top
Həsrət Cəfərov: “Ona qalib gəlmək asan olmadı” İdman.biz
11 iyun 2024, 10:02
- ↺ +

Həsrət Cəfərov: “Ona qalib gəlmək asan olmadı”

"Bu yarışda fərqli çəkidə güləşdim".

Bunu İdman.bizə Azərbaycan millisinin yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.

O, Macarıstanın paytaxtı Budapeştə keçirilən reytinq turnirindəki çempionluğunu şərh edib. 67 kq-da deyil, 72 kq-da xalçaya çıxan Cəfərovun sözlərinə görə, yarış onun üçün çətin keçib: "Bu da rəqiblərimin çəkisinin məndən çox olması səbəbindən idi. Xüsusilə də gürcü idmançı yetəri qədər güclü idi. Ona qalib gəlmək asan olmadı. Amma şükürlər olsun ki, onu və ardınca misirli güləşçini məğlub edərək qızıl medal qazandım. Heç vaxt hansısa yarışa özümdən razı yollanmamışam. Qələbə qazanacağıma isə inanırdım".

O bildirib ki, bundan sonra əsas hədəfi iştirak edəcəyi Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır: "Göygöldə 14 günlük təlim-məşq toplanışında olacağıq. Burada həm fiziki, həm də taktiki baxımdan hazırlıq keçəcəyik. Əlimdən gələni edəcəm ki, ilin əsas yarışından da çempion kimi qayıdım".

Qeyd edək ki, ikiqat Avropa çempionu yarışın ilk mərhələsində iranlı Seyid Söhrabiyə 12:6, ikinci döyüşdə isə macarıstanlı Kristofer Klanyiyə 7:0 hesabları ilə qalib gəlib. O, yarımfinalda gürcüstanlı Olimpiya mükafatçısı və Avropa çempionu Şmaqi Bolkvadzeni də mübarizədən kənarlaşdırıb (7:1). Həsrət finalda misirli Mustafa Alameldinə qalib gələrək, birinci yeri tutub.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
Bu gün, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
Bu gün, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
Bu gün, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
Bu gün, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
Bu gün, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
Bu gün, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
Dünən, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
Dünən, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
Dünən, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
Dünən, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
Dünən, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
Dünən, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
Dünən, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
Dünən, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
Dünən, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
Dünən, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
Dünən, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
Dünən, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
Dünən, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
Dünən, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
Dünən, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Dünən, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
Dünən, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər