top
Güləş Federasiyası Astara OİK-i inventarla təmin edib İdman.biz
22 oktyabr 2024, 13:54
- ↺ +

Güləş Federasiyası Astara OİK-i inventarla təmin edib

Son 2 həftədə müxtəlif güləş zallarına baş çəkən Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndələri Astarada da olub.

İdman.biz xəbər verir ki, AGF Astara Olimpiya İdman Kompleksini zəruri inventarla təmin edib.

Kompleksdə 100-dən artıq oğlan və qız müxtəlif yaş qrupları üzrə 4 məşqçinin rəhbərliyi altında sərbəst güləşlə məşğul olur. Sevindirici haldır ki, Astarada qadın güləşinə maraq gündən-günə artır. Təsadüfi deyil ki, bu məktəbin yetirmələri Nuray Cəfərli və Gülbacı Cavadova bu il ilk dəfə qadın güləşinin yer aldığı U-15 Azərbaycan çempionatında 42 kq-da finala yüksəliblər.

Olimpiya və 3 qat Avropa çempionu, AGF-nin İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev, dünya üçüncüsü, U-20 milli komandanın məşqçisi Əşrəf Əliyev yerli məşqçilər və idmançılarla görüşüb. Onlar kompleksin direktoru Aslan Ağayevlə bu regionda güləşin inkişaf perspektivlərini müzakirə edib. Qeyd olunub ki, gələn il Azərbaycan güləş tarixində ilk dəfə U-17 Azərbaycan çempionatının məhz Astara Olimpiya İdman Kompleksində keçirilməsi planlaşdırılır.

AGF kəmiyyət və keyfiyyət artımını sürətləndirmək, güləşə daha çox maraq cəlb etmək üçün klub və cəmiyyətlərin, güləş mərkəzlərinin inventarla təminatını və metodiki dəstəyini davam etdirəcək.

Qeyd edək ki, Azərbaycan sərbəst güləşində xüsusi çəkisi olan Astara məktəbi Aslan Ağayev, Nadir Həmidov, Cəbrayıl Həsənov, Sona Əhmədli kimi titullu idmançıları yetişdirib. Hazırda milli komandanın üzvü olan Əliabbas Rzazadə, Əli Rəhimzadə, Ramik Heybətov və Musa Ağayev də bu məktəbin yetirməsidir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:30

Real Madridin Valensiya üzərindəki matçı Bellinqem və Rüdigerin təhlükəsizlik əməkdaşlarına hücumu iddiaları ilə qalmalı başa çatdı

Futbol
Bu gün, 16:26

Manchester United turnir cədvəlində mövqeyini artırmalı

Basketbol
Bu gün, 16:23

LeBron Ceymsinin 2004-cü il ABŞ milli oyununda geyindiyi forma 722,000 dollara satıldı;

Qarabağ FK
Bu gün, 16:23

İncəsənət mütəxəssisi Aslan Kərimov: “Qarabağ”ın gözlənilməz xal itkiləri və turnir cədvəlinin ümumi təhlili

Qarabağ FK
Bu gün, 16:00

Coşqun Diniyev yeni klub tapmır, karyerası sonlanacaq

Futbol
Bu gün, 15:54

Babək Quliyev UEFA-dan 2027-ci il U-17 Avropa çempionatında hakim‑inspektor təyinatı alıb;

Futbol
Bu gün, 15:41

Matvey Safonovun baqajı Moskvada itir

Futbol
Bu gün, 15:27

Barselona La Liqada ilk 12 turda 48 qolla ən məhsuldar ikinci startı qeydə alıb

Futbol
Bu gün, 15:25

Mesut Ozil FIFA-nı ikiüzlü standartlardan ittiham edib, qara siyahıya alındı

Futbol
Bu gün, 15:20

Lamine Yamal diz əksinə də təəssüflə Çexiyaya qarşı oyuna çıxmayacaq

Futbol
Bu gün, 15:10

Manchester United 40 ildən sonra yenidən düşmə zonasına düşdü

Futbol
Bu gün, 14:58

Mançester Siti və Barselona, Yuventusun müdafiəçisi Andrea Kambyazonun peşəkar keçidində

Digər
Bu gün, 14:54

Real Madrid Iker Kasilyasın oğullarını akademiyadan çıxardı

Futbol
Bu gün, 14:34

Zirə vs Qəbələ maçı: 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş aksiya

Digər
Bu gün, 14:27

UEFA Fransa Futbol Federasiyasını 10 min avro cərimələyib;

Futbol
Bu gün, 14:19

“Kristal Palas”ın baş məşqçisinin işdən çıxması gözlənilir

Futbol
Bu gün, 14:00

“Sabah” klubunun rəhbəri Ramin Həsənov “TransferRoom” mükafatının “İlin rəhbəri” namizədləri arasında!

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Formula 1
Bu gün, 13:33

Liam Louson Racing Bulls müqaviləsini uzatacaq və Braziliya Grand Prix-də 8-ci mövqeyə nail oldu

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Oxşar xəbərlər