top
Mariya Stadnik yarımfinalda Sport24.az
10 may 2024, 19:00
- ↺ +

Mariya Stadnik yarımfinalda

Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə Dünya Olimpiya Təsnifat Turniri davam edir.

Sport24.az xəbər verir ki, yarışın ikinci günündə qadın güləşçilər mübarizəyə başlayıb.

Azərbaycan millisinin 5 üzvü də xalça üzərinə çıxıb. Paris-2024-ə hələ vəsiqə qazanmayan qadın millimizin lideri Mariya Stadnik iki qələbə qazanmaqla yarımfinala adlayıb. O, Olimpiadaya vəsiqə verəcək qarşılaşmaya günün ikinci yarısında çıxacaq.

Digər güləşçilərimizdən üçü təsnifat, biri 1/8 finalda uduzub. Onların rəqibləri də növbəti mərhələlərdə uduzduqlarından təmsilçilərimiz lisenziya şansını itiriblər.

Qadın güləşi
50 kq

Olimpiadaların dördqat mükafatçısı Mariya Stadnik yarışa 1/8 finaldan başlayıb. O, ilk qarşılaşmasında Menq Hsiehə (Çin Taypeyi) tam üstünlüklə (11:0) qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Stadnik bu mərhələni də tam üstünlüklə (11:0) aktivinə yazıb. O, Violetta Çiriki (AİN) məğlub edərək yarımfinala vəsiqə qazanıb. O, Fransa paytaxtına vəsiqə uğrunda görüşdə KXDR təmsilçisi Son Hyanq Kimlə qarşılaşacaq.

53 kq
Təsnifat mərhələsində xalçaya çıxan Gültəkin Şirinova Laura Avila (Kuba) ilə üz-üzə gəlib. Görüş rəqibin 18:8 hesablı qələbəsi ilə yekunlaşıb.

57 kq
Alyona Kolesnikin təsnifat mərhələsindəki rəqibi Ramona Qalambos (Macarıstan) olub. O, startda 1:4 hesablı məğlubiyyətə üzülüb.

62 kq
Təsnifat mərhələsindən yarışa start verən Ruzanna Məmmədova Anastasiya Qriqoryeva (Latviya) ilə güləşib. O, "tuş"la qalib gələrək 1/8 finala yüksəlib. Lakin Məmmədova bu mərhələdə çinli Jia Lonqa 1:7 hesabı ilə məğlub olub.

68 kq
Elis Manolova təsnifat mərhələsində Nikol Parradoya (Kolumbiya) 2:10 hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına sərbəst güləşdə 6, yunan-Roma güləşində 5 lisenziya qazanıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
Dünən, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
Dünən, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
Dünən, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
Dünən, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
Dünən, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
Dünən, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər