top
Elite Horse Club: Azərbaycan Atlarının Məşq Mərkəzi və Gələcək Çempionlar Yuvası Idman.biz
04 fevral 2026, 16:10
- ↺ +

"Elite Horse Club": Azərbaycan Atlarının Məşq Mərkəzi və Gələcək Çempionlar Yuvası

Azərbaycanın atçılıq üzrə "Elite Horse Club" klubunun levadasında(atın gəzinti və istirahət üçün buraxıldığı açıq sahə – red) hər zaman hərəkət var. Burada müxtəlif cins və rəngdə atlar gəzişir. Bu gəzintilər onlar üçün sadəcə istirahət deyil, zərurətdir: əks halda həm fiziki, həm də psixoloji formalarını itirirlər.

Bu vaxt tövlədə bəzi atlar açıq havaya çıxmaq üçün növbələrini gözləyir, digərləri isə məşqdən sonra dincəlir. Ayaqlarına bağlanmış buz parçaları bunu aydın göstərir - bu, bərpa və zədələrin qarşısının alınması üçün effektiv üsuldur.

Tövlənin hər iki tərəfində düzülmüş bütün atlar sadəcə heyvan deyil, peşəkar idmançılardır. Kimisi artıq ad-san qazanmış çempiondur, kimisi isə gələcəyin ulduzu. İnsanlar kimi onların da xarakteri və ambisiyaları var.

İdman.Biz-ə müsahibəsində atçılıq idmanında maneələr üzərindən tullanma növü üzrə idmançı və məşqçi Seyid Musayev bildirib ki, atlar onlardan nə tələb olunduğunu anlayır və qalib gəlməyə can atırlar.

Hər bir at haqqında əsas məlumatı tövlə bölmələrinin üzərindəki lövhələrdən oxumaq mümkündür. Amma onları daha yaxından tanımağın ən yaxşı yolu müşahidə etməkdir. Atlar fərdi xüsusiyyətləri aydın hiss olunan canlılardır. Hətta tövlədə dayanarkən belə fərqli davranırlar: kimisi sakitcə irəli baxır, kimisi fınxırır, kimisi isə diqqət tələb edir.

Dörd yaşlı "Sultan" portuqal cinsindən olan bir ayğırdır(yetkin erkək at - red). Onun səliqə ilə kəsilmiş, demək olar ki, dizayner üslublu alnüstü saçları var və tövlənin barmaqlıqlarını dişləyir. Yarımqaranlıqda dərisi bir qədər çəhrayımtıl görünür, amma işıq yandırılan kimi qarşımızda yelinə günəşdə parıldayan təzə qar rəngini xatırladan, kristal kimi mavi gözlü bir albinos peyda olur.

"Sultan" hələ ki balaca hesab olunur. Musayevin sözlərinə görə, onun tam potensialı səkkiz-doqquz yaşlarında üzə çıxacaq – məhz bu dövrdə atlar öz güclərini həqiqətən dərk edirlər.

Sanki bu tövləni öz evi hesab edən quşların gur civiltisi altında yolumuza davam edirik. Burada məşqçi Azərbaycanın ən güclü atını – holland cinsindən olan "Zidan"ı göstərir. Seyid Musayev yarışlarda onunla çıxış edir. "O, fiziki cəhətdən çox güclüdür və güclü qan xəttinə malikdir. Ona görə də onu artırmada istifadə edirik. Bir ildən sonra bura gəlsəniz, onun balalarını görəcəksiniz".

Zidan

Nəsil verən başqa bir ayğır isə "Udca"dır. O, XIII əsrə gedib çıxan tarixə malik alman, holşteyn cinsindəndir. "Udca" artıq Azərbaycanda doğulub və Musayevin sözlərinə görə, ölkənin ən nadir atıdır.

Onun yeli qara-boz rəngdədir, lakin bu yaş əlaməti deyil, xüsusi, nəcib bir bozluqdur. Gövdəsi ağ-toz çalarındadır və tədricən bədənin arxa hissəsindəki gümüşü rəngə keçir, üzərində isə bəbir naxışını xatırladan ləkələr var. Bədəndəki qara vurğular və südlü rəngdə quyruq bu demək olar ki, bədii kompozisiyanı tamamlayır. "Udca"dan olan şokolad-qonur rəngli balalar isə açıq-aydın analarına oxşayıb.

Musayev etiraf edir ki, "Udca" gündəlik həyatda oynamağı sevir, hətta zərərsiz şəkildə dişləyə də bilər. Amma məşqlər zamanı son dərəcə diqqətli və sakit olur.

Udca

Qonşu manejdə isə ölkənin ən güclü atlarından biri olan 12 yaşlı "Ayla" məşq edir. Onunla birlikdə gənc idmançı Mədinə Məmmədova var. Qız konkurla(atçılıq idman növündə maneələr üzərindən tullanma – red) peşəkar şəkildə məşğul olur, hərçənd vaxtilə voleybol və üzgüçülükdə də özünü sınayıb. Amma onu həqiqətən cəlb edən məhz atçılıq idmanı olub. "Atları çox sevirəm və uzun müddətdir bu sahə ilə məşğul olmaq istəyirdim", - deyə o bildirir.

Mədinə Məmmədova və onun atı Ayla

"Ayla" onun ilk atı deyil, amma məhz onunla Mədinə arasında xüsusi bir bağ yaranıb. Bunun səbəbini izah etməkdə çətinlik çəkir. "Mən sizə deyim niyə, - deyə məşqçi Seyid Musayev söhbətə qoşulur. – Çünki ən yaxşı o tullanır. Elə buna görə də Mədinə onu hamıdan çox sevir".

"Sadəcə tullanmır, uçur", – deyə qızın anası Aygün Məmmədova əlavə edir. Qadın etiraf edir ki, qızının məşqlərinə gəldikcə özü də atçılıq idmanına maraq göstərməyə başlayıb. Artıq özü də məşğul olur – hərçənd tullanmadan, sadəcə at belində gəzinti edir.

Mədinə Məmmədova xatırlayır ki, ilk vaxtlar atla işləmək ona bir az qorxulu gəlirdi. Amma zamanla öyrəşib. Ana və qız vurğulayırlar ki, atçılıq idmanında hər şey mümkündür. Lakin xoşbəxtlikdən Mədinənin ciddi zədələri olmayıb.

Qız həftədə beş dəfə məşq edir, bəzən isə həftəsonları da kluba gəlir. Bu idman növündə uzun fasilələr vermək olmaz: müntəzəm məşq olmadıqda illərlə formalaşan nəticə çox tez itir.

Gənc konkuristin böyük hədəfləri var və bütün ailə onu dəstəkləyir.

"Əvvəllər Azərbaycanda atçılıq idmanına o qədər də diqqət ayrılmırdı. İndi isə burada inkişaf üçün böyük perspektivlər var", - deyə Aygün Məmmədova fikrini yekunlaşdırıb.

Foto: İslam Atakişiyev

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Oxşar xəbərlər