top
Hacı Əliyev: Məqsədimiz Azərbaycan güləşini legioner olmadan yüksəklərə qaldırmaqdır Idman.biz
09 iyun 2026, 12:42
- ↺ +

Hacı Əliyev: "Məqsədimiz Azərbaycan güləşini legioner olmadan yüksəklərə qaldırmaqdır"

"Sözsüz ki, güləşdə çox titullar və nəticələr əldə etmişəm. Çoxları həmişə mənə deyirdi ki, niyə böyüklərlə işləmirsən? İndi də deyirlər niyə yeniyetmələr?.. Mənim üçün fərqi yoxdur. Hər birimiz güləş və onun inkişafı naminə çalışırıq. Məqsədimiz Azərbaycan güləşini legioner olmadan, sırf yerli idmançılar hesabına yüksəklərə qaldırmaqdır".

Bunu güləş üzrə U-17 milli komandasının böyük məşqçisi vəzifəsinə təyin olunan Hacı Əliyev deyib.

Sərbəst güləş üzrə 3 qat dünya və 4 qat Avropa çempionu, ikiqat olimpiya mükafatçısı yeni təyinatı barədə danışıb.

"Bilirsiniz, ilk dəfədir məşqçilik fəaliyyətinə başlayıram. Bu sahə elədir ki, nə qədər uğurlu idmançı, dünya və ya olimpiya çempionu olsan da, tamamilə fərqli məsuliyyət tələb edir. Əsas yığmada kifayət qədər dəyərli mütəxəssislər fəaliyyət göstərirlər. İnanıram ki, Şərif Şərifov, Arif Abdullayev və digər tanınmış məşqçilərlə gələcəkdə birgə işləmək üçün əvvəlcə müəyyən təcrübə toplamaq lazımdır. Buna görə də düşündüm ki, yeniyetmələrdə təcrübə yığım, sonra yavaş-yavaş, böyüklərin yığmasına üz tutaram. Hazırda əsas komandanın məşqçilərinin 2028-ci il Olimpiya Oyunlarınadək müqavilələri qüvvədədir. Biz də aşağı yaş qruplarında uğurlu çıxış edib fəaliyyətimizlə hamını sevindirməyə çalışacağıq. Qismət olsa, gələcəkdə daha yüksək pillələrdə işləyərik", - deyə o, teleqraf.az-a açıqlamasında söyləyib.

35 yaşlı mütəxəssis qarşıya qoyulan hədəflərdən də söz açıb:

"Məqsədimiz Azərbaycan güləşi üçün yaxşı çempionlar, sağlam gənclər yetişdirməkdir. Yeniyetmə yaş qrupu, bilirsiniz, ən çətin yaş qruplarından biridir. Çünki bu yaşlarda uşaqları düzgün istiqamətləndirmək lazımdır. U-17 həm ən vacib, həm də ən çətin yaş qrupudur. Mən və köməkçilərim çalışacağıq ki, Azərbaycan güləşinə yeni çempionlar qazandıraq. Onların düzgün tərbiyə alması, yaxşı davranış nümayiş etdirməsi və gələcək hədəflərinin formalaşması istiqamətində də iş aparacağıq ki, sağlam gənclər yetişdirək. Qarşıda Bakıda yeniyetmələr arasında dünya çempionatı keçiriləcək. Çalışacağıq ki, yarışda uğurlu nəticələr əldə edək".

Əliyev məşqçilər korpusunda daha əvvəl yer alan Allahverdi Vəliyev və Yaşar Əliyevlə yanaşı, şəxsi məşqçisi Qırxlar Bədəlovun da komandaya cəlb olunmasına münasibət bildirib:

"Qırxlar müəllim 30 ilə yaxındır məşqçiliklə məşğuldur. Buna baxmayaraq, ilk dəfədir milli komandada fəaliyyət göstərəcək. Həm mənim yetişməyimdəki roluna, həm də qazandığı nailiyyətlərə görə onun bu kollektivdə yer almasını istədim. Üç nəfərlik heyət formalaşdırmışıq və hesab edirəm ki, vahid komanda kimi daha uğurlu nəticələr əldə edə bilərik. Hər şeyi sübut edəcəyik".

Qeyd edək ki, Hacı Əliyev Paris-2024 Yay Olimpiya Oyunlarından sonra peşəkar idman karyerasını başa vurub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Dünən, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Oxşar xəbərlər