top
Günay Qurbanova: Dünya çempionatında revanş almaq və gedişatı dəyişmək istəyirəm Idman.biz
31 oktyabr 2025, 11:30
- ↺ +

Günay Qurbanova: Dünya çempionatında revanş almaq və gedişatı dəyişmək istəyirəm

Günay Qurbanova Azərbaycanın qadın sərbəst güləşinin parlmaqda olan ulduzdur. 18 yaşlı idmançı gənclər arasında keçirilən dünya çempionatında (U-23) qadın yığmamızın yeganə medalçısı olaraq bürünc medal əldə edib.

Hər iki valideyni azərbaycanlı olsa da, Günay Ukraynada böyüyüb. 2022-ci ildə o, Azərbaycana köçərək peşəkar karyerasına başlayıb və ailə ənənəsini davam etdirib. Onun bacısı Leyla Qurbanova sərbəst güləş üzrə İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibidir və uzun illər Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edib.

Günay Qurbanova İdman.Biz-ə müsahibəsində dünya çempionatındakı çıxışından, idman karyerası və gələcək planları barədə danışıb.

- Gənclər arasında dünya çempionatındakı çıxışınızı necə qiymətləndirirsiniz?

- Düzünü desəm, nəticə ilə tam razı qalmadım. Yarışa "qızıl" üçün getmişdim, amma tale fərqli qərar verdi - bu dəfə "bürünc" qismət oldu. Təəssüf ki, yarımfinalın son saniyələrində rəqibə iki xal verdim, özüm də anlamadım, bu necə baş verdi. Bəlkə bir az arxayınlaşdım. Səhvlərim var, onlar üzərində işləməliyəm. Təcrübə çatmadığını da demək olar. Digər görüşlər isə sabit keçdi, çox çətin olmadı.

- Final görüşünə qədər qadın yığmamızdan heç kim medal qazana bilməmişdi…

- Bəli. Bu fakt mənə əlavə məsuliyyət yüklədi. Anlayırdım ki, bütün ümidlər məndədir. Digər tərəfdən, bu, final görüşündə qələbəyə daha çox motivasiya verdi. Komanda üçün medal qazandığıma çox sevindim.

- Qazandığınız bu bürünc medal sizin üçün digər medallarınızla müqayisədə hansı yeri tutur?

- Bu medal mənim üçün indiyədək ən dəyərlidir. Çünki bu, ilk böyüklər səviyyəsində startımdır və mənim üçün çox önəmlidir.

- Güləşə gəlişiniz necə olub?

- Biz idman ailəsiyik. Bacım Leyla güləşlə peşəkar səviyyədə məşğul olub. Onu bu idman növünə atam yönəldib. Atam da gəncliyində cüdo ilə məşğul olub. Ona görə idman həmişə həyatımızın bir hissəsi olub. Uşaqlıqda üzgüçülüklə də məşğul olmuşam, amma zamanla bacımın yolunu davam etdirmək istədim.

Güləşə Ukraynada başlamışam, o vaxt bunu daha çox hobbi kimi qəbul edirdim. Amma Azərbaycana köçdükdən sonra tam şəkildə bu sahəyə yönəldim. Məşqçim Toğrul Əsgərovla işləməyə başladım və məhz o zaman güləşə qarşı həqiqi sevgi yarandı, bu idman növü ilə həyatımı bağlamaq istədiyimi anladım.

- Heç atanızdan soruşmusunuzmu, niyə bacınızı məhz güləşə yazdırıb?

- Açığı, maraqlanmamışam. Bildiyim qədərilə, bacımı sadəcə sınaq üçün güləş seksiyasına aparıb. Ona xoş gəlib və hər şey belə başlayıb.

- Bacınız artıq bu idmanda uğur qazanmışkən sizin üçün bu sahəyə gəlmək çətin olmadımı?

- Əslində, bu fakt mənə heç bir təzyiq yaratmadı. Çünki əvvəlcə sadəcə özüm üçün, həvəskarcasına məşğul olurdum. Ailəm hər zaman məni dəstəkləyib. Azərbaycana gələndə belə güləşi hələ də hobbi kimi görürdüm, baxmayaraq ki, daxilən həmişə peşəkar karyera arzusunda idim. Sonralar başa düşdüm ki, mənim peşəkar səviyyədə özümü göstərmək imkanım var. Amma bu qədər irəliləyəcəyimi gözləmirdim. Məşqçim məni gördü və məndə başqalarının fərq etmədiyi potensialı hiss etdi.

- Bacınız sizə hansı əsas məsləhəti verib?

- Bacım mənim üçün əsl nümunədir. Yola çıxanda ilk olaraq ona, sonra məşqçimə bənzəməyə çalışırdım. O, karyerasını başa vursa da, hələ də tez-tez güləş haqqında danışırıq. Bilirəm ki, hər zaman ondan məsləhət ala bilərəm. O, mənə öyrədib ki, bu idmanda uğur yalnız ağır zəhmətlə mümkündür. Əmək olmadan nəticə olmaz.

