top
Həsən Əliyev: “Parisdə 5 lisenziyaçımızın 5-i də medal qazana bilər” İdman.biz
10 may 2024, 10:43
- ↺ +

Həsən Əliyev: “Parisdə 5 lisenziyaçımızın 5-i də medal qazana bilər”

"Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirindən fərqli, idmançılarımız İstanbulda yaxşı nəticə qazandılar".

Bunu İdman.bizə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsən Əliyev deyib.

O, İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində lisenziya əldə edən "klassiklər"imizin çıxışını dəyərləndirib. Əliyev bildirib ki, turnirin bu cür olacağı gözlənilən idi: "Əvəzlədiyimiz güləşçilər özlərini yaxşı tərəfdən göstərdilər. Heyətdə Murad Əhmədiyevdən (97 kq) başqa, hər kəsi dəyişmişdik və bu da gözləntilərimizi doğrultdu. Bundan sonra artıq Olimpiya oyunlarına yaxşı hazırlaşıb, orada da medal qazanmaq lazımdır. Murad da lisenziyanı təmin edə bilərdi. Lakin bir xırda səhvi onu vəsiqədən məhrum etdi. Murad gənc güləşçidir və bu, normalıdır. Yəni kifayət qədər təcrübəsi yoxdur. O, özünü yeni-yeni göstərəməyə başlayıb. İnanıram ki, üzərində işləyib təcrübə toplasa, gələcəkdə iştirak edəcəyi yarışlarda kifayət qədər nəticə verə bilər. Qalan güləşçilərimiz isə sözün əsl mənasında, yaxşı vuruşdular və bizi sevindirdilər".

Çalışdırıcı bildirib ki, növbəti hədəf Bakıda mayın 20-də start götürəcək U-23 Avropa çempionatı, ardınca Paris-2024-də yaxşı nəticə əldə etməkdir: "Bu yarış bizim üçün çox vacibdir. Əlimizdən gələni edib özümüzü göstərməyə çalışacağıq. Daha sonra Paris-2024 Yay Olimpiya Oyunlarına köklənəcəyik. Olimpiadada 5 lisenziyaçımızın 5-i də medal qazana bilər. Bunu tam səmimiyyətimlə deyirəm. Çünki hər biri fəxri kürsüyə yüksəlmək gücündədir. Çalışacağıq ki, hər bir lisenziyada medalı təmin edək. Əsas odur ki, zədə problemi ilə qarşılaşmayaq. Parisdə güləşçilərimizin bizi sevindirəcəyinə inanıram".

Qeyd edək ki, İstanbulda yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. Onlar öncə Həsrət Cəfərovla (67 kq) Sənan Süleymanov (77 kq) da bu hüquqa yiyələnib.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Oxşar xəbərlər