top
Əliabbas Rzazadənin Karyerası, Zədələri və Gələcək Hədəfləri Idman.biz
19 fevral 2026, 16:00
- ↺ +

Əliabbas Rzazadənin Karyerası, Zədələri və Gələcək Hədəfləri

Əliabbas Rzazadə ötən il Avropa çempionu kimi zirvəyə yüksəlsə də, aldığı ağır zədələr və uzun çəkən bərpa prosesi onun karyerasını davam etdirib-etdirməyəcəyi ilə bağlı suallar yaratmışdı. Cəmi 27 yaşında olmasına baxmayaraq, idmançının gələcəyi bir müddət qeyri-müəyyən görünürdü.

Yanvarda keçirilən Azərbaycan çempionatındakı çıxışı isə bu suallara müəyyən mənada aydınlıq gətirdi. Qızıl medal qazanmasa da, əldə etdiyi bürünc mükafat onun geri dönüşünün real olduğunu göstərdi və bir çoxları üçün qızıla bərabər dəyərləndirildi.

İdman.Biz sərbəst güləş üzrə Avropa çempionu Əliabbas Rzazadə ilə müsahibəni təqdim edir.

- Uzun bərpa prosesindən sonra hazırda qolunuz necədir? Tam gücünüzlə əlinizi sıxa bilirsinizmi?

- Hazırda zədəm sağalma mərhələsindədir. Çiynim demək olar ki, tam bərpa olunub, lakin biləyimdə hələ də ağrılar var və həmin nahiyədə tam güc yığa bilmirəm. Buna baxmayaraq, reabilitasiya prosesim davam edir. İnanıram ki, il ərzində biləyimi tam bərpa edib, özüm üçün qoyduğum hədəflərə çatacağam.

- Bir çoxları sizin artıq idman karyeranızı bitirdiyinizi düşünürdü. Onların səhv olduğunu göstərmək üçün idmana qayıtdınız?

- Xeyr, bu səbəbdən qayıtmamışam. Sadəcə idmansız qala bilmədim. Yenidən qələbə qazanmaq, himnimizi səsləndirmək istəyirəm. Çəkisalma, döşəyə çıxanda yaşadığım o həyəcan - bunlar üçün darıxdım və geri qayıtdım.

- Ölkə çempionatında finala çıxa bilmədiniz, səbəb nə oldu? Sizcə, nə çatmadı?

- Bildiyiniz kimi, Olimpiya Oyunlarından sonra uzun müddət heç bir yarışda iştirak etməmişdim. Deyərdim ki, bir ildən artıq yarışlarda olmamaq müəyyən təcrübə itkisinə səbəb olur. Düşünürəm ki, ölkə çempionatında finala çıxa bilməməyimin əsas səbəbi də bu idi. Bundan əlavə, zədələrim və düzgün təşkil olunmamış təlim-məşq prosesi də istədiyim nəticəni əldə etməyə imkan vermədi.

2027-ci ildə Olimpiya Oyunlarına hazırlıq üçün bir il vaxtım olacaq. Bu müddət ərzində məşqlərimi artırmaq, zədələrimi tam sağaltmaq istəyirəm ki, yenidən Olimpiadada güləşim. Hazırda məşqlərimi davam etdirirəm və təkcə fiziki olaraq deyil, psixoloji olaraq da gələcək hədəflərimə və qazandığım medallara fokuslanıram. Əgər zədəm yenidən ağırlaşarsa və güləşməyimə mane olarsa, bu barədə tam qərar verəcəyəm.

- Üçqat Avropa çempionu Cəbrayıl Həsənovla eyni kənddəndəsiniz, yoxsa Vikipediyadakı məlumat doğru deyil?

- Bəli, Cəbrayıl Həsənovla Astara rayonunun eyni kəndindənik – Rudəkənar kəndindən. Hətta evlərimiz bir-birinə çox yaxındır.

