top
İsveçrə səfiri Azərbaycan güləşçiləri ilə əməkdaşlığın perspektivlərindən danışıb Report.az
09 oktyabr 2025, 15:55
- ↺ +

İsveçrə səfiri Azərbaycan güləşçiləri ilə əməkdaşlığın perspektivlərindən danışıb

Azərbaycan güləş ölkəsidir.

Bunu "Report"a açıqlamasında İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tomas Ştəli deyib.

O, İsveçrənin ənənəvi "Schwingen" güləş növü ilə məşğul olan idmançıların "İsveçrə Günləri 2025" çərçivəsində Bakıya səfəri ilə bağlı fikirlərini bölüşüb:

"Mən Bakıya gələndən sonra idman sahəsində nəsə etmək fikrim var idi. Sonra düşündüm ki, İsveçrə güləşçilərini Azərbaycana gətirim. Niyə məhz İsveçrə güləşi? Çünki bu, bizim milli idman növüdür. Gücə və hörmətə əsaslanır. Bu, İsveçrənin ruhunu və dəyərlərini ifadə edən bir idman növüdür. Azərbaycan güləş ölkəsidir. Bu idman növündə böyük ənənəniz var. Ona görə indi İsveçrə nümayəndə heyətinin burada olması, onların birlikdə məşq etmələri məni çox sevindirir".

Səfir həftəsonu sakinləri Bakı Bulvarındakı tədbirə dəvət edib:

"Burada idmançılar İsveçrə güləşini nümayiş etdirəcəklər, azərbaycanlı pəhləvanlarla birgə güləşəcəklər. Mən bütün Bakı sakinlərini "İsveçrə günləri" çərçivəsində keçiriləcək tədbirə və bu güləşçilərin çıxışını izləməyə dəvət edirəm".

Tomas Ştəli Azərbaycan güləşçilərinin də İsveçrəyə səfər edə biləcəyini deyib:

"Mən bunu gələcək əməkdaşlığın başlanğıcı kimi görürəm. Artıq iki federasiya arasında müəyyən təmaslar olub və bu əlaqələri rəsmiləşdirib birgə təlim-məşq toplanışları keçirmək ideyası var. Yəni İsveçrə güləşçiləri gəlib burada məşq edə bilərlər, yaxud azərbaycanlı güləşçilər İsveçrəyə gedib orada hazırlıq keçə bilərlər. Mənim üçün idman sahəsində əməkdaşlıq çox önəmlidir. Burada böyük potensial var. Sizdə möhtəşəm idman infrastrukturu mövcuddur. Bu, yalnız güləşlə məhdudlaşmaya, digər idman növlərinə də şamil oluna bilər və bu istiqaməti inkişaf etdirmək istəyirəm. Bu mövzuda gənclər və idman naziri Fərid Qayıbovla da fikir mübadiləsi aparmışam və biz eyni fikirdəyik. Gələn il xüsusilə İsveçrə idmançılarını bura gətirib birgə təlimlər təşkil etmək üçün çalışacağıq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər