çempion olmaq idi. Amma hakimlərin bəzi məqamlarda yanlış qərarları buna mane oldu. Allah qoysa, qarşıdakı yarışlarda daha gözəl nəticələr qazanmağı düşünürəm".

Ziya Babaşov: "Yarış yaxşı keçdi. Qalib olmaq istəyirdim. Öz ölkəmizdə bayrağı yüksəltmək ayrı hissdir. Qələbəni ailəmə həsr edirəm. Hesabda geri idim. Amma bu taktika idi. Allaha çox şükür, istədiyim kimi oldu. Finalda həyacanlı idim. Bu üzdən yorğun görünə bilərdim. Parterdə xal qazanacağıma əmindim. Həlledici görüşdə yenilmək istəmirdim".

Xasay Həsənli: "Ardıcıl 3-cü dəfə finala çıxırdım. Bunlardan ikisində qalib olmuşdum. Keçən il isə U-23 Avropa və dünya çempionatlarında həlledici görüşdə moldovalı rəqibə uduzmuşdum. Finalda qarşılaşdığım türkiyəli güləşçiyə də 2 dəfə məğlub olmuşdum. Əvəz çıxmaq üçün ən gözəl yer "doğma divarlar" idi. Azarkeşlərin önündə istəyimə nail oldum. Yarışdan öncə bütün taktikanı bu 2 rəqibə görə qurmuşdum. Qələbəyə görə çox şadam. Üzərimdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Çempionluğu yeni doğulan bacım oğluna və hərbi xidmətdə olan ən yaxın dostum Elcan Məmmədova həsr edirəm. Finaldan öncə izünəinam güclü idi. Revanş hissi ilə alışıb yanırdım. Arzum budur ki, böyüklərdə də yüksək nəticələr qazanım. Məşqləri daha da artıracağam".

Laçın Vəliyev: "Əslində finalda güləşməliydim. Ancaq bəzi səhvlərə görə buna nail ola bilmədim. Allaha şükürlər olsun, bürünc medal uğrunda görüşdə fürsəti qaçırmadım. Öz üzərimdə daha çox çalışıb, dünya çempionatında qalib olmağı hədəfləmişəm".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Oxşar xəbərlər