- Siz yaxınlarda məktəbi bitirmisiniz. Dərsləri və məşqləri necə uzlaşdırırdınız?

- Heç cür (gülür). O vaxt da, indi də bütün diqqətimi idmana yönəltmişəm. Ailəmizdə qərar qəti idi - bütün gücümüzü güləşə həsr etdik.

- Sizə "güləş qızlar üçün deyil" kimi sözlər deyən olubmu?

- Mən belə fikirlərlə rastlaşmamışam, amma bilirəm ki, bəzi qızlar bu cür sözlər eşidiblər. Bu, təəssüf doğurur, çünki qadın güləşi bütün dünyada inkişaf edir. "Güləş qızları kişiləşdirir" düşüncəsi isə sadəcə stereotipdir. Mən bu idmana başlayanda belə fikirlər heç ağlıma da gəlmirdi. Güləş çox gözəl idman növüdür - sağlamlığı möhkəmləndirir, xarakteri bərkidir və insanı intizamlı edir. Fiziki gücümü isə yalnız xalça üzərində istifadə edirəm, gündəlik həyatda ona heç vaxt ehtiyacım olmayıb.

- Qadın yığmasında münasibətlər necədir? Bir-birinizi dəstəkləyirsiniz, yoxsa daha çox rəqabət var?

- Rəqabət, təbii ki, var, xüsusilə eyni çəki dərəcəsindəki idmançılar arasında. Amma ümumilikdə biz mehriban komandayıq, bir-birimizi dəstəkləyirik və yaxşı münasibət saxlayırıq.

- Güləşdən başqa nəyəsə marağınız varmı?

- Hazırda yox. Tamamilə sərbəst güləşə köklənmişəm və bu idmanla yaşayıram.

- Bəs istirahəti necə, sevirsiniz?

- Boş vaxtım çox az olur. Olanda isə onu yaxınlarım və dostlarımla keçirməyi sevirəm. Ümumiyyətlə, sakit təbiətli insanam, evdə qalmağı, uzanıb maraqlı nəsə izləməyi xoşlayıram.

- İdmanla bağlı məqsədləriniz nələrdir?

- Adətən planlarımı paylaşmağı sevmirəm, amma deyə bilərəm ki, əsas məqsədim arzuladığım nəticəyə çatana qədər mübarizəni dayandırmamaqdır - bunun nə qədər vaxt aparmasından asılı olmayaraq. Məncə, yaşın fərqi yoxdur. Bütün peşəkar idmançıların arzusu eynidir - birinci növbədə Olimpiya Oyunları. Bizim qadın güləşçilərimizin hamısı buna görə çalışır, mən də istisna deyiləm.

- Sizcə, 2028-ci il Olimpiadasında iştirak şansınız varmı?

- Əlbəttə, bu imkandan yararlanmaq istərdim. Məşqçimlə birlikdə bu məqsədə doğru irəliləmək üçün əlimizdən gələni edirik, daim məşq edir, öz üzərimizdə işləyirik. Qalanı isə Allaha bağlıdır.

- Dünya çempionatında siz olimpiya kateqoriyasına daxil olmayan 59 kq çəki dərəcəsində çıxış etdiniz. Gələcəkdə hansı çəkiyə keçməyi planlaşdırırsınız?

- Bu barədə məşqçimin öz planları var. Onun göstərişlərinə əməl edir və üzərimdə işləməyə davam edirəm.

- Çəki dərəcəsini dəyişmək idmançı üçün nə dərəcədə çətindir?

- Yeni çəkiyə keçid həmişə adaptasiya tələb edir: yeni rəqiblər, fərqli fiziki səviyyə. Hər bir idmançı bu prosesi özünəməxsus şəkildə yaşayır. Peşəkar idmanda çəkini necə tənzimləmək lazım olduğunu bilirlər. Mənim üçün bu o qədər də çətin deyil - əsas olan intizam, düzgün qidalanma və normal yuxudur.

- Olimpiya lisenziyası uğrunda rəqabət aparacağınız potensial rəqibləri izləyirsinizmi?

- Bəli, komanda ilə birlikdə onları müzakirə edir, müxtəlif çəki dərəcələrini izləyirik. Mənim üçün kimlərin lider olduğunu bilmək vacibdir. Xüsusilə yapon, amerikalı və Şimali Koreya güləşçilərini izləyirik - onlar çox güclü nəticələr göstərirlər.

- Yaponiya demişkən, yapon rəqiblərlə qarşılaşmısınızmı?

- Bəli, həm bu gənclər dünya çempionatının yarımfinalında, həm də yeniyetmələr arasında keçirilən dünya çempionatında məğlub olduğum rəqiblər yaponlar idi. İndi revanş almaq və nəhayət, bu "geştaltı bağlamaq" istəyirəm.

Leyla Eminova

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Oxşar xəbərlər