- Güləşə başlamağınıza kim ilham verdi, yoxsa kənddə başqa idman növü olmadığı üçün bu sahəyə yönəldiniz?

- Əlbəttə, mən Cəbrayıl Həsənova baxıb güləşə başlamışam. 2009-cu ildə o, Ankarada güləşirdi və həmin il gənclər (U20) arasında dünya çempionu olmuşdu. Onun bu uğuru məndə böyük həvəs yaratdı. Güləşə marağım digər idman növləri ilə müqayisədə daha böyük idi. Demək olar ki, yaşıdlarımın hamısı güləşlə məşğul olurdu. Cəbrayıl Həsənovdan sonra kəndimizdə güləşə yazılanların sayı artdı və mən də onlardan biri oldum. Kəndimizdə güləşdən başqa boks və futbol da məşhur idi.

- Güləş olmasaydı, yenə də idmançı olardınızmı? Ümumiyyətlə, özünüzü hansı peşədə görürdünüz?

- Əgər güləşçi olmasaydım, özümü başqa bir idman növündə sınayacağımı düşünmürəm. Bununla bağlı heç vaxt düşünməmişəm. Çünki güləş mənim üçün həyatdır. Uşaqlığımdan bəri ən sevdiyim idman növüdür.

- Çıxışlarınızı hansı çəki dərəcəsində davam etdirməyi planlaşdırırsınız və əsas hədəfiniz nədir?

- 57 kq olimpiya çəkisi olduğu üçün çıxışlarımı yenə bu çəkidə davam etdirmək istəyirəm. Bunun üçün zədəm tam sağalmalı və yenidən Azərbaycan çempionatında qələbə qazanmalıyam. Düşünürəm ki, gələn il çəkimə daha ciddi nəzarət etməli, biləyimi isə tam bərpa etməliyəm.

- Bu çəki dərəcəsində əsas rəqiblərinizlə müqayisədə üstün cəhətləriniz nələrdir?

- 57 kq çəki dərəcəsinə artıq uyğunlaşmışam və rəqiblərimi yaxşı tanıyıram. Bəzilərinin dözümlülüyü yüksəkdir. Çəkimi düzgün tənzimləyə bilsəm, əvvəlki dözümlülüyümü yenidən bərpa edəcəyimə inanıram. Əlimizdən gələni edəcəyik. Qismət Allahdandır. Bizim işimiz güləşdir və əsas vəzifəmiz müntəzəm məşq edib formada qalmaqdır.

- Əgər rejissor olsaydınız, filmə hansı Azərbaycan güləşçilərini dəvət edərdiniz? Sizcə, kimlərdə aktyorluq qabiliyyəti var?

-Əlbəttə, rejissorluq tamam fərqli sahədir. Amma belə bir imkanım olsaydı və bir idmançı haqqında film çəksəydim, seçimim Toğrul Əsgərov olardı. Bildiyiniz kimi, o, 20 yaşı tamam olmadan Olimpiya və Avropa çempionu olub, 17 yaşında isə böyüklər arasında dünya çempionatında ikinci yeri tutub. Bu yaşda belə nəticələr qazanmaq böyük potensialdan xəbər verir. Düzdür, istedadlı gənclər var, lakin bu səviyyədə uğuru erkən yaşda təkrarlamaq ildən-ilə daha çətin olur.

Cəbrayıl Həsənov və Hacı Əliyevi də filmə dəvət edərdim. Onlar həm güclü xarizmaları, həm də güləşdə qoyduqları izlə seçilirlər. Hacı Əliyev üçqat dünya çempionudur. Cəbrayıl Həsənov isə Avropa və dünya çempionu, Olimpiya mükafatçısıdır. Hər ikisi kiçik kənddən çıxaraq Bakıya gəlib, məhdud imkanlara baxmayaraq böyük uğurlar qazanıblar və hədəflərinə çatmağı bacarıblar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Oxşar xəbərlər