top
Lənkəranda keçirilən güləş festivalı - FOTO Idman.biz
10 iyun 2026, 20:15
- +

Lənkəranda keçirilən güləş festivalı - FOTO

Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Lənkəran şəhərində yerləşən Heydər Əliyev Xatirə Parkında güləş festivalı keçirilib.

İdman.Biz xəbər verir ki, tədbir güləşin təbliği və təşviqi, sağlam həyat tərzinin aşılanması, uşaqların və gənclərin idmana marağının artırılması məqsədilə təşkil olunub.

Tədbirdə AGF-nin baş katibi Pərvin Piriyev, baş katibin müavini Aydan Məmmədhəsənova, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, AGF-nin vitse-prezidenti Namiq Abdullayev, yunan-Roma güləşi üzrə ikiqat olimpiya mükafatçısı, dünya və Avropa çempionu, milli komandanın məşqçisi Rövşən Bayramov, olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev, yunan-Roma güləşi üzrə dünya və Avropa mükafatçısı, U15 milli komandasının böyük məşqçisi Taleh Məmmədov, sərbəst güləş üzrə Avropa çempionu, U15 milli komandasının məşqçisi Əliabbas Rzazadə və digər rəsmi şəxslər iştirak ediblər.

Festival çərçivəsində açıq havada qurulmuş güləş xalçasında Cənub bölgəsinin yeniyetmə və gənc güləşçiləri üçün ustad dərsləri təşkil olunub. Tanınmış idmançılar və məşqçilər iştirakçılarla öz təcrübələrini bölüşərək müxtəlif fəndləri nümayiş etdiriblər.

Tədbir iştirakçıları üçün maraqlı və əyləncəli proqram da hazırlanıb. Festival zamanı müxtəlif idman və əyləncə müsabiqələri keçirilib, "faceart" zonası fəaliyyət göstərib. Yerli sakinlər və gənc idmançılar məşhur güləşçilərlə görüşmək, onlardan avtoqraf almaq və xatirə şəkilləri çəkdirmək imkanı əldə ediblər.

Maraqla qarşılanan festival güləşin daha geniş auditoriyaya tanıdılması, sağlam həyat tərzinin təbliği və regionlarda idman fəallığının artırılması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilib.

Qeyd edək ki, gələcəkdə ölkənin digər bölgələrində də analoji tədbirlərin təşkili nəzərdə tutulur.

Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 16:23

Qarabağ" FK Avropa Liqasına hazırdır - "Vestri" ilə oyuna ıslandiyaya yollanıb

Boks
Bu gün, 16:17

Azərbaycan boksçuları Qoridə keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaqlar

Digər
Bu gün, 16:11

Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaq

Digər
Bu gün, 16:00

Xankəndi şəhər stadionunun təmirinə 2.1 milyon manat ayrılıb

Futbol
Bu gün, 15:45

"Xankəndi" futbol klubu üç futbolçu ilə yollarını ayırıb

Futbol
Bu gün, 15:40

İspaniya məşqçisi: Fransanı dayandırmağın yolunu tapıb

Futbol
Bu gün, 15:20

"Barselona" 2027/28 mövsümündə "Kamp Nou"da oynamayacaq

Basketbol
Bu gün, 15:10

Azərbaycanda gənc basketbol hakimləri üçün təlim-seminar keçirilib

Qarabağ FK
Bu gün, 15:00

„Real“ Tibo Kurtua ilə mərhələ uzatmaq istəyir

Futbol
Bu gün, 14:40

Liverpul yeni məşqçisi transfer planları barədə danışdı

Qarabağ FK
Bu gün, 14:32

„Qarabağ” azarkeşlərinə müraciət edib

Futbol
Bu gün, 14:25

Prezident Ançelottiyə robot ilə müqavilə təklif edib

Güləş
Bu gün, 14:04

Mingəçevirdə 5-ci “Kürü keçək?! ” açıq suda kütləvi üzmə yarışı

Futbol
Bu gün, 14:00

Bayıl stadionu yenidənqurulur və uşaq və gənclər futboluna uyğunlaşdırılır

Futbol
Bu gün, 13:26

DÇ-2026: Yarımfinal matçları başlanğıcını alır

Futbol
Bu gün, 13:26

DÇ-2026: Fransa və İspaniya yarımfinalda üzləşəcək

Futbol
Bu gün, 13:20

Argentina İngiltərə ilə oyun üçün 20 il əvvəlki mavi formasını geyəcək

Digər
Bu gün, 13:07

Azərbaycanda bilyard üzrə dünya çempionatını keçirmək istəyirik

Futbol
Bu gün, 12:40

Əl-Əhli Fransişku Trinkaonu transfer edib

Futbol
Bu gün, 12:22

Norveçli futbolçu kralın qəbuluna başmaqla gedib

Futbol
Bu gün, 12:22

Norveç futbolçusu Yulian Ryerson kralın qəbuluna başmaqla gedib

Futbol
Bu gün, 12:07

„Şəfa“nın legioneri mövsümə hazırlıqdan danışdı

Futbol
Bu gün, 11:40

Aston Villa Dinyeyə əvəzləyici axtarır

Basketbol
Bu gün, 11:22

Azərbaycanın gənclər basketbol millisi İrlandiya ilə qarşılaşacaq

Oxşar xəbərlər