top
FHN əməkdaşlarının güləş və avarçəkmə yarışlarında qələbələri ilə bağlı görüş keçirildi Lent.az
12 iyun 2025, 18:29
- ↺ +

FHN əməkdaşlarının güləş və avarçəkmə yarışlarında qələbələri ilə bağlı görüş keçirildi

Fövqəladə Hallar Nazirliyinin idman yarışlarında uğur qazanmış əməkdaşları ilə görüş keçirilib.

FHN-dən Lent.az-a verilən xəbərə görə, 7-9 iyun tarixlərində keçirilmiş Abşeron Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə yunan-Roma güləşi üzrə U15 və sərbəst güləş üzrə U15 və U23 yaş qrupları üzrə "Çempion" kəmər turnirində altı müxtəlif ölkədən (Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan) 40-dan çox idman cəmiyyəti və klublardan olmaqla 770-ə yaxın idmançı qüvvələrini sınayıb.

Yarışda iştirak edən FHN-in İdman-sağlamlıq klubunun uşaq, yeniyetmə və gənclərdən ibarət komandasının üzvləri İdman-sağlamlıq klubunun əməkdaşı baş leytenant Elmir Qəmbərovun rəhbərliyi ilə yüksək nəticələr əldə ediblər. Belə ki, sərbəst güləş üzrə U15 yaş qrupları arasında 21 kq çəki dərəcəsində Səid Abdullayev, 53 kq çəki dərəcəsində isə Bərdan Səfərli bürünc medala layiq görülüblər. Komandanın digər üzvü 48 kq çəki dərəcəsində Rasim İbrahimli bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalına və kəmərinə sahib çıxıb.

Qaliblərə Azərbaycan Güləş Federasiyasının təsis etdiyi diplom, medal və kəmər təqdim olunub.

Bundan əlavə, 11 iyun 2025-ci il tarixində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə üzrə yarışlara yekun vurulub.

Yarışda altı dövlət qurumundan 30-a yaxın əməkdaş kişilər və qadınlar bir nəfərlik qayıqda (K-1), kişi cütlüklər və qarışıq cütlüklər iki nəfərlik qayıqda (K-2) olmaqla öz qüvvələrini sınayıblar.

Fövqəladə Hallar Nazirliyinin yarışda iştirak edən 5 nəfərdən ibarət komandasının əməkdaşları yüksək nəticələrə imza atıblar. Şəxsi yarışlar üzrə K-1 kateqoriyasında kişilər arasında FHN Mülki müdafiə qoşunlarının əməkdaşı baş leytenant Elxan Əsədov gümüş, FHN-in Akademiyasının əməkdaşı baş leytenant Özcan Kərimov bürünc medalın sahibi olublar. Qadınlar arasında Nazirliyin Bakı Regional Mərkəzinin əməkdaşı leytenant Leyla Əliyeva bütün rəqiblərini qabaqlayaraq yarışın çempionu adını qazanıblar. Komandanın digər üzvü FHN-in Aparatının əməkdaşı Mələkxanım Məmmədova isə bürünc medala yiyələnib. Qarışıq cütlüklər arasında K-2 kateqoriyası üzrə də Rüfət Əhmədov və Leyla Əliyeva mübarizə apararaq yarışın ən yüksək pilləsinə qalxmağı bacarıblar. Kişi cütlüklər arasında keçirilən yarışda isə FHN-in Akademiyasının əməkdaşı baş leytenant Özcan Kərimov və Mülki müdafiə qoşunlarının əməkdaşı baş leytenant Elxan Əsədov yarışı üçüncü yerdə tamamlayıblar.

12 iyun 2025-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış əməkdaşlar və idmançılarla görüşərək, onları qazandıqları nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

İdman yarışlarında uğur qazanmış FHN əməkdaşları ilə görüş keçirilib

İdman yarışlarında uğur qazanmış FHN əməkdaşları ilə görüş keçirilib

İdman yarışlarında uğur qazanmış FHN əməkdaşları ilə görüş keçirilib

İdman yarışlarında uğur qazanmış FHN əməkdaşları ilə görüş keçirilib

İdman yarışlarında uğur qazanmış FHN əməkdaşları ilə görüş keçirilib

İdman yarışlarında uğur qazanmış FHN əməkdaşları ilə görüş keçirilib

 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Futbol
Bu gün, 10:20

Leipzig, Nkunku üçün 'Milan'a təklif göndərdi

Basketbol
Bu gün, 10:16

Fransalı Viktor Vembanyama NBA tarixində 40 xal, 11 ribaund, 9 blok və 2 üçxallıqla unikal rekord yaratdı

Futbol
Bu gün, 10:09

Milan futbolçusu Yunus Musanın müqaviləni uzatmaq istəyir;

Voleybol
Bu gün, 10:01

Turan Voleybolçusunun Hərzə Gözəl Hərəkəti: Yuliya Kərimova Itə Hədiyyə Yedirdi

Oxşar xəbərlər