top
İslam Bazarqanov finalda, Hacıyev isə bürünc medal uğrunda mübarizə aparacaq - YENİLƏNİB + VİDEO Idman.biz
24 aprel 2026, 19:39
- ↺ +

İslam Bazarqanov finalda, Hacıyev isə bürünc medal uğrunda mübarizə aparacaq - YENİLƏNİB + VİDEO

Cəbrayıl Hacıyev (79) yarımfinalda belaruslu olimpiya və Avropa mükafatçısı Maqamedxabib Kadimaqamedova 1:5 hesabıyla məğlub oldu və sabah bürünc medal uğrunda güləşəcək.

18:59

Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov (57 kq) gürcüstanlı Roberti Dinqaşviliyə tam üstünlüklə (11:1) qalib gələrək Avropa çempionatının finalına yüksəldi.

15:24

Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov (57 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında uğurlu çıxış edib.

İdman.Biz xəbər verir ki, idmançımız belaruslu Aryan Tiutrinə (UWW) 9:4 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Güləşçimiz Cəbrayıl Hacıyev (79 kq) də yarımfinal mərhələsində mübarizə aparacaq.

Digər təmsilçimiz Kənan Heybətov (70 kq) isə 1/4 finalda ukraynalı Oleksey Borutaya 2:7 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov (57 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının yarımfinalında Gürcüstan təmsilçisi Roberti Dinqaşvili ilə qarşılaşacaq.

Digər təmsilçimiz Cəbrayıl Hacıyev (79 kq) isə eyni mərhələdə Maqamedxabib Kadimaqamedov (UWW) ilə üz-üzə gələcək.

Avropa çempionatının yarımfinal qarşılaşmaları yerli vaxtla saat 18:45-də İctimai TV-də yayımlanacaq. Yarış aprelin 26-da başa çatacaq.

14:51

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev (79 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında uğurlu çıxış edib.

İdman.Biz xəbər verir ki, idmançımız slovakiyalı Avropa çempionu və dünya mükafatçısı Axsarbek Qulayevə 7:2 hesabı ilə qalib gələrək yarımfinal mərhələsinə yüksəlib.

Digər təmsilçimiz Rəşid Babazadə (65 kq) isə 1/4 finalda rusiyalı Bəşir Maqomedova 2:7 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

14:08

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov (97 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında mübarizə aparıb.

İdman.Biz xəbər verir ki, idmançımız təsnifat mərhələsində Gürcüstanın olimpiya və dünya mükafatçısı, üçqat Avropa çempionu Givi Matçaraşviliyə 2:3 hesabı ilə məğlub olub.

Avropa çempionatı aprelin 26-da başa çatacaq.

13:11

Azərbaycanın sərbəst güləşçisi Rəşid Babazadə (65 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, idmançımız Almaniya təmsilçisi Niko Megerleyə 3:1 hesabı ilə qalib gəlib.

Beləliklə, R.Babazadə 1/4 final mərhələsinə yüksəlib.

Avropa çempionatı aprelin 26-da başa çatacaq.

09:19

Bu gün Azərbaycanın beş sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında mübarizəyə başlıyacaq.

İdman.Biz xəbər verir ki, İslam Bazarqanov (57 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Hacıyev (79 kq) və Osman Nurmaqomedov (97 kq) xalça üzərinə çıxaraq qüvvələrini sınayacaqlar.

Eyni zamanda, gün ərzində Azərbaycanın daha üç qadın güləşçisi də bürünc medal uğrunda qarşılaşmalara çıxacaq. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova Avropa çempionatında üçüncü yer uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Azərbaycanın yunan-Roma güləşi millisi komanda hesabında birinci olub. Qadınlardan isə Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Oxşar xəbərlər