top
Jalə Əliyeva: Qızıl medal üçün bəzi detallar çatışmırdı, amma hər məğlubiyyət mənə dərs oldu Idman.biz
29 dekabr 2025, 12:00
- ↺ +

Jalə Əliyeva: Qızıl medal üçün bəzi detallar çatışmırdı, amma hər məğlubiyyət mənə dərs oldu

Ötən il, şübhəsiz ki, Jalə Əliyevanın karyerasında ən uğurlu il olub. Əslən Gəncədən olan 24 yaşlı idmançı qadın güləşi üzrə Avropa Çempionatında və İslam Oyunlarında bürünc medal qazanıb. Onun uğurunun zirvəsi isə Azərbaycanda 2025-ci ilin ən yaxşı qadın idmançısı seçilməsi olub.

İdman.Biz oxuculara idman ilinin qəhrəmanı ilə müsahibəni təqdim edir.

-İlin qadın idmançısı seçiləcəyinizi gözləyirdiniz?

-Hədəfim hər zaman öz üzərimdə çalışmaq və ən yaxşı nəticəni göstərmək olub. İlin ən yaxşı idmançısı seçiləcəyimi düşünmürdüm, bunun üçün var gücümlə çalışmışdım. Bu mükafat mənim üçün həm böyük sevinc, həm də gələcək uğurlar üçün əlavə məsuliyyətdir. Bu uğurda federasiyamızın yaxından dəstəyi də böyük rol oynadı. İlboyu keçdiyimiz yüksək səviyyəli təlim-məşq toplanışları, həssaslıqla həyata keçirilən bərpa prosesi - bütün bunlar yarışlarda uğurlu çıxışıma və sonda ilin idmançısı seçilməyimə kömək oldu.

-Əlinizdə imkan olsaydı, bu nominasiyada kimi seçərdiniz?

-Buna müxtəlif aspektlərdən baxmaq və müxtəlif normativlərlə dəyərləndirmək olar. Hesab edirəm ki, istər bizim millinin heyətində, istərsə də başqa idman növlərində kifayət qədər güclü qadınlar var ki, onları da ilin ən yaxşısı seçmək olardı. Konkretləşdirə bilmərəm.

-Doğma şəhəriniz Gəncədə kifayət qədər tanınırsınız? Bunun hər hansı imtiyazı olubmu?

-Bəli, Gəncədə idman sahəsində müəyyən qədər tanınıram. Yarışlar, nailiyyətlər və fəaliyyətim insanlara tanışdır. Bu da mənə əlavə məsuliyyət və motivasiya verir. Mən Gəncədə doqquz yaşımdan məşq edirəm. Bu illər ərzində buradakı hər künc, hər zal mənim üçün bir mərhələ olub. İnsanlar da buna şahiddir. Hətta deyirlər ki, "Gəncədə gəlib zal açsan, mütləq gələrik!" Bu sözlər mənim üçün təkcə dəstək deyil, həm də illərlə çəkdiyim zəhmətin dəyərini hiss etməkdir.

-Avropa çempionatında gümüş və bürünc medal əldə etmisiniz. Qızıl medal qazanmaq üçün hər dəfə nə çatışmır? 2026-da titul qazanmaq mümkün olacaqmı?

-Avropa çempionatlarında mükafatçı olmaq böyük nailiyyətdir, amma etiraf edim ki, hər dəfə qızıl medal üçün çox yaxın olsam da, bəzi detallar çatışmırdı. Bəzən bir anlıq diqqət itkisi, bəzən psixoloji gərginlik, bəzən də zədələrin təsiri ilə titul qazana bilməmişəm. Yarış öncəsi hazırlıq prosesində hər şey ideal getsə də, xalçaya çıxanda ən kiçik detal belə nəticəyə təsir edə bilir. Amma hər məğlubiyyət mənə dərs oldu, təcrübə qazandırdı və inanıram ki, o qızıl da gələcək. Sadəcə zaman və daha da güclü inam lazımdır. 2026-cı ildə qızıl medal qazanmaq üçün əzmlə çalışıram və inanıram ki, vaxtı gəldikdə bu uğur mənim olacaq.

-İslam Həmrəyliyi Oyunlarında iki dəfə qalib gəlmisiz. Hansı çempionluq daha çətin alındı?

-İkinci uğur daha çətin oldu, çünki bu il zədələrlə çox mübarizə apardım. Bu, həm fiziki, həm də psixoloji baxımdan böyük sınaq idi. Amma iradəmdən və əzmkarlığımdan heç vaxt vaz keçmədim.

-Qadın güləşçilərin çəkisalma prosesində çox çəki salması problem yaradır. Qadın idmançı kimi bu proseslə bağlı hansı məsləhətlər verə bilərsiniz?

-Bəli, ən önəmlisi çox sürətli və böyük həcmdə çəki salmamaqdır. Çünki sürətli çəki itkisi insan sağlamlığına zərər verə, enerji itkisinə və performans düşüşünə səbəb ola bilər. Həftədə 1-2 kq, tədricən və sağlam şəkildə arıqlamaq daha faydalıdır. Bu, həm idman formamı qoruyar, həm də bədənə stress yaratmaz.

-Yeni ili necə və kimlərlə keçirməyi planlaşdırırsınız?

-Yeni ili ailəmlə birlikdə keçirəcəyəm. Bu il bayram bizim üçün daha da mənalıdır, çünki qardaşım hərbi xidmətə yollanır. Onu yola salmazdan əvvəl ailə olaraq bir arada olmaq, birlik və qürur hissini yaşamaq bizim üçün çox önəmlidir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 05:16

Norris: Çempionluq mübarizəsi üçün hələ tam hazır deyilik

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Oxşar xəbərlər